“Sputnik Azərbaycan”-ın kollektivini və tezis strateqlərini “Toplum TV”, “Meydan TV”, “Abzas Media” kimi müstəqil medialardan nümunə götürməyə, onların fəaliyyətini örnək almağa, “sifarişli” yox, cəsarətli jurnalist olmağa dəvət edirik.
Karikatura: Gündüz Ağayev
Təxminən 1 il əvvəl, 21 aprel 2024-cü ildə “Sputnik Azərbaycan” Azərbaycan vətəndaş cəmiyyəti fəllarını və müstəqil hərəkatları açıq ��əkildə hədəf göstərən, onların həbsini tələb edən yazı yayımlandı.
Ən əsası media qurumlarının sifarişli yazıların, qarayaxama kampaniyasının aləti olmasını pisləyirik. Bu cür fəaliyyətlərə alət olan media qurumlarını, onların təmsilçilərini, işçi heyətini jurnalist etikasına sadiq qalmağa, öz qələmlərinə, peşələrinə hörmət etməyə səsləyirik.
14 il sonra da hər şeyə rəğmən məhz proqressiv dəyərlərin daşıyıcısı olan gənclərin müsbət dəyişikliklərin öncülləri olacağına inanırıq.
Hər şeyə rəğmən N!DA!
#nida14il
Nida Vətəndaş Hərəkatı olaraq 35 il əvvəl bu gün həlak olan soydaşlarımızın əziz xatirəsini hörmətlə yad edir və onların mübarizəsi ilə həmrəy olduğumuzu bildiririk! #20yanvar#qanlıyanvar#qarayanvar#Azərbaycan
1990-cı il 19 yanvardan 20-nə keçən gecə Rus qoşunları Bakıya daxil olaraq imperiya rəhbərliyinə etiraz edərək azadlıq və suverenlik tələb edən Azərbaycan xalqına divan tutmuşdur.
Əliyalın dinc etirazçıların üzərindən tankla keçmiş, hətta yaralılara yardım göstərməyə gələn təcili yardım maşınları belə atəşə tutulmuşdur. Bu gün müasir tariximizin ən faciəvi günlərindən biri olmaqla yanaşı, həm də misli görülməmiş mübarizə və azadlıq günüdür.
Rusiya hansısa proqressiv bəşəri dəyərlərə sahib olmayan klassik imperialist dövlətdir. Onun dostları yoxdur, onun maraqları var, bu maraqları təmin etməkdə onu işğallardan, kütləvi qətliamlardan çəkindirən hansısa qırmızı xətt, çəkindirici demokratik rasional idarəetmə yoxdur.
İttifaqdan istədiyimiz zaman ayrılmaq hüququmuz olmasına baxmayaraq azadlıq üçün ayağa qalxan xalqın qətl edilməsi bir daha Rusiya ilə münasibətdə təhlükəsizlik baxımından heç bir hüquqi sənədin, anlaşmanın qarantiya vermədiyini göstərir.
Baş verənlər və rəsmi qurumların səssizliyi Nicat Əmiraslanova qarşı zorakılıq və işgəncə törədildiyini, onun saxta ittihamları qəbul etməyə məcbur edildiyini düşündürür.
#nicathardadır?
İctimaiyyətin diqqətinə !
Artıq 36 saatdır ki, hərəkatımızın üzvü Nicat Əmiraslanovun harada olması və hansı ittiham üzrə həbs edilməsi barədə rəsmi qurumlardan məlumat almaq mümkün deyil.
Səhər saatlarında onun Xətai RPİ-də olması barədə məlumat əldə etdik.
Polis orqanları Nicat Əmraslanovun onlar tərəfindən saxlanılması barədə hər hansı məlumatı təkzib etməkdə davam edir. Ombudsman aparatı vəkilə DTX və Baş Prokurorluqdan məlumat əldə etməyi təklif edib.