Səhər fikirləşirsən ki, taksi çağırım işə tez çatım, amma taksi sürücüləri sənnən eyni fikirdə olmur. Sifarişi qəbul edir gəlmir, sifarişi qəbul edir telefonunu söndürür, sifarişi icra etməyə başlayır amma sən o maşında yoxsan. Beləliklə yarım saat keçir.
Mənim başıma gəlib belə hadisə. Rayona gedirdik, 6 nəfərlik maşın sifariş etdik. Maşın gələndə imtina etdik ki, biz buna yerləşməyəcəyik. Sürücü sonradan zəng edib dedi ki, bəlkə sizdən kimsə sürsün mən arxada oturum.