Ali, orta ixtisas və peşə təhsili müəssisələrində isə tədris 29 sentyabrdan etibarən əyani olaraq (bəzi istisnalar olmaqla) həyata keçiriləcək. Tədris olunmayan dərs saatları il ərzində tətil günləri hesabına bərpa ediləcək.
2021-2022-ci tədris ilindən bütün ümumi təhsil müəssisələrinin IX siniflərində “Zəfər tarixi” kursunun tədrisinə başlanılacaq. “Zəfər tarixi” kursu tədris dilindən asılı olmayaraq, bütün siniflərdə dövlət dilində - Azərbaycan dilində 1 saat tədris olunacaq.