Kadero “mikpro”da!
Kadero “Olmaz”, “Keçmədi” mahnılarının həm müəllifi, həm də ifaçısıdır. İfaçı musiqi layihələrinin yayımını komandamıza həvalə etmişdir. Yeniliklər üçün onu izləmədə qalın.
Kadero-nu dinlə:https://t.co/JqZl0b2G2R
Kəmalə Qaramollayeva “mikpro”da!
Kəmalə Qaramollayeva “Qoyma, Gəldi”, “Hərşeyimsən” kimi ifaları ilə dinləyicilərin diqqətini çəkməyi bacarmışdır. İfaçının son olaraq təqdim etdiyi “Sən Mələksən” mahnısı bütün rəqəmsal platformalarda əlçatandır. Xoş dinləmələr!
Laelia “mikpro”da!
“Hekayə” sinqlı ilə dinləyiciləri salamlayan Laelia yeniliklərə davam edir. İfaçının yeniliklərindən xəbərdar olmaq üçün onu izləməyə davam edin.
Laelia-nı dinlə:https://t.co/lQpkPkHioh
Fatima Shiraliyeva “mikpro”da!
"3-5 Gün", "Divanə" kimi mahnıları ilə tanınan ifaçı mahnılarının yayımını komandamızla əməkdaşlıq çərçivəsində həyata keçirəcək. İfaçının yaxın günlərdə Qurd ilə birgə təqdim etdiyi “Qoy Yerinə” treki bütün rəqəmsal platformalarda əlçatandır.
Ayni Khalid “mikpro”da!
Böyük dinləyici kütləsinin sevgisini qazanan Ayni Khalid təqdim etdiyi klip-sinqllar ilə yaradacılığına davam edir. "Səndən Sonra", "Sevgi Bu" kimi trekləri bütün rəqəmsal platformalardan tapa və dinləyə bilərsiniz. Hər kəsə xoş dinləmələr arzu edirik!
Günel Qurbanova “mikpro”da!
Sevilən ifaçı Günel Qurbanova yaradıcılıq işlərinin yayımını komandamızla əməkdaşlıq çərçivəsində həyata keçirəcək. İfaçının "Dünyamın İçində", "Yağışlar Yağsa" dünyanın əksər rəqəmsal platformalarından tapa və dinləyə bilərsiniz.
Ismail Zade “mikpro”da!
İfaları ilə sevilən Ismail Zade təqdim etdiyi yeni sinql-kliplərlə yaradıcılığına davam edir. İfaçının "Bir Adam" adlı yeni mahnısı və digər ifaları bütün rəqəmsal platformalarda əlçatandır.
İsmail Zadeni dinlə: https://t.co/N3S40HSgXp
#İsmailZade#mikpro
Sevil Sevinc “mikpro”da!
“Yeni Ulduz” yarışması ilə tanınan, sevilən ifaçılar Sevil Sevinc bacıları ifalarının yayımını komandamızla əməkdaşlıq çərçivəsində həyata keçirəcəklər. Onlar yaxın günlərdə yeni ifalarını təqdim ediblər.
#SevilSevinc#mikpro#mikproaz
Xaliq Hüseyn “mikpro”da!
Fərqli tərzi ilə seçilən gənc ifaçı Xaliq Hüseyn təqdim etdiyi sinqllar-kliplərlə yaradıcılığına davam edir. O “Gedəni Saxlamazlar”, “Maraqlı Deyilsən” ifaları ilə dinləyicilərin diqqətini çəkməyi bacarmışdır. Yeniliklər üçün Xaliq Hüseyni izləmədə qalın
Vüqar Muradov “mikpro”da!
“Yeni ulduz-6” müsabiqəsinin qalibi, sevilən ifaçı Vüqar Muradov yaradıcılıq işlərinin yayımını komandamızla əməkdaşlıq çərçivəsində həyata keçirəcək. İfaçının “O Yana – Bu Yana” adlı ifası yaxın günlərdə onlayn oldu. Yeniliklər bununla bitmir.
Seyyid Hüseynzadə “mikpro”da!
Gənc ifaçı Seyyid Hüseynzadə yaradıcılığını yeni sinqllar-kliplər təqdim edərək davam etdirir. “Yanlış Zaman” adlı yeni mahnısı və bu günədək yayımlanan digər ifalarını bütün rəqəmsal platformalardan tapa və dinləyə bilərsiniz.
Aysel Əlizadə “mikpro”da!
“Yandırdın Qəlbimi”, “Ulduzlar”, “Coşma” kimi sevilən mahnıların ifaçısı Aysel Əlizadə ifalarının yayımını komandamıza həvalə etdi. İfaçı yaxın günlərdə “Dəyişdin” adlı mahnısını təqdim etdi.
Dervish Band “mikpro”da!
Müasir rok musiqimizin parlaq təmsilçilərindən olan Dervish Band musiqi əsərlərinin yayım prosesini komandamıza həvalə etdi. Dervish Band-in bu gün yayımlanan “Dur Gəl” adlı mahnısında qrupun xalq musiqisinə özünəməxsus yanaşmasını müşahidə edirik.
"GÀGA" "mikpro"da!
"GÀGA" son zamanlar fəaliyyət göstərən yerli rok qrupları arasında seçilməyi bacaran və yenilikləri ilə aktivliyini saxlayan bir qrupdur. “Welcome To My House” adlı yeni sinqlını dünyanın əksər rəqəmsal platformalarından tapa və dinləyə bilərsiniz.
"Cahan" Qrupu “mikpro”da!
“Cahan” sevilən mahnıları və canlı çıxışları ilə son dövrlər ön plana çıxan qruplardan biridir. Qrupun “Amandır”, “Dəyərlisən”, “Leyla” kimi sevilən mahnıları “İfalar Vol.1” albomu altında dinləməyiniz üçün əlçatandır.
Orxan Bağırov “mikpro”da!
“Harda Qaldı Gəlməyənlər”, “Ömür Fəsillənir” kimi mahnıların sevilən ifaçısı Orxan Bağırov ifalarının yayımını komandamıza həvalə etdi. İfaçının “Qayıt” adlı yeni mahnısını dinləyə bilmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz.