O gün Qarayev-də küçədə əncir satan kartona "ИARDRAИ" yazıb qoymuşdu. Deyirəm hara ənciridir, deyir görmürsən yazmışam "Nardaran"? Amma nardaranlı deyildi.
Dünən avtobusa bir qadın minən kimi dilənçi monoloquna başladı. Avtobusun arxa tərəfinə qədər gəzdi,.cəmi bir nəfər pul verdi. Qadın da pulu alıb, keçib boş yerdə oturdu. Mənə elə gəldi, abtobusdan pulsuz istifadə etmək üçün yeni üsul tapıblar. Üstəlik, çax-çuxu da var.
@Tahirson@gemiynengedirem Həyət evində bizim ünvan 11 olduğu halda qapıya 18, üzbəüz qonşuda 11 yapışdırmışdılar. Bizdəki 18 haçanda qopub getdi, üzbəüz qonşu isə, təmirdən sonra bəh-bəhlə 11 nömrəni yapışdırıb qapısına. Özünü görmürəm deyim ki, ay qonşu, sizin sənəd-sünəddə ünvan bəyəm 11 yazılıb ki?
Ramiz Mehdiyev lüt şəkillərini Whatsapp-la Əli Kərimliyə göndəribmiş. Əli Kərimlidə neçə ildir internet olmayıb deyə, şəkillər Whatsapp-ına indi çatıb. O da evdən aparılarkən telefonu hardasa pulsuz Wi-Fi qoşulub deyə.