@Kamahairdresser başı zorla örtülən uşaqların ailələri ilə uşaq hüquqları mühafizə orqanları məşğul olsunda, zorla bağlanmıyanlar bəs? ideoloji olaraq uşaq bunu mənimsəyib və atmaq fikri yoxdursa bəs? burda dövləti kimə şikayət edəcəyik?
bir qızın hicabı onun təhsil almaq hüququndan üstün tutula bilməz. heç bir qız təhsillə inancı arasında seçim etməyə məcbur edilməməlidir. təhsil hər bir qızın haqqıdır
#humanrightsinazerbaijan
Ağcabədidə 2010-cu il təvəllüdlü uşaqla 2001-ci il təvəllüdlü kişinin cinsi əlaqəyə girməsi ilə bağlı araşdırma etdim. “E-mehkeme” saytında hadisə ilə bağlı şəxs barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 mart tarixli hökmü yerləşdirilib. Şəxs Cinayət Məcəlləsinin 152.4.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə - təkrar törədildikdə)maddəsi ilə ittiham olunub. Təqsirləndirilən şəxs 2024-cü ilin noyabrında həbs olunub.
Məhkəmə sənədlərində bildirilir ki, şəxs 2010-cu il təvəllüdlü uşaqla 2024-cü ilin may ayında dəfələrlə cinsi əlaqədə olub. Lakin təqsirləndirilən ifadəsində cinsi əlaqəyə görə məsuliyyəti qızın üzərinə yıxıb. Bu necə könüldür (?) ki, özündən 9 yaş balaca uşağa meyil salır. Görünür ki, hadisənin çarəsizliyi də zərərçəkənin eyni ifadə verməsinə yol açıb. Yəni, hamiləlik olmasa və həkimlər polisə xəbər verməsə, ailələr öz aralarında anlaşıb cinayəti ört-basdır edəcəkdi.
Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirib ki, zərərçəkmişi sevməsi və onunla ailə qurmaq niyyətində olmasını anasına deyib, anası da bu barədə zərərçəkmişin anasına məlumat verib.
2024-cü ilin aprel ayında zərərçəkənin evində nişan keçirilib. Valideynləri onlara zərərçəkənin 18 yaşına çatdıqda rəsmi nikaha daxil olaraq ailə quracaqlarını bildiriblər. Təqsirləndirilən şəxsin ifadəsinə görə, bir müddət sonra zərərçəkənin ona ailə qurmaq istədiyini bildirdiyini, o isə səbrli olmasını, zamanı gəldikdə ailə quracaqlarını dediyini bildirib.
Zərərçəkənin ona cinsi əlaqədə olacaqları təqdirdə ailələrinin onlara ailə qurmağa icazə verəcəklərini deyərək cinsi əlaqədə olmağı təklif etdiyini deyib. O, zərərçəkənlə cinsi əlaqədə olmasına görə cinayət məsuliyyətinə cəlb olunaraq həbs olunacağını düşünmədiyini bildirib.
Bir neçə ay sonra zərərçəkənin hamilə olduğunu öyrəniblər. Ailələrin razılığı ilə evdə yaxın qohumların iştirakı ilə “toy” keçirilib. Hamiləliyin 5-ci ayında (oktyabr) zərərçəkən, təqsirləndirilən şəxs və ailəsi ilə birlikdə yaşamağa başlayıb.
Daha sonra zərərçəkən hamilə olduğunda görə qəsəbədə yerləşən xəstəxanaya müayinəyə aparılıb, bundan təxminən beş-altı gün sonra polis əməkdaşları yaşadığı evə gələrək onu özləri ilə Polis şöbəsinə aparıblar.
Zərərçəkən məhkəmə istintaqında bənzər ifadəni versə də, ibtidai istintaqa təqsirləndirilən şəxslə öz razılığı ilə dəfələrlə cinsi əlaqədə olduğunu deyib. Daha sonra məhkəmədə yalnız bir dəfə cinsi əlaqədə olduqlarını deyib, yəni istintaqa və məhkəməyə verdiyi ifadədə ziddiyyət ortaya çıxıb. Məhkəmə zərərçəkənin istintaqa verdiyi ifadəni əsas götürüb.
Zərərçəkənin anası məhkəmədə bildirib ki, kişinin həbsdə qalmasının qızına müsbət təsiri yoxdur, ona görə də onun barəsində şikayəti yoxdur.
Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı son sözündə məhkəmə baxışı zamanı zərərçəkənlə ortaq övladının dünyaya gəldiyini (bu ilin fevral ayında), zərərçəkənin və yeni dünyaya gəlmiş övladının anası ilə birlikdə yaşadığını, bununla da artıq himayəsində iki qadın, bir azyaşlı körpənin olduğunu, ailənin dolanışığının onun üzərində olduğunu, zərərçəkənin faktiki ailə münasibətlərinin olduğunu, azadlıqdan məhrum edilməsinin ailəsinin həyat şəraitini eləcə də, maddi vəziyyətini pisləşdirəcəyini bildirərək məhkəmədən cəza təyin edərkən bütün bu halları nəzərə almağı xahiş edib.
Təqsirləndirilən şəxs CM-nin 152.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Lakin Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş 6 il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunub və ona 1 il sınaq müddəti müəyyən edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilib və azadlığa buraxılıb.
Bu gün uşağın kişinin evində qalması ilə bağlı xəbər yayılandan sonra insanlar haqlı olaraq etiraz etdi. Ardınca, uşağın yenidən öz valideynlərinin himayəsinə verildiyi ilə bağlı xəbər yayıldılar. #13uşaqYaşıdırAnaYox