İstanbul şəhərində #İstiklal prospektində partlayış xəbəri bizi dərindən kədərləndirdi. Bu terror nəticəsində hayatlarını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyeye başsağlığı bildirir, yaralılara şəfa diləyirik.
Azərbaycan hər zaman qardaş Türkiyenin yanındadır!
Dövlət Gömrük Komitəsində fəaliyyətini başa vuran növbəti “Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatların verilməsi ilə əlaqədar tədbir keçirilib.
Ətraflı: https://t.co/X7JtXukkrc
Vətən müharibəsində #şəhidlik zirvəsinə ucalan #gömrük əməkdaşı Ülvi Hacıyevin xatirəsinə həsr olunmuş gənclər arasında taekvondo üzrə Dövlət Gömrük Komitəsinin birinciliyinin açılış mərasimində iştirak etdik. Allah şəhidlərimizə rəhmət eləsin!
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov oktyabrın 21-də saat 11:00-da Astara şəhərində Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.
Ətraflı: https://t.co/0MxZjZT6Eo
Dövlət Gömrük Komitəsinin aidiyyəti struktur bölmələri tərəfindən aparılan araşdırmalar zamanı internetdə yerləşdirilən işə qəbul elanlarında qanunsuz yolla DGK-nın adından istifadə olunduğu müəyyən edilib.
Ətraflı: https://t.co/Y6T9tJbdWw
#DGK tərəfindən ANAMA-ya (@ANAMA_gov_az) ianə verilən xidməti itlər işğaldan azad edilmiş ərazilərimizdə #minatəmizləmə əməliyyatlarına, bərpa və yenidənqurma proseslərində təhlükəsizliyin təmin edilməsinə əlavə dəstək olacaq.
Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi yeni elektron xidmət ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesini asanlaşdıracaq.
Ətraflı: https://t.co/998our7dYO
Sentyabrın 27-də Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər. Dövlətimizin başçısı və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.
https://t.co/LU9etoDV37
Müzəffər Ali Baş Komandan İlham Əliyev:
Fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi dalğalanacaq! Biz burada əbədi yaşayacağıq! Yaşasın Laçın! Yaşasın Azərbaycan!
#MüzəffərAliBaşKomandan#Laçın#QarabağAzərbaycandır
DGK sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Balakən və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edəcək.
Ətraflı: https://t.co/ADyku9yGeM
Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Avropa Regional Ofisinin direktoru Əsər Çəngəllə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar keçirilən görüşümüzdə DGK ilə ÜGT arasında səmərəli əməkdaşlıqdan söhbət açdıq.
Əsər Çəngələ gələcək işlərində uğurlar arzulayıram.
Türkiyəli və gürcüstanlı həmkarlarımla Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində ilkin məlumat mübadiləsinə dair imzaladığımız saziş gömrük prosedurlarının sadələşdirilməsi hesabına yüklərin fasiləsiz, səmərəli şəkildə daşınmasına yeni imkanlar yaradacaq.#gömrük#transit
Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin fəaliyyətinin beynəlxalq əməkdaşlıq istiqamətində mühüm əhəmiyyət daşıdığını nəzərə alaraq region ölkələri ilə ofis arasında birgə həyata keçirilən layihələrlə tanış olduq.