Vətəndaş Həmrəyliyi Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Məclisinin növbəti toplantısı keçirilib. Toplantıda ictimai-siyasi proseslər, təşkilati məsələlər və partiyanın cari fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılıb.
Hazırda Ukrayna son dərəcə ağır və həssas dönəmin astanasındadır. Zelenski xalqa son müraciətində durumu ən sərt və açıq formada ifadə edib: ya ləyaqətimizi, ya da strateji tərəfdaşımızı itirməliyik.
https://t.co/x7ugBo9Zuq
Qarakənd - bir vertolyotun deyil, bir dövlətin qətlə yetirildiyi gün idi.
Və bu cinayətin izi hələ də Kreml divarlarının soyuqluğunda yatır.
https://t.co/YkLRANcxZy
Bu gün, 82 yaşında Mustafa bəyin gözlərində hələ də o eyni işıq yanır- Vətən işığı.
Biz ona cansağlığı, xalqına isə azadlıq arzulayırıq.
Çünki onun ömrü bizə bir həqiqəti öyrədir:
Disident olmaq cəsarət tələb edir, amma mübarizə isə vicdan tələb edir.
https://t.co/FQSYX2IWcK
Bugün kardeş ülkemiz Can Azerbaycan’ın Zafer Günü.
Bundan beş yıl önce onurlu ve kararlı bir mücadeleyle, Karabağ’ın özgürlüğüne kavuşmasını Azerbaycan’la tek yürek olarak kutluyoruz.
Karabağ için canını feda eden şehitleri rahmetle anıyor, gazilere minnetlerimizi sunuyoruz.
🇦🇿🇹🇷
Bu, sadəcə ekologiya məsələsi deyil, vicdan və məsuliyyət məsələsidir. Qobu boğulur, amma onu qurtarmağa çalışan yoxdur. İnsanların səssiz fəryadı filtrlərin arasına ilişib qalıb. Hər nəfəsdə bir az ümid, bir az acı, bir az qəzəb var.
Əgər bu ölkədə insanın nəfəsi dəyərsizdirsə, onda hansı dəyərdən danışırıq? Qobuda hava ilə birgə insanlara verilən dəyər də çirklənir.
https://t.co/Ka69252IOb
Mən uşaq olanda, ondan əfsanə kimi danışırdılar. O, hər kəsin xoş danışdığı və qəlbində yaşatdığı bir obraz idi. Xəyalımda hər zaman onu mərd, sadə, el insanı və mübarizədən geri qalmayan ideya adamı kimi canlandırıram. Çünki onun adı bir bölgənin deyil, bir nəslin yaddaşına yazılmışdı: hər kəsin dilində bir ad vardı - Yardımlının Elçibəyi.
https://t.co/UY0bVymMPG
Bakıda “Qarabağ” klubunun İngiltərənin “Çelsi” komandasına qarşı keçirdiyi oyun Azərbaycan futbolu tarixinin ən yaddaqalan səhifələrindən biri oldu.
https://t.co/vEsqbSx2oT
İnsan ömrünü bir neçə cümləyə ilə yazmaq, əsas məlumatları ifadə etmək olar. Amma elə insanlar var ki, onların həyatı rəsmi bioqrafiyalardan, tərcümeyi-hallardan çox-çox böyükdür, bir əsrə belə bərabər sayıla bilər. Onların adı əbədi olaraq zamanın yaddaşına düşür. Felmar Ələkbərli də məhz belə insanlardan idi.
https://t.co/GBN6sEFO2M
SOS! Təbii fəlakətə çevrilən səssiz təhlükə: Qəhvəyi mərmər bağacığı!
Bu zərərverici harda görsəniz, öldürün!
Tək bir dişisi 300-ə qədər yumurta qoyur və 300-dən çox bitki və ağac növünü məhv edir!
Qəhvəyi mərmər bağacığı təkcə alma, armud, fındıq, qarğıdalı deyil, üzüm, nar, tərəvəz və hətta dekorativ ağacların da düşmənidir.
Meyvənin içini sorur, keyfiyyətini məhv edir, məhsuldarlığı 2–3 dəfə azaldır.
Əgər indi qarşısı alınmasa, bu səssiz təhlükə sabah bütün bağları və ekosistemi məhv edəcək!
Müəllim-millətin damarında axan nurdur, xalqın sabahına körpü salan ümiddir.
Hər bir cəmiyyətin dirəyi, hər dövlətin sütunu, hər vicdanlı vətəndaşın arxasındakı görünməz qəhrəmandır. O, millətin mənəvi xəritəsini çəkən, gələcəyin memarıdır.
Onların öyrətdiyi hər söz, toxunduğu hər ürək bu torpağın nurudur.
https://t.co/0cKsHZMSDI
İşğalın sonu: Ərazi bütövlüyümüzün tam bərpası
Azərbaycan xalqı üçün 30 illik ədalətsizlik, torpaq itkisi və məcburi köçkünlük dövrü artıq geridə qaldı. Bu illər boyu gözlənilən ədalət, gec də olsa, şanlı ordumuz tərəfindən bərpa edildi. Ölkəmizin suverenliyi tam təmin olundu, işğala son qoyuldu, rus “sülhməramlıları”nın fəaliyyəti dayandırıldı.
Bu, yalnız hərbi qələbə deyil, həm də milli ləyaqətin, dövlət iradəsinin və xalqımızın birliyinin təntənəsidir. Bu uğur yolunda canından və həyatından keçən qəhrəman övladlarımızın müqəddəs xatirəsi qarşısında baş əyirik. Onların qanı və fədakarlığı sayəsində bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib.
Bu gün- 19 sentyabr Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin ikinci ildönümüdür. Həmin əməliyyat nəticəsində separatizmin kökü kəsildi, dövlətimizin suverenliyi tam şəkildə təmin olundu.
Tarixi ədalət bərpa edildi. Azərbaycanın üçrəngli bayrağı Qarabağın hər qarışında əbədi dalğalanacaq!
Rusiyada azərbaycanlı iş adamlarına və diaspor nümayəndələrinə qarşı həbslər dalğası davam edir. Bu dəfə Voronejin ən böyük bazarının sahibi, Azərbaycan diasporunun tanınmış siması Yusif Xəlilov yenidən Kreml siyasətinin qurbanına çevrilib. Onu iyulun 1-də evinə xüsusi təyinatlılar basqın edib, sonra sərbəst buraxmışdılar. Lakin avqustun 16-da Yusif bəy yenidən həbs olunub. Bütün faktlar, ortaya atılan ittihamların hüquqi əsasının olmadığını, bunun siyasi motivli bir addım olduğunu sübut edir. Ona qarşı irəli sürülən “rüşvət” ittihamı siyasi sifarişdir. Məhz bu səbəbdən Xəlilov günahsız olduğunu bəyan edib və ifadə verməkdən imtina edib.
Bu gün Rusiyanın atdığı bu addımlar azərbaycanlı diaspor liderlərini, iş adamlarını hədəfə alması və sadəcə hüquqi məsələ deyil, açıq siyasi təzyiqdir. Məqsəd həm diasporumuzu zəiflətmək, həm də soydaşlarımızı qorxutmaqdır.
VHP rəsmisi Samir Əsədli qeyd edib ki, bu gün üçün çıxış yolu aydındır: “Ukraynanı daha genişmiqyaslı hərbi təchizatla təmin etmək və Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirmək. Başqa alternativ qalmayıb. Yalnız güclənən təzyiq Kremlin məkirli planlarını dayandıra və Avropa təhlükəsizliyini təmin edə bilər”.
https://t.co/WKWr4IGrU3
VHP-nin sədr müavini Samir Əsədlinin fikrincə, Cənubi Qafqaz ölkələri Rusiyanın koloniyası deyil və hər bir dövlətin strateji seçim etmək hüququ var. ABŞ şirkətinin Zəngəzur dəhlizinə nəzarət etməsi bölgədə sabitliyə daha çox xidmət edə bilər, çünki iqtisadi divident marağı olan tərəf heç zaman stabilliyin pozulmasını istəməz: “Rusiya bu yola nəzarət etsəydi, tez-tez insidentlər, təxribatlar baş verəcəkdi. Bu da Rusiyanın Azərbaycanla Ermənistan arasında problemi saxlamaq niyyətindən irəli gəlir. Əgər Bakı və İrəvan sülh razılaşması üçün uzaq Birləşmiş Ştatları seçirsə, deməli, yaxında olan Moskva səbəbi özündə axtarmalıdır”.
https://t.co/8sdyJ72qEw
Azərbaycan qadını tarix boyu yalnız ailənin yox, həm də xalqın dayağı olub. Tarixin burulğanlı çağlarında kişilərlə çiyin-çiyinə, bəzən onlardan da önə çıxaraq, Vətən üçün can qoyan, sözünü deyən qadınlarımız var. Bu fədakar qadınlardan biri də Məryəm Həsənzadədir – istiqlalın qadın siması, ana qəlbi ilə millətin ruhunu döyündürən örnək bir ömür sahibi.
https://t.co/SmuEQXFXdv
Yəməndə davam edən faciə, dini kimliklər üzərindən aparılan siyasətin necə böyük bir vəhşətə çevrilə biləcəyinin canlı sübutudur. Əsrlərdir bir arada yaşayan insanlar indi sırf hansı məzhəbdə olduqlarına görə bir-birini qırırlar ya da buna zorla məcbur edilirlər.
https://t.co/JU2XTeCbZF
Suriyada vəziyyət yenidən kritikləşib. İsrail bu ölkəni açıq hədəfə çevirib, müvəqqəti rəhbərlik paytaxtı tərk edib. Ölkənin taleyinin necə olacağını söyləmək çətindir. Ancaq görünən odur ki, İsrail istəklərinə çatdıqdan sonra məsələ “öz həllini” tapacaq.
Bizi isə ilk növbədə oradakı soydaşlarımız, Suriya türkmənləri durumu narahat edir. Təxminən 1,5 milyon türkmən Bayır Bucaq, Hələb, Həma, Homs və İdlibə, cənubda Dəra və Qüneytraya qədər geniş ərazilərdə yaşayır. Ən sıx türkmən bölgələri Bayır Bucaq (Türkmən Dağı) və Hələbdədir.
2011-ci ildən bəri müharibə onların həyatını alt-üst edib və kəndlər bombalanıb, on minlərlə insan yurd-yuvasından didərgin salınıb. Türkmənlər həm siyasi, həm hərbi mübarizədə fəal iştirak etsələr də, bu gün həm fiziki, həm də mədəni varlıqları təhlükə altındadır. Assimilyasiya riski, ana dilində təhsildən məhrum edilmə, məcburi köç bu xalqın yaşadığı reallıqdır.
Azərbaycan və Türkiyə bu məsələdə biganə qalmamalıdır. Azərbaycan İsrailin təsiri ilə, Türkiyə isə müvəqqəti hökumət vasitəsilə soydaşlarımıza sahib çıxmalıdır. Bu, həm insani, həm də mənəvi borcumuzdur.