107 il sadəcə bir tarix deyil — neçə-neçə ziyalı nəslinin elmi, biliyi, əzmi, xatirələri və uğurları ilə yoğrulan böyük və işıqlı bir yoldur.
Bu gün Bakı Dövlət Universitetinin hər bir tələbəsi, müəllimi, əməkdaşı, məzunu bu şərəfli yolun yolçusudur. 107 yaşın mübarək, doğma BDU! Bayramımız mübarək, əziz BDU ailəsi!
UN urban indicators highlight the access to public open spaces as an important part of urban quality of life, including the percentage of households living within a 15-minute walk of public open space.
In Baku, parks, gardens, and waterfront public areas reflect this principle in practice and align with the priorities of the Baku Master Plan 2040. They bring nature closer to daily urban life, support recreation and social interaction, and help make neighbourhoods healthier, more inclusive and more liveable.
As Baku prepares to host WUF13, these green public spaces underscore the importance of accessible, people-centred urban environments in shaping sustainable cities.
#WUF13 #WUF13Azerbaijan #Baku2026 #WorldUrbanForum
Aprel döyüşləri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində xüsusi yer tutur. 2016-cı ilin aprelində rəşadətli Ordumuzun göstərdiyi şücaət xalqımızın Qələbə inamını alovlandırdı.
Bizə qələbə sevinci yaşadan Müzəffər Ali Baş Komandanımız və qəhrəman əsgərlərimizlə fəxr edir, müqəddəs şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.
Martın 3-də keçirilən “Sabahın alimləri” XV Respublika müsabiqəsinin final mərhələsində BDU-nun nəzdində “Gənc İstedadlar” liseyinin şagirdləri uğurla çıxış etdilər.
Şagirdlərimizin kimya, ekologiya, fizika və süni intellekt üzrə təqdim etdikləri layihələr onların yüksək elmi potensialını, araşdırma bacarığını və gələcəyə inamla addımladıqlarını göstərir.
Fiinalçılarımızı və onların elmi rəhbərlərini ürəkdən təbrik edir, yeni uğurlar arzulayıram. İnanıram ki, gənc tədqiqatçılarımız liseyimizi müxtəlif platformalarda layiqincə təmsil edəcəklər.
Uğurlarınız davamlı olsun!
BDU-da Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə görüşdük.
Türk dünyasının mədəni irsinin araşdırılması və qorunması istiqamətində birgə layihə imkanlarını müzakirə etdik. Fondun nəşrləri BDU-nun Elmi Kitabxanasına hədiyyə olundu.
Cənab Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” ilə bağlı müəyyən etdiyi prioritetlər ali təhsil üçün mühüm yol xəritəsidir.
BDU rəqəmsallaşma üzrə fəaliyyət planını yeniləyir, süni intellekt, kibertəhlükəsizlik və innovativ kadr hazırlığını gücləndirir.
Müqəddəs Ramazan ayının başlanması münasibətilə hər kəsi səmimi-qəlbdən təbrik edirəm. Ruzimiz bol, əmin-amanlığımız daimi olsun. Allah tutulan orucları və edilən duaları qəbul eləsin.
BDU ilə BP Eksploreyşn (Kaspian Si) Limited arasında əməkdaşlıq müqaviləsi imzaladıq və bp-nin dəstəyi ilə yenilənmiş Elmi Kitabxananın elektron bölməsini açdıq.
Universitet–sənaye əməkdaşlığının növbəti nümunəsi olan bu layihə rəqəmsal bilikləri əlçatan edir.
BDU-da Qabaqcıl Materialşünaslıq Elmi-Tədqiqat və İnkişaf Mərkəzi yaradıldı.
Azərbaycanda bu sahədə ilk ixtisaslaşmış elmi platforma olan Mərkəz kvant texnologiyaları və enerji çevrilməsi üçün yeni nəsil materialların hazırlanması və tədqiqinə töhfə verəcək.
Beynəlxalq Kitab Bağışlama günü münasibətilə Tərtərdə bir neçə məktəbə kitablar hədiyyə etdik.
Təhsil gələcəyə qoyulan ən dəyərli sərmayədir. Oxuyan və düşünən gəncliklə qürur duyuruq.
Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimovla görüşdük.
Kadr hazırlığı, innovativ layihələr və universitet–sənaye–dövlət əməkdaşlığı çərçivəsində yeni təşəbbüsləri müzakirə etdik.
Uğura aparan yol inamdan və zəhmətdən başlayır.
Sabah magistraturaya qəbul imtahanı verəcək tələbələrimizə uğurlar arzulayıram. Özünüzə inanın zəhmətinizin bəhrəsini görəcəksiniz.
Uğur nəsibiniz olsun!
BDU ilə “Kapital Bank” ASC arasında əməkdaşl��q memorandumu imzalanıb.
Tərəfdaşlıq tələbələr üçün təcrübə, təlim və karyera imkanlarının genişləndirilməsinə xidmət edəcək.
“Güclü dövlətin təməli – Azərbaycan gəncliyi” forumu uğurla başa çatdı.
Forum çərçivəsində panel müzakirələr, WUF modeli simulyasiya konfransı və praktik vörkşop keçirildi. Gənclərin fəallığı və ideyaları xüsusilə maraqlı idi.
20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət olmaqla yanaşı, milli oyanışın, müstəqillik mübarizəsinin dönüş nöqtəsidir.
Şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.