Qazaxıstanda baş verən Bakı-Qroznu sərnişin təyyarə qəzası böyük üzüntü doğurur. Bu ağır gündə zərər çəkənlərə dəstək olmağı və onların ailələrinə güc diləməyi vacib bilirik. Yaralılara tezliklə sağalmalarını, həyatını itirənlərin yaxınlarına isə səbr və başsağlığı arzu edirik.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin doğum günü münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq. Prezidentimizə möhkəm cansağlığı və uzun ömür diləyirik. Azərbaycanın inkişafı, vətənimizin rifahı naminə göstərdiyi səylərə görə minnətdarlığımızı bildiririk.
Zəfər parkının və Memorial abidənin tikintisi tamamlanmışdır. Bu kompleksin tikintisində Mr.Fix olaraq:
•CERAMAX® kafel və keramika yapışdırıcıları
•FUGAMAX® dərz dolğuları
•ÇİMSA ağ sementi
•KRATOS Micro Fiberimizdən istifadə edildiyi üçün böyük qürur hissi duyuruq.
7 noyabr 2024 tarixində cənab prezident İlham Əliyev tərəfindən Böyükşor-Pirşağı avtomobil yolunun açılışı oldu. Bu layihədə :
•BETONMIX® HP 1275 və SP 1000 beton qatqılarımızdan
•TAMCRETE® ERM 75 təmir-gücləndirmə məhsullarımızdan istifadə olunmuşdur.
Türkiyə Cümhuriyyətini 101-ci ildönümü münasibətilə təbrik edir, türk xalqının birliyini və gücünü yüz illər boyu növbəti nəsillərlə birlikdə qeyd etməyi arzu edirik.
24 oktyabrda "İTV"-də "YAŞAT" Xeyriyyə Marafonunda direktorumuz Necmeddin Taşbağ şirkətimizin dəstəyini ifadə etmişdir. O, çıxışında qeyd etdi ki, özəl məktəblərdə təhsil alan beş şəhid övladının illik 30 000 AZN təhsil xərclərini 5-7 il ərzində qarşılamağı öhdəmizə götürəcəyik.
Xankəndi-Şuşa-Laçın tunel yolunun betonunda istifadə olunan məhsullarımız:
BETONMIX SP 420 K/S beton qatqısı
BETONMIX HP 1211 beton qatqısı
BETONMIX SHOTCRETE 224 AL beton qatqısı
FORMAX KA 121 qəlib yağı
CURE PRF kür materialı
Mr.Fix olaraq Qarabağ Universiteti kimi unikal bir layihədə:
THERMOMAX® istilik izolyasiya materiallarımızdan
CERAMAX® kafel və keramika yapışdırıcılarımızdan
FUGAMAX® dərz dolğularımızdan istifadə olunduğu üçün ayrıca qürur duyuruq.
Özbəkistanın paytaxtı Daşkənddə təşkil edilən “İqtisadiyyatın əsas istiqamətləri – ümumi rifaha doğru addım” sərgisində digər Azərbaycan şirkətləri ilə birgə ölkəmizi təmsil etməkdən qürur duyuruq.
Cəlilabadda fəaliyyət göstərən ustalar üçün 20 iyul 2024 tarixində CERAMAX kafel və keramika yapışdırıcılarının təqdimatı və tətbiqi mövzusunda seminar təşkil etdik. Olduqca maraqlı və informativ keçən tədbirimizdə iştirak edən hər bir ustaya minnətdarlığımızı bildiririk
Sumqayıtda yeni müəssisəmizin tikintisi başa çatmaq üzrədir. Bu zavod istehsal imkanlarımızı əhəmiyyətli dərəcədə artıracaq və müxtəlif təyinatlı su izolyasiya materiallarının və zəmin döşəmə məhsullarının istehsalına imkan yaradacaq
Komandamızın növbəti seminarı Özbəkistanın paytaxtı Daşkəndə baş tutdu. Orada yaşayan və fəaliyyət göstərən ustalara da CERAMAX keramika yapışdırıcılarımızı və FUGAMAX dərz dolğularımızı təqdim etdik. Onlara iştirak etməyə və öyrənməyə həvəs göstərdikləri üçün təşəkkür edirik.
Şəmkirdə fəaliyyət göstərən ustalar üçün 17 apreldə CERAMAX kafel və keramika yapışdırıcılarının təqdimatı və tətbiqi mövzusunda seminar təşkil etdik. Olduqca maraqlı və informativ keçən tədbirimizdə iştirak edən hər bir ustaya minnətdarlığımızı bildiririk
Ümummilli Lider H.Əliyevin və Türkiyə Cumhuriyyətinin 100-cü ili çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Zəngilan rayonunun "Teras" ərazisində 5 hektar sahədə ağac əkərək Qarabağın təbii gözəlliyini bərpa edib gələcək nəsillər üçün daha yaşıl gələcək yaratdıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında “Kartaş Kimya” MMC-nin müasir standartlara cavab verəcək tikinti kimyəviləri istehsalı zavodunun təməl qoyma mərasimi keçirildi.
“Kimyaçı” Mədəniyyət Sarayında əmək yarmarkasını təşkil etdiyinə və bizi də bu tədbirə dəvət etdiyinə görə Dövlət Məşğulluq Agenliyinə təşəkkürümüzü bildirmək istəyirik! Bütün iş axtaranlara şirkətimizə olan həvəs və marağınıza görə də ayrıca təşəkkür edirik.
Məlumatlandırıcı təqdimatlardan tutmuş maraqlı müzakirələrə qədər #ICCX2023 konfransı iştirak edən hər kəs üçün unudulmaz təcrübə oldu. Dünyada və ölkədə sənayemizin necə inkişaf edəcəyini görməkdən məmnunuq