Mamam əməliyyat olundu deyə dayım rayondan Bakıya gəldi xəbəri eşidən kimi. Qardaşım deyir ki, görəsən belə qardaş ola bilərəm? Ay vicdansız sən mənim indidən ürəyimi partladırsan, qaldı böyüyəndə
"Önəmli deyil" dediyim hər şey önəmli idi. "Boş verdim" dediyim heç bir şeyi boş vermədim əslində. "Eybi yox" dediyim hər bir şeyin eybi var idi.Gərək oturub hər şeyi danışım?
Birdən olur kimsə nəyisə soruşur, baxıram ki danışmaq istəyirəm. Mesajı yazıram, içimdə nə varsa hamısın yazıram da. Sonra fikirləşirəm ki, 2 söz deyib gedəcək, daha da dərdim artacaq ki kaş deməzdim. Ona görə, danışa bilmədiyim başa düşməyəcəkləri hər şeyə boş ver deyirəm.
Qardaşım bəzən sual verir, istəyirəm bəzi şeyləri danışım ona, bəlkə rahatlayaram. Üstündən 5 dəqiqə keçməmiş xırda bir şeyi belə, evdəki hər kəsin eşidəcəyi tonda deyir, deyirəm "şükür Lalə, onunla dərdləşmək kimi səhv etmədin"