Hal hazırda mərkəzi küçələrdəki ən bahalı restoranlardan, ən ucuz pub’lara qədər hər kəsin ən yaxın səhnə dostu 6 il əvvəl musiqi ailəmə daxil etdiyim “Nux MG 100”dür. Ölkənin müasir canlı musiqisinə xətt çəkdiyimi heç kəs inkar etməz, məncə
90lar, 2000lərin əvvəlində yetim qalan rock və alternativ janrlarının yeni ataları bizik. Musiqilərimizdə, xüsusən konsert və festivallarımızda bunu göstərdik. Bütün gənc qrup və musiqiçilərə təşəkkür edirəm. Yaxşı ki varsınız, varıq
@Nebili28 Düşünmürəm ki, bu məlumatı az insan bilir. Tarixdən anlayışı olan və ya maraqlan insan qulaqdandolma da olsa bilir. Lakin müasir dünyada bu məlumat artıq heç kəsin işinə yaramır
Söyüş söyməli olacam…. Bu soxduğum dünyada heç kəs (kimliyindən asılı olmayaraq) bütün dünya onunmuş kimi hərəkət etməməlidi. Cins, irq, milliyət, din və ya şəxsiyyyətindən asılı olmayaraq hər kəs bu s*kilmiş dünyada keçici olduğunu qəbullanmalı və ona görə hərəkət etməlidir
Vaxtilə yarımçıq qoyduğum bəstələrə qayıtdığımda, onları ilk yazmağa başladığım zamana ən yaxın tweetlərimi oxuyuram. O an hansı ruh halımda olduğumu xatırlamağa çalışıram. Deyəsən bura həm qeyd dəftərim, həm gündəliyim, həm də bəstələrimin depolandığı “ruh halı” arxividi.
Böyüdükcə hər gün necə dəyişdiyimin fərqinə varıram. Bəzən bu proses günlər, bəzən də saatlar ala bilir. Amma həqiqətən, artıq əminəm ki, məsələ bir yerdən digər yerə getmək deyil. Bu yolda yaşanılan şeylərdir.
Ailə üzvlərim (anam və atam) evdən kənarda mənim Joseph kimi, tam olaraq kim olduğumu həqiqətən bilmirlər. Elə düşünürlər ki, ancaq pub və restoranlarda çıxış edirəm, vəssalam.