Sahibkarların yeni #investisiya imkanlarını daha düzgün qiymətləndirməsinə dəstək olmaq məqsədilə #KOBİA 10 istiqamət üzrə #DaxiliBazarAraşdırması aparacaq. Araşdırmalar yaşıl texnologiyalar, innovativ istehsal və aqrobiznes kimi perspektivli sahələri əhatə edəcəkdir.
İtaliyanın ‘SSML ICOTEA – HUB4Minds’ İnstitutunun rəhbəri Tommaso Barone ilə görüşdə #KOB-ların inkişafını, sahibkarların bilik və bacarıqlarının artırılmasında innovativ yanaşmaların tətbiqini, beynəlxalq təcrübə və yeni əməkdaşlıq platformalarının yaradılmasını müzakirə etdik.
🇦🇿Sərhədlərimizin müdafiəsi və təhlükəsizliyinin təmin olunması istiqamətində xidmət edən sərhədçilərimizi peşə bayramları münasibətilə təbrik edir, Vətənə şərəfli xidmətlərində uğurlar arzulayırıq!
. https://t.co/boGoy7yZX7 layihəsinin nümayəndələri ilə görüşdə bu ilin iyul ayında qəbul olunmuş ’Kraudfandinq haqqında’ Qanunun KOB-ların maliyyələşməsində yaradacağı yeni imkanları müzakirə etdik.
Mikro, kiçik və orta bizneslər regionların iqtisadi fəallığına töhfə verməkdə davam edir.📍Kürdəmirə səfərimiz çərçivəsində 'Finco' MMC-nin nar bağında olduq. Sahibkarla yerli istehsalın genişləndirilməsi və inkişaf planlarını müzakirə etdik.
Regionlarda #KOB-ların dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılması istiqamətində görüşlərimiz davam edir.
📍Kürdəmir rayonunda sahibkarlarla görüşərək #biznes imkanları barədə fikir mübadiləsi apardıq, təklif və ehtiyaclarını dinlədik, suallarını cavablandırdıq.
'Saf Təkaful Sığorta və Təkrarsığorta Brokeri' MMC ilə görüşdə #KOB-ların layihələrinin maliyyələşdirilməsi, bu sahədə dövlətin dəstək mexanizmləri və #KOBİA-nın təqdim etdiyi dəstək, eləcə də alternativ maliyyələşdirmə imkanları ilə bağlı fikir mübadiləsi apardıq.
'Sea Breeze'də keçirilən Azərbaycan–Rusiya 🇦🇿🇷🇺 İşgüzar Şurasının növbəti iclasında iştirak etdik. Rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə təşkil olunmuş tədbir işgüzar əlaqələrin inkişafına və #KOB-lar arasında əlaqələrin genişlənməsinə öz töhfəsini verəcəkdir.
Ulu Öndər Heydər Əliyevə həsr olunmuş dövlət qurumları arasında IV Minifutbol turniri başa çatdı.Finalda ‘SOCAR’ ‘Azərişıq’a qalib gələrək kuboka sahib oldu.Belə turnirlər dövlət qurumları arasında həmrəyliyin,əməkdaşlığın və sağlam həyat tərzinin təşviqinə töhfə verir.🇦🇿 ⚽🏆
#KOBİA ölkədə könüllülük hərəkatının inkişafına, gənclərin praktik bacarıqlar əldə etməsi və ilkin əmək vərdişlərinə yiyələnməsinə dəstəyini davam etdirir. Bu ilin I yarısında 70-ə yaxın olmaqla, indiyədək 900-dən çox gənc Agentliyin #KOBKönüllüləri Proqramından faydalanıb.
#KOBİA ilə Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumunu imzaladıq. Sənədin Azərbaycan #KOB-ları ilə türk dünyası ölkələrinin sahibkarları arasında #biznes əlaqələrinin inkişafına töhfə verəcəyinə inanırıq. 📃✍🏽 Türk Ticarət Mərkəzinin fəaliyyəti ilə də tanış olduq.
'Marsol Group'un təşkilatçılığı ilə sahibkarlarla səhər yeməyində bir araya gəldik. Görüşdə biznesin inkişafı və sahibkarların aktual məsələlərini müzakirə etdik. Belə görüşlər dövlət–özəl sektor əməkdaşlığının güclənməsi, yeni təşəbbüslərin formalaşması üçün əhəmiyyətlidir.☀️🫱🏼🫲🏾
KOB evləri sahibkarların gündəlik fəaliyyətini asanlaşdırmaqda davam edir. 2026-cı ilin I yarısında sahibkarlar #KOB evlərinə daha çox yükdaşımalar üçün icazə blankı, fərqlənmə nişanı, poçt göndərişləri, mənşə sertifikatı, vergi və gömrük məsələləri ilə bağlı müraciət ediblər.
#KOBİA-da keçirilən növbəti vətəndaş qəbulunda sahibkarların müraciətlərini dinlədik, suallarını cavablandırdıq. Qəbulda qaldırılan məsələlər üzrə dəstəyin göstərilməsi və səlahiyyətlərimiz çərçivəsində müvafiq qurumlarla birgə tədbirlərin görülməsi təmin ediləcəkdir.
Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası ilə görüşdə #logistika sektorunun inkişafını, sahibkarların çətinliklərini və əməkdaşlıq imkanlarını müzakirə etdik. Fikir mübadiləsi çərçivəsində biznesin inkişafına dəstək perspektivlərini dəyərləndirdik.
Bir neçə ay əvvəl fəaliyyətə başlamış #GəncəKOBEvi artıq sahibkarların aktiv istifadə etdiyi xidmət məkanlarındandır. Cari ilin aprel-iyun aylarında #KOB evində biznesə 2 mindən çox #xidmət göstərilib. Bu, sahibkarların vahid məkanda xidmət almağa üstünlük verdiyini göstərir. 🤝🏽
#AzərbaycanDili xalqımızın milli kimliyinin, zəngin mədəniyyətinin və mənəvi dəyərlərinin ifadəsidir. Ana dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi hər birimizin vəzifəsidir.