Kəlbəcərdə məktəblilər arasında dama turniri keçirilib
Kəlbəcər şəhərində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan 64 xanalı dama üzrə turnir təşkil olunub.
Yekun nəticəyə əsasən:
🥇 1-ci yer – Tacir Şükürlü
🥈 2-ci yer – Sərxan Əsgərli
🥉 3-cü yer – Murad Şahmuradlı
Kəlbəcər sakinlərinə tibbi xidmət g��stərilib
Kəlbəcər sakinlərinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədilə səyyar tibbi xidmət təşkil olunub.
#Kəlbəcər #ŞərqiZəngəzur #BöyükQayıdış #TibbiXidmət
Yeni ümidlərlə məktəbə doğru
15 sentyabr – yeni arzuların, biliklərin və uğurların başlanğıcıdır. Doğma yurdda çalınan hər məktəb zəngi Kəlbəcərdə yenidən canlanan həyatın və burada qurulan işıqlı gələcəyin səsidir.
Bilik Günün mübarək, Kəlbəcər!
#Kəlbəcər#BilikGünü
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib
Tədbir işaxtaranlarla işəgötürənlər arasında birbaşa əlaqənin qurulmasına, rayon sakinlərinin məşğulluq imkanlarının genişləndirilməsinə və Kəlbəcərdə formalaşan yeni iş imkanlarının ictimaiyyətə təqdim edilməsinə şərait yaradıb.
Kəlbəcərdə uşaqların peyvəndlənməsi məqsədilə səyyar tibbi xidmət təşkil edilib
Kəlbəcərdə yaşayan sakinlərin, xüsusilə uşaqların sağlamlığının qorunması və zəruri müayinələrə əlçatanlığının təmin edilməsi məqsədilə səyyar tibbi xidmət təşkil olunub.
Avqustun 27-28-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Kəlbəcər şəhərində aparılan bərpa və quruculuq işlərinə baxış keçiriblər.
#Kəlbəcər#BöyükQayıdış
Kəlbəcərdə qəbiristanlıqlara baxış keçirilib
Səfər çərçivəsində sakinlərlə görüş keçirilib, onların təklif və fikirləri dinlənilib, tarixi-mədəni irs nümunələrinin qorunması və bərpası istiqamətində fikir mübadiləsi aparılıb.
#Kəlbəcər#ŞərqiZəngəzur#BöyükQayıdış
Kəlbəcərdə yol layihələrinə baxış keçirilib
Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli rayon ərazisində yol layihələri ilə tanış olublar.
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Özbəkistan Respublikasının Baş prokuroru Niqmatilla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfəri çərçivəsində işğaldan azad edilmiş Kəlbəcər rayonunda olub.
Sözün gücünə, peşəkarlığa və obyektivliyə xidmət edən bütün media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edirik!
#22İyul#MilliMətbuatGünü