Böyrək daşı əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanır.
📌 Xidmətlər Zərfində yer alan tibbi xidmətlərlə tanış olmaq üçün keçid edin: https://t.co/DZcBEXfC4s
Bu gün görkəmli oftalmoloq, Azərbaycan SSR-in əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın 103 illik yubileyidir.
Gözlərini açanda ətraflarında öz dostlarını tapmaq onlar üçün ən böyük xoşbəxtlikdir.✨️
Ailə Məcəlləsinin 10-cu maddəsi qadınlar üçün nikah yaşını 18 yaş təyin etmişdir. Birmənalı olaraq yetkinlik yaşına çatmayan qızların məcburən nikaha daxilolma halı uşağa qarşı törədilən zorakılıqdır. Erkən nikah halları ilə üzləşdikdə dərhal "961" Çağrı Mərkəzi və ya Baş Prokurorluğun sosial şəbəkələrdəki hesablarına müraciət edin.
Fəqərə sınığının bərpası (osteosintez) icbari tibbi sığorta hesabına qarşılanır.
📌 Xidmətlər Zərfində yer alan tibbi xidmətlərlə tanış olmaq üçün: https://t.co/DZcBEXfC4s
Sağlam cəmiyyət zorakılığın, gender əsaslı streotiplərin olmadığı, qadın və kişi hüquqlarının bərabər olduğu cəmiyyətdir. Daha yaxşı gələcək naminə zorakılığın istənilən növünü qınayırıq.
Siqaret istehlakçılarının 70%-i siqareti tərgitməkdə istəklidirlər. Yalnız 19%-i bu vərdişdən əl çəkməyi düşünmür. Tərgidənlərin 30%-i müəyyən müddətdən sonra yenidən bu vərdişə qayıdır.
Odur ki, siqaretdən imtinanın əsas şərti qətiyyətlilikdir. Əks halda heç bir dərman və müalicə kömək etməyəcək.
Hepatit simptomsuz keçə bilən xəstəlik olduğu üçün çox insan yoluxduğundan xəbərsiz olur. Sağlamlığınızı qorumaq və təhlükə ilə üzləşməmək üçün hepatit viruslarına qarşı vaxtında müayinədən keçin və erkən tədbirlər görün!
#Hemofiliya valideynlərin genləri ilə ötürülən nadir anadangəlmə xəstəlikdir. Bu xəstəliyə başqalarından yoluxma mümkün deyil. Yaxın qohumların nikahı doğulan uşaqlarda hemofiliya riskini artırır.
Katarakta əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanır.
📌 Xidmətlər Zərfində yer alan tibbi xidmətlərlə tanış olmaq üçün: https://t.co/DZcBEXfC4s
Vərəm hava-damcı yolu ilə yayılır və gecikmiş halda ağır nəticələr doğura bilər. Bu ağır nəticələrdən qaçmağın yolu erkən diaqnozdur.
✅ Əlamətlər: uzunmüddətli öskürək, qanlı bəlğəm, gecə tərləmələri, çəki itkisi.
👉 Özünüzdə və ya yaxınlarınızda bu əlamətləri hiss etdiyiniz halda dərhal həkimə müraciət etməyiniz tövsiyə olunur.
Bərabərlik hüquqi dövlətin başlıca prinsiplərindəndir. Gender bərabərliyinin pozulması da daxil olmaqla, ayrı-seçkiliyin bütün formaları insan hüquqlar��nın pozulmasına gətirib çıxarır. Gender bərabərliyini təmin etmək sağlam cəmiyyətə dəstək olmaq deməkdir
Uşaqlar keyfiyyətli səhiyyə xidmətlərindən, təmiz içməli sudan istifadə etmək, sağlam qida almaq və təmiz, təhlükəsiz mühitdə yaşamaq hüququna malikdirlər.
Parkinson xəstəliyi beyin hüceyrələri arasında hərəkət və koordinasiyanı tənzimləyən dopamin istehsalının pozulması nəticəsində meydana gəlir. Parkinson xəstəliyinin qarşısını almaq mümkün olmasa da, bəzi tədbirlərlə xəstəliyi gecikdirmək və diaqnoz qoyulmuş insanlarda xəstəliyin inkişaf sürətini yavaşlatmaq mümkündür. Xəstəlik riskini azaltmaq üçün əsəb sisteminin sağlamlığını qorumaq, müntəzəm fiziki hərəkətlər etmək, qida rejiminə fikir vermək, ümumilikdə, sağlam həyat tərzi sürmək tövsiyə olunu
Qohumlar arasında bağlanan nikahlar genetik müxtəlifliyi azaldaraq irsi problemlərin üzə çıxma riskini yüksəldir. Bu cür evliliklər bəzi xəstəliklərin nəsildən-nəslə ötürülmə ehtimalını artıraraq gələcək nəsillərin sağlamlığını təhlükə altına qoya bilər. Sağlam və güclü nəsillər üçün bu risklərə laqeyd qalmayaq.
Mədə və onikibarmaq bağırsaq xorasının müayinə və müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır.
📌 Xidmətlər Zərfində yer alan tibbi xidmətlərlə tanış olmaq üçün: https://t.co/DZcBEXf4eU