Dünən bazar günü olsa da, bütün gün mediada Özbəkistanla bağlı məlum proseslərdən danışdıq. Günün sonuncu söhbəti isə gecə saat 23:00-da AZTV-nin canlı efirində yekunlaşdı.
https://t.co/uNEIrYhnlh
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistana hər səfəri coğrafi baxımdan Mərkəzi Asiya ölkəsi olmayan Azərbaycanın regionda iqtisadi və siyasi çəkisini artırır, əməkdaşlığını genişləndirir və ölkəmizi Mərkəzi Asiyadakı proseslərin əsas iştirakçılarından birinə çevirir.
"https://t.co/s4Xq7tJVHL"ın təşkilatçılığı ilə "Hyatt Regency Baku" hotelində keçirilən "Təhlükəsiz mobilliyə doğru" konfransında iştirak və çıxış etdim.
Mövzu kifayət qədər aktual idi. Çıxışım təhlükəsiz mobilliyin iqtisadi tərəflərinə həsr olunmuşdu.
ABŞ–İran münasibətlərində yeni mərhələ, münaqişənin mümkün inkişaf ssenariləri və bunun enerji bazarlarına, eləcə də qlobal iqtisadiyyata təsirlərini AzTV-nin "Hədəf" verilişində canlı yayımda müzakirə etdik.
Neft də ucuzlaşır, qızıl da.
Amma bu ucuzlaşmalar davamlı olan deyil.
Neftin qiyməti geosiyasi risklərin azalmasına, qızılın qiyməti isə investorların yenidən riskli aktivlərə üz tutmasına reaksiya verir.
Amma iV rübdə hər ikisi yenidən bahalaşması ehtimalı yüksəkdir.
İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən İllik Toplantısının iqtisadi əhəmiyyətini və Azərbaycanın gələcək inkişaf perspektivlərini müzakirə etdik.
Yaxşı kitabdır.
Nobel mükafatı laureatları Abicit Banerci və Ester Duflonun “Çətin dövr üçün yaxşı iqtisadiyyat” kitabı müasir dünyanın ən ağrılı iqtisadi suallarına cavab axtarır.
Təsadüfi olmayan bir uğur!
Dünya çempionlarının 2-ci dəfə Avropa çempionu olacağı gözlənilən idi. Çünki ortada böyük əmək, düzgün idarəetmə və güclü komanda ruhu vardı. Federasiya rəhbərliyinin bu uğurda əməyi və sistemli yanaşması da xüsusidir.
Təbriklər, bizim uşaqlar!
Met with Mr. Peter Mihók, President of the 🇸🇰Slovak Chamber of Commerce and Industry. The meeting was a good opportunity to share experience on supporting #businesses, encouraging closer cooperation between our #SMEs and startups, and exploring new areas for joint initiatives.
🏡🏙️#WUF13 çərçivəsində keçirilən 'Urban Expo' sərgisində #KOBİA və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası birgə stendlə iştirak edir. Stenddə tikinti və şəhərsalma üzrə yerli sahibkarların məhsul və xidmətləri,dövlət dəstəyi alətləri təqdim olunur.Sərgi ilə tanış olduq.
Bu gün əbədiyaşar dahi şəxsiyyət, Heydər Əliyevin doğum günündə onun əziz xatirəsini dərin hörmət, böyük ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edirik.
#CaspianAgroWeek və #InterFoodAzerbaijan sərgilərində #KOBİA-nın təşkil etdiyi stenddə nümayiş olunan KOB-ların məhsulları ilə Prezident cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tanış oldular.