Hamınızı ictimai müzakirəyə dəvət edirik!
Azərbaycan höküməti ərazi bütövlüyü üzərində suverenliyini bərpa etdiyini iddia etdiyi gündən müxalif kəsim arasında müxtəlif müzakirələr başlandı. Onlardan biri də Post-Qarabağ dövrünə müxalifətin hazırlığı məsələsidir.
Biz də düşündük ki, bu kəsimi təmsil edənlərlə birlikdə ictimai müzakirə təşkil edək. Elə ona görə də, bu axşam, oktyabrın 28-i saat 21:00-da ClubHouse-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi, Müsavat partiyasının üzvü, siyasi ekspert Elman Fəttah və siyasətçi, Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı ilə ictimai müzakirə təşkil edəcəyik. Siz də bizə qoşularaq müxalifətin gələcək üçün formalaşmalı olan vizyonunu sorğulaya, öz suallarınızı verə, təkliflərinizlə çıxış edə bilərsiniz.
Clubhouse nədir?
Clubhouse onlayn səsli müzakirələr edə biləcəyiniz mobil tətbiqdir. AppStore və ya PlayStore vasitəsilə tətbiqi yükləyə və mobil nömrənizi daxil edərək qeydiyyatdan keçə bilərsiniz. Proses kifayət qədər sadədir. Daha sonra isə şərhdəki linkə toxunaraq 2vur2-yə abunə ola və müzakirələrdən xəbərdar ola biləcəksiniz.
Erməni mənbələri Azərbaycan-Ermənistan sərhədində yaxın zamanlarda baş verə biləcək yeni hərbi əməliyyatın anonsunu verir. Bildirilir ki, rəsmi Bakı Ermənistan tərəfindən işğal olunmuş 8 kəndi almaq üçün hücuma hazırlaşır. Yeni eskalasiyanın noyabr ayının ortaları olacağı deyilir. İsveç XİN də şərti sərhədlə yaxın olan ərazilərə öz vətəndaşlarını səfər etməməyə çağırıb.
Rusiya hökumətinin sosial mediada təbliğatçısı kimi tanınan, siyasi ekspert Nəzakət Məmmədova Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılıb və barəsində istintaq müddəti boyunca 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, Rusiyaya cəsusluqda və dövlətə xəyanətdə ittiham olunur.
Məhəddin Orucovun (Möhyəddin Orucov) sosial şəbəkələrdə prezident İlham Əliyevi tənqid etdiyi üçün saxlanıldığı bildirilir. Dünən saat 7 radələrində polisə çağırılıb və barəsində şikayət olduğu deyilib. Ona bildiriblər ki, sosial şəbəkələrdə dövlətə və prezidentə qarşı paylaşımlar etmisən. Dünəndən Suraxanı RPİ-nin 32-ci polis bölməsində saxlanılır.
Azərbaycan Ordusunda xidmət göstərən bir neçə hərbçi xidmət zamanı smartfon telefonlardan Tiktoka girdikləri üçün, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşaraq təhlükəsizlik qaydalarını pozduqları üçün ordu sıralarından xaric ediliblər. Digərləri barəsində isə ciddi intizam tədbirləri görülüb.
Azərbaycan Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəkləyir. Bunu Xarici İşlər Naziri Ceyhun Bayramov deyib. Nazir eyni zamanda rəsmi Bakının İsrail-Fələstin münaqişəsi zonasında artan münaqişədən dərin narahatlığını vurğulayıb və hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb. Azərbaycan fələstinli qaçqınlara dəstək üçün 1,6 milyon dollar ayırıb.
ABŞ İsraili müharibə qanunlarına riayət etməyə çağırıb. Ərdoğan isə bütün bəşəriyyəti Qəzzada tarixdə görünməmiş bu vəhşiliyi dayandırmaq üçün hərəkətə keçməyə dəvət etdiyini bildirib. Bu arada İsrail öz vətəndaşlarına ən qısa zamanda Türkiyəni tərk etməyə çağırıb.
İlham Əliyev: "Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq".
Paşinyan bildirib ki, Ermənistan Meğri dəmiryol xəttini bərpa etməyə hazırdır. Həmçinin deyib ki, rəsmi Yerevan bütün əsir və məhbusları dəyişdirməyə, itkin düşənlərin problemlərini həll etməyə və əraziləri minalardan təmizləməyə də hazırdır.
İlqar Məmmədov, Tural Abbaslı, Əli İnsanov, İqbal Ağazadə, Sərdar Cəlaloğlu və digər partiya liderləri İlham Əliyevə müraciət ediblər: "Partiyalarımız dövlətimizin əbədi suverenliyi üçün apardığınız uğurlu daxili və xarici siyasətdə Zati-alinizə dəstəyini bəyan edir".
Qarabağdan Ermənistana qaçan, silahlı birləşmələrin 16 ildən artıq baş komandanı olmuş, Xocalı soyqırımını törədənlərdən biri kimi adı hallanan Samvel Babayanın ifadələri əsasında Ermənistanda cinayət işi açılıb. Hazırda iş üzrə təqsirləndirilən şəxs yoxdur.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, bir zamanlar Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini işləmiş, general-mayor Sərdar Səfərov Xankəndi şəhərinə komendant təyin edilib.