Gənclər və İdman Nazirliyi ilə razılıq əldə olunduqdan sonra AFFA tərəfindən Gəncə şəhər stadionunun mərhələli şəkildə inşasına başlanılacaq!
#Kəpəz#Kepez#Kapaz
"Kəpəz" qələbə qazandı
Yoxlama oyunları çərçivəsində "Kəpəz" növbəti matçını keçirib. Komandamız Bakıda "Səbail-2" ilə qarşılaşıb. Görüş gəncəlilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qələbə qolunu ikinci hissədə Bəhruz Teymurov vurub.
#Kəpəz#Kepez#Kapaz
"Kəpəz"in gənc üzvü Cavad Kərimov 19 yaşlılardan ibarət yığmaya dəvət alıb. Yarımmüdafiəçi millinin heyətində yanvarın 29-dan fevralın 9-dək Antalyada təlim-məşq toplanışında iştirak edəcək. Komandamız Türkiyədə üç yoxlama oyunu da keçirəcək.
#Kəpəz#Kepez#Kapaz
Yoxlama oyununda hesab açılmayıb
"Kəpəz" qış fasiləsində ilk yoxlama oyununu keçirib. Komandamız Bakı səfərində "Keşlə" ilə qarşılaşıb. Görüş 0:0 hesabı ilə başa çatıb.
#Kəpəz#Kepez#Kapaz
"Kəpəz" Bakıya gedir
"Kəpəz" yoxlama oyununda "Keşlə" ilə qarşılaşacaq. Oyun yanvarın 25-də Bakıda rəqib komandanın meydanında olacaq. Matçın startı saat 15:30-a təyin olunub.
#Kəpəz#Kepez#Kapaz
Təşəkkürlər, İlkin Həsənli
"Kəpəz" gənc müdafiəçi İlkin Həsənli ilə müqaviləyə xitam verib. Qarşılıqlı razılıq əsasında futbolçu komandanı tərk edib.
Klubumuz İlkin Həsənliyə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.
Allah rəhmət eləsin!
"Kəpəz"in icraçı direktoru İlqar Nadiriyə ağır itki üz verib. Klub rəhbərinin əmisi Xanverdi Nadiri dünyasını dəyişib.
Klubun kollektivi əmisinin vəfatı ilə bağlı İlqar Nadiriyə başsağlığı verib, yaxınlarına səbr diləyir.
Allah rəhmət eləsin!
Qərb derbisinin vaxtı dəyişdirilib
"Kəpəz"in qış hazırlıq dövründə yanvarın 22-də "Turan Tovuz" ilə keçirməli olduğu ilk yoxlama oyunu təxirə düşüb. Komandaların baş məşqçilərinin birgə razılığına əsasən oyun fevralın ilk həftəsində baş tutacaq.
#Kəpəz#Kepez#Kapaz
20 Yanvar faciəsinin ildönümüdür
Bu gün 20 Yanvar faciəsinin 32-ci ildönümüdür. "Kəpəz" klubunun kollektivi Gəncədə 20 Yanvar abidəsini ziyarət edib. Xatirə kompleksinin önünə qərənfillər düzülüb, şəhidlərin ruhuna dualar oxunub.
Allah rəhmət eləsin!
#Kepez#Kəpəz#Kapaz
Qış fasiləsində yoxlama oyunları keçirəcək "Kəpəz"in ilk iki rəqibi müəyyənləşib. Komandamız yanvarın 22-də "Turan Tovuz" ilə qarşılaşacaq. Matç Gəncədə keçiriləcək və saat 14:00-da başlayacaq. Digər yoxlama görüşü isə Bakıda "Səbail-2" ilə yanvarın 28-də olacaq
#Kəpəz#Kepez
"Kəpəz" qış transfer dönəmində heyətinə yeni futbolçu cəlb edib. Komandamız Roman Hüseynov ilə güclənib. Onunla mövsümün sonuna kimi müqavilə bağlanacaq.
Yarımmüdafiəçinin sonuncu klubu "Sumqayıt" olub. Roman bir neçə il öncə "Kəpəz" elitada çıxış edəndə heyətində oynayıb.
"Kəpəz" məşqlərə başlayır
"Kəpəz"in əsas komandası üçün qış istirahəti başa çatır. "Sarı-göylər" yanvarın 10-da Gəncədə məşqlərə başlayacaqlar. Komanda gündə bir dəfə məşq edəcək.
#Kəpəz#Kepez#Kapaz
Komandamız doğma meydanda rəqibini darmadağın etdi
Kəpəz U17 PFC 5 - 0 Zaqatala U17 FK
Komandamızın qolları:
İlham Hüseynov (2)
Nihat Qəribov (1)
Elşən Həsənov (1)
İmran Musayev (1)
#Kəpəz#Kepez#Kapaz#Zaqatala#KPZvZQL#match#AFFA#win#U17
U15 komandamız doğma meydanda rəqibini darmadağın etdi
Kəpəz U-15 PFC 7 - 1 Zaqatala U-15 FK
Komandamızın qolları
Cəlil Allahverdiyev (3)
Arzuman Əliyev (2)
Akşin Qasımlı (1)
Nihat İsaqov (1)
#Kəpəz#Kepez#Kapaz#Zaqatala#match#AFFA#KPZvZQL#win