Hara köçürsən köç, əksər vaxtı eyni reallıqdır: Ətrafında 90% azərbaycanlı olacaq, 3-5 dənə də türk, ukrayn, özbək ya iranlı. İnteqrasiya zad boş söhbətlərdir. İnteqrasiya da maksimum o olur ki, zamanla daha səviyyəli, çöllüyü olan az-lılar tapırsan sadəcə.
Birdən yadıma düşdü ki, üç-dörd il əvvəl burda necə gözəl insanlar var idi. Canlı olaraq tanımasam da,həmişə bir-birimizə nəsə yazırdıq, çox adam aktiv idi. İndi heç yadıma düşmür bu platforma. Heç nəsə yazmaq istəyim də olmur.Hər şeyin dadı zamanla gedir elə bil.
Türkiyəlilər niyə xarici dildən götürülmə sözlərdə 2 samit yan-yana gələn kimi arasına bir ı hərfi soxuşdururlar, bir iş yoldaşım var idi, column sözün kolumın tələffüz eləyirdi
Həyatda nəfəs alıb günü günə calamaqdan başqa məqsədlərim var idi mənim həmişə. İndi bütün o məqsədlər,arzular bir-birinə elə girib ki, düşünməkdən,nəyisə yerinə oturtmaqdan başım gicəllənir,ürəyim bulanır. Elə bil həyatdakı missiyam əlimdən çıxıb və üzərini duman bağlayıb.
Və mən üç aya yaxındır Bakıdayam. Belə getsə azı bir ay da qalacam. Soruşsanız(heçkəsə maraqlı deyil, I know), gəldiyim gündən etibarən bir gün belə özümü xoşbəxt hiss etməmişəm. Mən elə bil bu 3 ayda 3 il qocaldım. Heç cür başa sala bilməyəcəm,amma mən mənliyimi itirmiş kimiyəm.
Bakı,elə bil,xoşbəxt olmayan insanlar yığınıdır.Ölkədən kənarda bir il ərzində vərdişdən düşdüyüm bütün hissləri iki aydır Bakıda artıqlaması ilə yaşayıram.
Bakı,elə bil,xoşbəxt olmayan insanlar yığınıdır.Ölkədən kənarda bir il ərzində vərdişdən düşdüyüm bütün hissləri iki aydır Bakıda artıqlaması ilə yaşayıram.