Heydər Əliyev Azərbaycan dövlətçiliyinin, Azərbaycan dövlətinin banisidir, onun qurucusudur. O, öz həyatını xalqa həsr etmişdir və onun ən böyük arzusu Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək idi.
Mayın 10-da Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Ulu öndərin şəhərin Heydər Əliyev Parkı ərazisində yerləşən abidəsini ehtiramla ziyarət edib, abidə önünə qərənfillər düzüblər.
Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə mövzu ilə bağlı çıxış edərək respublikamızın tərəqqisində, mədəni uğurlarında,ümumiyyətlə, dövlət müstəqilliyimizin möhkəmlənməsində, daimi və əbədi olmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən söhbət açıb.
Masallı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və azərbaycançılıq” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları ilə yanaşı Masallı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları da iştirak ediblər.
Masallıda açıq hava sərgi-pleneri
Mayın 6-da Masallıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə açıq hava sərgi-pleneri təşkil edilib.
Tədbirin moderatoru, gənc mədəniyyət işçisi Gülcahan Vəkilzadə qonaqları salamlayaraq mərasimi açıq elan edib. G. Vəkilzadə müstəqil Azərbaycanın memarı və qurucusu,ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında xidmətlərindən söhbət açıb. #HeydarAliyev#HeydərƏliyev99#aze
Masallı rayon Heydər Əliyev Mərkəzində müasir Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə silsilə tədbirlər çərçivəsində “Ömrünü xalqına həsr edən dahi şəxsiyyət” adlı növbəti tədbir keçirilib.
Masallı rayon Heydər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 99 illiyinə həsr olunmuş tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə akademik Zərifə xanım Əliyevanın zəngin elmi yaradıcılığı, mənalı ömür yolu haqqında məlumat verib.
Aprelin 26-da Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı filialında görkəmli oftalmoloq, alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibəti ilə “Nurlu ömrün salnaməsi” mövzsunda tədbir keçirilib.
Masallıda Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd olunub
28 aprel 2022-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Əməkdar elm xadimi, professor Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd olunub.
Masallı rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Gülcahan Vəkilzadə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin gənc könüllülərinə “Tarixi abidələrimizə qarşı erməni vandalizmi” mövzusunda mühazirə deyib.
Təlimdə gənclərə şəxsi bacarıqlar, ünsiyyət bacarıqları,strateji baxış,müstəqil özünü ifadə etmək bacarıqları və digər həyati bacarıqların inkişaf etdirilməsi barədə məlumat və tövsiyələr verilib.Təlimin gedişatında mövzu ilə bağlı praktik çalışmalar həyata keçirilib #softskills
Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində “Gənclərin yumşaq bacarıqlar (soft skills) üzrə bilik və bacarıqların artırılması” mövzusunda təlim keçirilib.
Binə Xocavar kənd tam orta məktəbinin şagirdləri üçün ekskursiya
Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Zəfərin təməli” layihəsi çərçivəsində rayonun Binə Xocavar kənd tam orta məktəbinin şagirdləri üçün ekskursiya və film nümayişi təşkil edilib.
Təqdimatla çıxışında Mərkəzin əməkdaşı Gülcahan Vəkilzadə tədbirdə iştirak edən yeniyetmə və gənclərə narkomaniyanın törətdiyi fəsadlar barədə geniş və ətraflı məlumat verib. G. Vəkilzadə bununla yanaşı narkotiklə mübarizə yollarından da danışıb. #narkotikləmübarizə
Martın 18-də Masallı rayon Heydər Əliyev Mərkəzində “Narkomaniya - uçuruma aparan yoldur” mövzusunda tədbir keçirilib.
Tədbirdə Masallı rayon Heydər Əliyev Mərkəzinin kollektivi və Masallı Dövlət Regional Kollecinin tələbələri iştirak ediblər.