Müsahibə mərhələsi aşağıdakı meyarlar əsasında maksimum 40 balla qiymətləndirilir:
1. proqram üzrə mövzunu təqdimetmə bacarığı;
2. təhsilalanları qiymətləndirmə bacarığı;
3. özünü təqdimetmə bacarığı;
4. pedaqoji prosesi təşkiletmə bacarığı;
5. ünsiyyət bacarığı.
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçiminə bu gün saat 11:00-dan etibarən start verildi. Namizədlər şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi edə bilərlər.
#ElmVəTəhsilNazirliyi#MÜTDA#ARTİ#İRM#MİQ#Müəllim#İşəQəbul#MİQ2024
Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. 14-22 avqust tarixlərində təşkil olunan müsahibələrdə 4658 nəfər uğur qazanıb.
Müsahibə mərhələsinin son günü
22 avqust tarixində ingilis dili və coğrafiya fənləri üzrə müsahibələr təşkil edilib. Müsahibələrə 167 nəfər dəvət olunub. Onlardan 161 nəfər müsahibə mərhələsində iştirak edib.
#ElmVəTəhsilNazirliyi#MÜTDA#ARTİ#İRM#MİQ#Müəllim#İşəQəbul
21 avqust tarixində Azərbaycan dili (rus bölməsi), biologiya, fiziki tərbiyə, ingilis dili, təsviri incəsənət, fizika və coğrafiya fənləri üzrə müsahibələr təşkil edilib. Müsahibələrə 872 nəfər dəvət olunub.
#ElmVəTəhsilNazirliyi#MÜTDA#ARTİ#İRM
5 avqust saat 15:00-da müsabiqənin vakansiya seçimi mərhələsi ilə bağlı məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, canlı yayımı İnsan Resursları Mərkəzinin rəsmi “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.
#ElmVəTəhsilNazirliyi#MÜTDA#ARTİ#İRM#MİQ#Müəllim#İşəQəbul
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular hazırlanıb. Namizədlər https://t.co/jCdD4mXXir saytına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.
#ElmVəTəhsilNazirliyi#MÜTDA#ARTİ#İRM
1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür!
Azərbaycan dili xalqımızın mənəvi sərvəti və varlığının təsdiqidir. Onu qorunmaq və qayğı ilə əhatə etmək müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.
#ElmVəTəhsilNazirliyi#MÜTDA#ARTİ#İRM