🇦🇿🇺🇦Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb.
Bu barədə məlumat Azərbaycan XİN-in “X” hesabında paylaşılıb.
Naziri paytaxt Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa qarşılayıb.
📌🇦🇿 Xocavənd rayonuna ümumilikdə 107 nəfərdən ibarət daha 27 ailə yola salınıb.
Bu mərhələdə Xocavənd şəhərinə 20 (81 nəfər), Qırmızı Bazar qəsəbəsinə 2 (9 nəfər), Xocavənd kəndinə isə 5 ailənin (17 nəfər) qayıdışı təmin edilib.
(Report)
📣🇹🇷 Ərdoğan NATO-nun Baş katibi Mark Rutte ilə görüşüb.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Görüş Ankarada NATO liderlərinin sammiti ərəfəsində keçirilib.
Hikmət Hacıyev Bakıya gələn dünyaca məşhur iqtisadiyyat professoru Ceffri Saks ilə görüşüb
Davamlı inkişaf, geosiyasət və geoiqtisadiyyat, Azərbaycanın orta güc kimi artan rolu, sülh gündəliyi və regional sahibkarlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
❗Türkmənistan Prezidenti Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Türkmənistan prezidenti Ulu Öndərin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.
Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, önünə tər güllər düzülüb.
🇦🇿🇹🇲 İyunun 22-də Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana dövlət səfərinə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
❗Türkiyə və Pakistan liderləri Ermənistan Baş naziri Nikol Paşinyanı “Vətəndaş Müqaviləsi” Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik ediblər.
🇦🇿 Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib. “Yer üzündəki hər bir uşağa möhkəm cansağlığı, sevgi, xoş günlər, qayğısız uşaqlıq və xoşbəxt həyat arzulayıram”.
🇦🇿 Məlum olduğu kimi, bu gün Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib.
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.