Chorizo - bütün dünyada məşhur ispansayağı kolbasa!🥘
Bu, adətən, çığırtma, paella, salat və ya şorba kimi yeməklərdə istifadə edilə bilən ədviyyatlı, qurudulmuş kolbasadır. Chorizo bol paprika ilə ədviyyatlandırılıb, ona görə də yeməklərə zəngin dad verir.
Oviedo küçələrində incəsənət✨
Şəkildəki 'La Regenta' heykəli bir çox ispanın məktəbdə öyrəndiyi XIX əsr romanından uydurma bir personajdır
#Oviedo#Spain
Dənizin ortasınkı Poseydon heykəlindən xəbəriniz var idi?🧜🏻♂️
Heykəl Melenara çimərliyindədir və İspaniyanın Kanar adalarından biri olan Gran Kanariyanın paytaxtı Las Palmas şəhərinə aiddir. O heykəltəraş Luis Arencibia tərəfindən düzəldilib.
https://t.co/kGIzwLjL53 #Spain
İspaniyada sarı geyim haqqında batil inanclar🟡
Belə inanılır ki, sarı rəng şeytanı təmsil edir və müəyyən situasiyalarda pis şans gətirir. Hətta bəzən iş müsahibələri və önəmli imtahanlara da sarı paltar geyinməkdən çəkinirlər🧐
TERUEL şəhərinin simvolu!
Yəhudi, Müsəlman və Xristian mədəniyyətlərinin bir yaşaması nəticəsində meydana gələn yeni üsluba - "Mudejar"a aid tikili. Bu üslubda əsas material kimi kərpicdən istifadə olunur.🧱
#Teruel#Spain
Kordobada hər il ənənəvi Gitara festivalı keçirilir!
Festivalın gedişi bir-birini tamamlayan iki hissədən ibarət olur. Bir hissə gitara konstruksiyası, klassik gitara , flamenko, kompozisiya kursları ilə təlim bölməsi. Digəri isə konsert, şoulardır.🎸
#Cordoba#Spain
İspaniyanın Afrika qitəsində Seuta (Ceuta) adlı kiçik forpostu saxlayır. (Forpost - əsas ordudan müəyyən qədər məsafədə olan kiçik hərbi düşərgə və ya mövqedir. Xüsusilə qəfil hücuma qarşı qoruyucu kimi istifadə olunur)🤔
Paraqvaydakı evlərin əksəriyyətində qapı zəngi yoxdur!
Bunun əvəzinə, ziyarətçilər qapıda olduqlarını elan etmək üçün bir neçə saniyəlik tez-tez əl çalırlar. Bu, qapını döyməkdən qat-qat nəzakətli hesab olunur.🚪
Madriddə şam yeməyi 9.30dadır!
Bundan əvvəl, saat 20: 00-dan başlayaraq, tapas ilə müşayiət olunan bir neçə badə şərab və ya sanqriyadan həzz almaq üçün sərf olunan xüsusi vaxt da vardır.🍽
CADİZ qızardılmış balığın ("Fritra de Pescada") ilk dəfə bişirildiyi bölgə hesab olunur!
Yerli əhali arasında artan populyarlıq bu yeməyi Andalusiya ərazisində məşhurlaşdırdı. Qısası, İspaniyanın cənubunda hər zaman balıq yemək mümkündür.🐟
https://t.co/SQ71SwfV6u
"Temps de Flors" adlanan bu çiçək festivalında yüzlərlə çiçək sənətkarı şəhəri bəzəmək üçün bir araya gəlir. İlin bu vaxtında kilsələrin və katedralin içərisində, muzeylərdə və hətta ərəb hamamlarında çələnglər, çiçəklərdən düzəlmiş fiqurlar görə bilərsiniz🌸
UNESCO-nun "Musiqi Şəhəri" adlandırdığı BOQOTA!
Şəhər il boyu 60-dan çox musiqi festivalı və 400-dən çox canlı musiqi tədbirinə ev sahibliyi edir🎼
#BOGOTA 🇨🇴
"Çəkmə"nin i��ində dəmir çıxıntılar olub, ayaq içinə yerləşəcək formada hazırlanırdı. Məhkum danışmağı rədd etdikcə çəkmə kənardan boltlarla sıxılır, beləcə, alət ayaq və baldırı əzərək sümükləri sındırırdı.
Orta əsrlərdə istifadə edilən işgəncə aləti - İspan çəkməsi 👢
Belə adlanmasının səbəbi İspaniyada yaranmasıdır. Lakin sonralar Fransa, Almaniya, Rusiya kimi ölkələrdə də istifadə olunub. Bu alət məhkumları danışdırmaq üçün idi.
Meksikanın ən qədim küçəsi - TACUBA!
Meksikalılar bu 5 millik küçəni XIV əsrdə Texcoco, Tacuba, Tepeyac və Tlatelolco şəhərləri ilə paytaxt Tenochtitlan arasında ticarət yolu kimi inşa ediblər🧐