14 fevral günü rəfiqəmlə, anama gül almağa getmişdim, iki gül almaq istədiyimi bildirdim bir satıcıya, sonradan kim üçün aldığımı öyrənəndə, 1 gül də əlavə mənə verdi hədiyyə olaraq, çox şəkər idi. Qarşıma belə insanlar çıxanda çox xoşbəxt oluram.
Hələ də "Dark" serialını paylaşıb 4 dəfə izləyəndən sonra anlaya bildim, dəftər qələm tutun yanınızda deyən insanlar görürəm.
Heç "Mindfucker" tərzdə film və serial izləməmisiniz?(
Bu gün @DJ_Fateh ictimai radionun efirində ifafə azadlığı sahəsində master klass keçdi. İfadə azadlığının (qadınların geyim azadlığının) əleyhinə çıxan adamı danışmağa qoymadı. İlk dəfə idi, ictimai kanalı adına uyğun davranan gördüm. Təşəkkürlər, Fateh və @RavanBaghirov
Sevimlimiz Tural Abbaslı..
Turala görə,kukla ilə oynayan oğlan uşaqları böyüyüb kişi olmur..yəqin bu uşaq vaxtı silahla oynaya-oynaya, tank sürə-sürə böyüyüb..və oğlanla dostluq edən qızlar ailə həyatı qura bilmir..və kişi mətbəxə girib yemək bişirməz..ölkə kimlərin əlində qalıb.
Azәrbaycanda qadının başına nә gәlirsә gәlsin, axırda qadını haqsız çıxarırlar. Bu davamlılıq, bu peşәkar sırtıqlıq hәqiqәtәn gözlәrimi yaşardır. Hәr mövzuda bu qәdәr prinsipial olsaydınız, indi çiçәk kimi ölkәdә yaşayırdıq. Boyunuzu yerә soxum.
Uzun illərdir xəyalini qurduğum İspaniya səyahətim, covidlə bağlı təxirə düşdüyündən bəri stersli idim, amma buna baxmayaraq yenə səyahət edə bildim və ən əsası yanımda sevdiyim insanlarla bərabər. Çoxlu xatirələr topladıq.
Qayıtdığım gün İspaniyanın qapıları açdığını eşitdim🙄
2 həftədir HIMYM -a baxıram, özümü tutub sıxmışdım ki, onun haqqında heç bir şey oxumayım. Bayaq instada gəzəndə səhvən bir səhifəyə girdim üst - üstə 3 spoiler yedim🤦🏼♀️