Oktyabrın 24-də Türkiyə Respublikasının Zəfər Partiyasının təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Zəfər Partiyası sədrinin müşaviri Hakkı Şafak Ses arasında görüş keçirilib.
"The Wall Street Journal" nəşrinin regional mənbələrə istinadən verdiyi məlumata görə, Pakistan və İraq son günlərdə İran ilə bir neçə mühüm quru sərhəd-keçid məntəqəsini bağlayıb və ya fəaliyyətini kəskin şəkildə məhdudlaşdırıb.
Rusiyanın Omsk şəhərində ali təhsil müəssisələrindən birinin 20 yaşlı tələbəsinin qəsdən öldürülməsində şübhəli bilinən altı nəfərdən ikisinin pasportda cinsiyyətini qadın olaraq dəyişdirdiyi və hormon preparatları qəbul etdiyi üzə çıxıb.
#Omsk#Rusiya#DəhşətliQətl#Xəbərlər
İddiaya görə, Tibetdə gənc qız yerli adət-ənənələrə uyğun olaraq dörd qardaşla evlənməyə məcbur edilir.
Tibet, Nepal, Şimali Hindistan və Mərkəzi Afrikanın bəzi mədəniyyətlərində, müəyyən bölgələrdə çoxərlilik sosial bir norma kimi qəbul edilir.
#Tibet#Nepal#Hindistan#Afrika
Azərbaycan Respublikası Media və Yayım Şurası: Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla bağlı kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan iddialar yalandır.
#Dezinformasiya#Azərbaycan
📌 Bəyanatın əsas məqamları:
Diplomatiyaya şans: ABŞ-ın etimad qurmaq və ədalətli, şərəfli bir həll yoluna çatmaq üçün səmimi niyyət nümayiş etdirdiyinə dair güclü sübutlar olarsa, Tehran diplomatiyaya növbəti şansı verməyə hazırdır.
President of the Republic of Türkiye Recep Tayyip Erdoğan made a phone call to President of the Republic of Azerbaijan Ilham Aliyev.
https://t.co/Npv50N9Q0V
Prezident İlham Əliyev diqqətə, təbriklərə və dəvətə görə Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirərək, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin gələcəkdə də uğurla inkişaf edəcəyini vurğulayıb.
#Azərbaycan#Türkiyə#İlhamƏliyev#RəcəbTayyibƏrdoğan#TelefonDanışığı
‼️SON DƏQİQƏ‼️📞 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib
Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Prezident Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da yüksək səviyyəyə qalxacağına əminliyini bildirib. Prezident İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib.