İcbari Sığorta Bürosunun rəhbərliyi və əməkdaşları Türkiyənin texnologiya şirkətlərini təmsil edən nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə sığorta sektorunda rəqəmsal transformasiya, insurtech həlləri və potensial əməkdaşlıq imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.
İcbari Sığorta Bürosunun nümayəndələri Londonda keçirilən sığorta texnologiyaları və innovasiyaları üzrə beynəlxalq tədbirdə iştirak ediblər.
#ITIC2026#isb
Uşaqların gələcəyini daha parlaq, sabahlarını isə daha təhlükəsiz etmək hər birimizin üzərinə düşən ən böyük məsuliyyətdir. Onların üzündən təbəssüm, həyatlarından isə güvən hissi heç vaxt əskik olmasın!
#isb#uşaqlargünü
28 May – Müstəqillik Günü!
Azərbaycan xalqının azadlıq və suverenlik rəmzi olan bu tarixi gündə hər kəsi
təbrik edirik. Müstəqilliyimiz sarsılmaz, bayrağımız daim uca olsun!
Qurban Bayramınız mübarək! ✨
Bu müqəddəs bayramın evinizə bərəkət, qəlbinizə hüzur və ruzi gətirməsini arzulayırıq. Kəsilən qurbanlar və edilən dualar qəbul olsun! 🤍🇦🇿
Sığorta sektoru üzrə minifutbol turniri Azərbaycan Respublikasının Mərkəzi Bankının komandasının qalibiyyəti ilə yekunlaşıb.
Turnirin təltifetmə mərasimində İcbari Sığorta Bürosunun İcraçı direktoru Vüsal Məsiyev fərqlənən əməkdaşlara medal və sertifikatları təqdim edib.
#isb
Ümummilli Lider Heydər Əliyevin 103-cu ildönümünə həsr olunmuş sığorta sektoru üzrə minifutbol turniri yekunlaşıb.
İcbari Sığorta Bürosunun komandası 3-cü yer uğrunda oyunda “Paşa Həyat Sığorta” komandasına 2:0 hesabı ilə qalib gələrək turniri üçüncü pillədə tamamlayıb.
#isb
İcbari sığorta — təhlükəsiz gələcəyin təminatıdır.
Həyatın müxtəlif risklərinə qarşı sizi qoruyan icbari sığorta növləri ilə tanış olun.
Fəaliyyətimizi yaxından izləmək üçün saytımıza keçid edin: https://t.co/CFRYFKLXXE
#İSB#İcbariSığorta#SığortaNövləri#Əmlak
Sığorta Sektoru Turnirinin 1/4 final mərhələsində komandamız “Atəşgah Sığorta” ilə qarşılaşıb. ⚽️
Gərgin və əzmkar mübarizə şəraitində keçən oyunda komandamız rəqibini 5:3 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. 💪
Komandamıza növbəti mərhələdə uğurlar arzulayırıq!
Sərhədi keçməyin ən qısa yolu – https://t.co/keg8bq6Fv6! 🚗
Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə sərhədi keçərkən sığorta üçün vaxt itirməyin.
Yola çıxmazdan əvvəl sığortanızı https://t.co/keg8bq6Fv6 vasitəsilə əldə edin, sərhədi rahat və sürətli keçin! 🌐
“İSB”-nin mütəxəssisləri “GITEX AI Central Asia & Caucasus” tədbirində iştirak ediblər.
Əməkdaşlarımız müxtəlif sessiyalarda iştirak edərək yeni təcrübələrlə tanış olub, xarici tərəfdaşlarla görüşlər keçirərək potensial əməkdaşlıq imkanlarını dəyərləndiriblər.
#GITEX#AI
Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunan minifutbol turnirinin 5-ci turunda komandamız “Azsığorta” kollektivi ilə qarşılaşıb. 🤝
Maraqlı və dinamik keçən oyunda komandamız 4:1 hesabı ilə qələbə qazanıb. 💪
#İSB#SığortaSektoru#Turnir
2026-cı ilin I rübündə İSB tərəfindən yol-nəqliyyat hadisələri nəticəsində zərərçəkmiş şəxslərə ümumilikdə 139 333 manat kompensasiya ödənişi həyata keçirilib.
Kompensasiya ödənişləri ilə bağlı ətraflı məlumatı https://t.co/CFRYFKLXXE saytından əldə edə bilərsiniz.
#İSB#Sığorta
30 aprel – Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin Yaradılması Günüdür! 🇦🇿
Vətənin suverenliyi və təhlükəsizliyi naminə ən çətin tapşırıqları qətiyyətlə yerinə yetirən XTQ-nin şəxsi heyətini təbrik edirik.
Sədaqətiniz və fədakarlığınızla qürur duyuruq! 💪
#30Aprel#XTQ#İSB
Bu gün görkəmli oftalmoloq alim, əməkdar elm xadimi, Azərbaycan səhiyyəsinin inkişafına töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümüdür.
#isb#azərbaycan
Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş minifutbol turnirinin 4-cü turunda komandamız “Meqa Həyat” kollektivi ilə üz-üzə gəldi.
Gərgin və maraqlı keçən qarşılaşma İcbari Sığorta Bürosunun 4:1 hesablı qələbəsi ilə yekunlaşdı. ⚽
Komandamızı təbrik edirik!