Gecə hamı susanda insanın içindəki səs daha da ucalır. Gözlər yuxu axtarır, amma ürək keçmişdə qalanları bir-bir oyadır.
Bəzən yuxusuzluq yatmamaq deyil… unutmaq istədiklərini gecənin sənə yenidən xatırlatmasıdır.
Səhər açılır, amma bəzi gecələr insanın içində heç vaxt bitmir.
İnanırıq ki, bir gün Azərbaycanın bütün bölgələrində Rəsulzadə üçün gözəl və ətrafı geniş olan bir abidə ucaldılacaq. Ömrünü Qurduğu dövlətin bağımsızlıq mücadiləsinə adayan öndərimizin həyatını dərindən öyrənən xalqımız böyük sevgi və istəklə oranı ziyarət edəcəklər..
Rəsulzadəyə və AXC hökümətinə qarşı xəyanət edib Rusun köləsi olan yerli Azərbaycanlılar elə sonda Rusun gülləsi ilə öldürülür! Bugündə onların qırıntıları yenə Rəsulzadə və Cümhuriyyət düşmənçiliyi aparır.
“Rəsulzadə Azərbaycanı qoydu qaçdı” deyənlər, Rəsulzadənin Azərbaycanda həbs olunaraq Rusiyaya aparıldığını bilməyəcək qədər savadsız kommunist qırıntılarıdır. Bu sözü isə onların ağzına kimin yapışdırdığını gözəl bilirik.
M.Ə.Rəsulzadə bütün ömrünü Azərbaycan davasına adayarkən çox zərbələr almışdır. Lakin onu ən çox sarsıdan dostları və həmvətənlərinin xəyanəti olmuşdur.
Millət olaraq drama çox meyilliyik. Qəza baş verib o qədər insan həlak olub, baxıram Hökümə xanımın səsin bir mahnıyla düzəldib paylaşırlar. Bunlara belə hadisə lazımdır elə prim kassınlar.
Allah vəfat edənlərə rəhmət etsin…
Elçibəyin qızı Çilənay prezident olan atasına deyir ki, ayaqqabım olmadığına görə dərsə gedə bilmirəm. Prezident Elçibəydə “gözlə 2 günə maaş alacam. Maaşımı alım sonra ayaqqabı alacam. Sən də məktəbə gedəcəksən” deyir.