Şuşanın azadlığı uğrunda canından keçmiş qəhrəman oğullarımızdan biri - Surxay Noçuyevin həyat tarixçəsi, döyüş yolu və şəhidlik zirvəsi...
https://t.co/VpjIXt7Atd
2021-сi ilin oktyabr ayında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 26,7 min nəfər və ya 0,59 faiz artıb. 2021-ci ilin 01 noyabr tarixinə uçota alınmış sığortaolunanların sayı isə 4,57 mln. nəfər təşkil edib.
Görüşün məqsədi sosial sığorta ödəmələrinin operativ həyata keçirilməsinin təmin olunması, bu sahədə sığortaedən və sığortaolunanlara göstərilən xidmətlərin keyfiyyətinin artırılmasıdır.
Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən ölkənin ən böyük sığortaedənlərindən biri olan "Azərpoçt" MMC-nin Baş ofisi və 70 rayon filialının əməkdaşlarının iştirakı ilə onlayn görüş təşkil olunub.
Bu ilin 10 ayında #pensiya, #müavinət, #təqaüd, #ünvanlıyardım üzrə ötən ilin eyni dövrünə nisbətən 166,5 mln. manat çox olmaqla 4 mlrd. 949 mln. manat vəsait ödənilib.
Ətraflı: https://t.co/BPDWLVCSp8
12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib.
“Sosial saat”ın bu dəfəki mövzusu ünvanlı dövlət sosial yardımıdır. Qonağımız DSMF-nin Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialının direktoru Nicat İsmayılovdur.
Suallarınızı noyabrın 16-sı saat 10:30-dək postun rəy bölməsinə qeyd etməyiniz xahiş olunur.
Aparılan sosial-iqtisadi islahatların müsbət nəticələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində davamlı artım tempinə imkan verib.
https://t.co/mXMRqBlgKX
Müavinət xərcləri 417 milyon manat və ya 2,5 dəfə artıb, təqaüd xərcləri 310 milyon manat və ya 4,4 dəfə artıb, məcburi dövlət sosial sığorta hesabına ödənilən müavinət xərcləri isə 32 faiz artıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, 2018-ci illə 2021-ci ilin rəqəmlərini müqayisə etsək, görərik ki, sosial müdafiə xərcləri 60 faiz və ya 2,4 milyard manat artıb, pensiya xərcləri 1 milyard 600 milyon manat və ya 48 faiz artıb.
2021-ci ilin yanvar-oktyabr aylarında #pensiyatəminatı istiqaməti üzrə 3 mlrd. 848 mln. manat vəsait ödənilib ki, bu da keçən ilin eyni dövrünə nisbətən 3,1% və ya 117 mln. manat çoxdur.
Ətraflı: https://t.co/EUSSbNagt6
13 noyabr Beynəlxalq Görmə Məhdudiyyətli Şəxslər Günüdür. Bu dəfə sizə görmə məhdudiyyətli iki müəllimdən - Fərid Fərmanov və Vüsalə Musayevadan söz açacağıq.
https://t.co/I3WEf4ZeIS
Respublika üzrə bütün pensiyaların noyabrın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.
DSMF-nin İdarə Heyətinin sədr müavini Səfər Mehdiyev sosial təminat sahəsində Azərbaycanda aparılan son islahatlardan, görülən işlərdən, prioritet hədəflərdən bəhs edib. Assosiasiya üzvləri Azərbaycanın qabaqcıl təcrübəsinin öz ölkələrində tətbiqi perspektivlərindən danışıblar.
Dövlət Sosial Müdafiə Fondu (DSMF) Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının təşkilatçılığı ilə Moskva şəhərində “MDB ölkələrində və Gürcüstanda pensiya təminatının inkişaf perspektivləri” mövzusunda keçirilən “dəyirmi masa”da təmsil olunub.
Dövlət Sosial Müdafiə Fondu tərəfindən güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla bütün ölkə üzrə noyabr ayının pensiyaları ödənilib.
Ətraflı: https://t.co/HwKzbzvSQK
Bu gün respublika üzrə pensiyaçıların ümumi sayı 1 milyon 200 min nəfərdən çoxdur. Bu da respublika üzrə ümumi əhalinin 12%-ni təşkil edir. Yaşa görə pensiyanın orta aylıq məbləği 358 manatdır. Pensiyaçıların 55,5%-ni qadınlar, 44,5%-ni isə kişilər təşkil edir.