22 İyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edirik! #KOBİA sahibkarlığın inkişafı, biznesə dövlət dəstəyi və Agentliyin fəaliyyətinin işıqlandırılmasında medianın rolunu yüksək qiymətləndirir. Əməkdaşlığa görə təşəkkür edir, uğurlar arzulayırıq!
💡💫İnnovativ ideyaların biznesə çevrilməsinə dövlət dəstəyi davam edir. Bu ilin I yarısında #KOBİA 35 #KOB subyektinə #StartapŞəhadətnaməsi təqdim edib. Şəhadətnamə verilmiş layihələr süni intellekt, e-ticarət, fintek, logistika, turizm və digər perspektivli sahələri əhatə edir.
🚤⛵️Türkan qəsəbəsində fəaliyyət göstərən 'Türkan Marina' MMC-də olduq. Müəssisədə müxtəlif təyinatlı gəmilərlə yanaşı, sürətli qayıqların və fiber hovuzların inşası həyata keçirilir. Yerli istehsalın inkişafı və potensialın artırılmasına dair sahibkarla fikir mübadiləsi apardıq.
Bu gün UEFA Konfrans Liqasında Estoniyanın “Paide” sı ilə vacib səfər oyununa çıxırıq. Komandamızla görüşərək uğurlar arzuladım və futbolçulara inandığımı bildirdim. Ümid edirik ki, @ZirePFK ölkəmizi layiqincə təmsil edərək Bakıya sərfəli nəticə ilə qayıdacaq!💙🇦🇿 #ZirəİləZirvəyə
#KOBİA ölkədə könüllülük hərəkatının inkişafına, gənclərin praktik bacarıqlar əldə etməsi və ilkin əmək vərdişlərinə yiyələnməsinə dəstəyini davam etdirir. Bu ilin I yarısında 70-ə yaxın olmaqla, indiyədək 900-dən çox gənc Agentliyin #KOBKönüllüləri Proqramından faydalanıb.
#AzərbaycanDili xalqımızın milli kimliyinin, zəngin mədəniyyətinin və mənəvi dəyərlərinin ifadəsidir. Ana dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi hər birimizin vəzifəsidir.
#KOBKlasterŞəhadətnaməsi almış KOB klaster şirkətlərində 20-dən çox sahibkar birləşib. Onlar vergi güzəştləri, əməkdaşlıq imkanları, yeni bazarlara çıxış əldə edirlər. Bu imkanlardan yararlanmaq istəyən bizneslər #KOBKlaster şirkətlərinə və ya #KOBİA-ya müraciət edə bilərlər. 📃
#KOBİA ilə Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumunu imzaladıq. Sənədin Azərbaycan #KOB-ları ilə türk dünyası ölkələrinin sahibkarları arasında #biznes əlaqələrinin inkişafına töhfə verəcəyinə inanırıq. 📃✍🏽 Türk Ticarət Mərkəzinin fəaliyyəti ilə də tanış olduq.
#KOBİA-da keçirilən növbəti vətəndaş qəbulunda sahibkarların müraciətlərini dinlədik, suallarını cavablandırdıq. Qəbulda qaldırılan məsələlər üzrə dəstəyin göstərilməsi və səlahiyyətlərimiz çərçivəsində müvafiq qurumlarla birgə tədbirlərin görülməsi təmin ediləcəkdir.
KOB evləri sahibkarların gündəlik fəaliyyətini asanlaşdırmaqda davam edir. 2026-cı ilin I yarısında sahibkarlar #KOB evlərinə daha çox yükdaşımalar üçün icazə blankı, fərqlənmə nişanı, poçt göndərişləri, mənşə sertifikatı, vergi və gömrük məsələləri ilə bağlı müraciət ediblər.
Bir neçə ay əvvəl fəaliyyətə başlamış #GəncəKOBEvi artıq sahibkarların aktiv istifadə etdiyi xidmət məkanlarındandır. Cari ilin aprel-iyun aylarında #KOB evində biznesə 2 mindən çox #xidmət göstərilib. Bu, sahibkarların vahid məkanda xidmət almağa üstünlük verdiyini göstərir. 🤝🏽
Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası ilə görüşdə #logistika sektorunun inkişafını, sahibkarların çətinliklərini və əməkdaşlıq imkanlarını müzakirə etdik. Fikir mübadiləsi çərçivəsində biznesin inkişafına dəstək perspektivlərini dəyərləndirdik.
'Marsol Group'un təşkilatçılığı ilə sahibkarlarla səhər yeməyində bir araya gəldik. Görüşdə biznesin inkişafı və sahibkarların aktual məsələlərini müzakirə etdik. Belə görüşlər dövlət–özəl sektor əməkdaşlığının güclənməsi, yeni təşəbbüslərin formalaşması üçün əhəmiyyətlidir.☀️🫱🏼🫲🏾
Nazirlər Kabinetinin Qərarı ilə #KOB-lara dövlət dəstəyinin qiymətləndirilməsi Qaydaları təsdiqləndi. Qaydaların tətbiqi #dəstək mexanizmlərinin səmərəliliyini qiymətləndirəcək, effektiv mexanizmləri genişləndirəcək və müasir alətləri formalaşdıracaq.
https://t.co/885mDpVykp
Rəqabətqabiliyyətli yerli istehsalın inkişafı 🇦🇿 iqtisadiyyatının gücüdür. Bu sahədə #biznes təşəbbüslərini dəstəkləyirik. Şüşə məhsulları və interyer sistemləri istehsal edən 'Glasstech' MMC-də olduq. İstehsalda innovasiyalar və inkişaf planlarına dair fikir mübadiləsi apardıq.
Qanunun aliliyinin, ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında mühüm xidmətləri olan daxili işlər orqanlarının əməkdaşlarını 2 İyul – 🇦🇿#AzərbaycanPolisiGünü münasibətilə təbrik edir, möhkəm cansağlığı və şərəfli xidmətlərində uğurlar arzulayırıq.
#PolisGünü#108il
Maliyyəyə çıxış #KOB-ların böyüməsi və modernləşməsi baxımından vacibdir. Bakıda keçirilmiş @BSTDB-nin Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş Biznes Forumda KOB-ların #maliyyəyə çıxışı, bu sahədə əməkdaşlıq və ixrac imkanları barədə danışdım.
🇦🇿 Ölkəmizdə sayca üçüncü #KOBKlaster şirkəti yaradılıb. 'Healthtech Solutions KOB Klaster Şirkəti' laboratoriyalarda istifadə olunan test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsal edəcək. Şirkətə KOB klaster şəhadətnaməsini təqdim etdik.