Otuz il ərzində məqsədyönlü şəkildə bütün şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz, qəbiristanlıqlarımız ermənilər tərəfindən dağıdılıb. İmarət ermənilər tərəfindən dağıdılıb, təhqir edilib.
Mərkəzi Gömrük Hospitalı il yarımdan artıq müddətdir ki, yalnız koronavirus xəstələrinin müalicəsi ilə məşğul olur. Bu müddət ərzində 1600-dən çox koronavirus xəstəsi Mərkəzi Gömrük Hospitalında stasionar müalicə alıb.
#AzərbaycanGömrüyü30
İlkin məlumata görə, Dövlət #Gömrük Komitəsi 2021-ci ildə 4 milyard 340,37 milyon manat vəsaiti dövlət #büdcə-sinə köçürməklə, proqnoza 111,29 faiz əməl edib. Bu da nəzərdə tutulan proqnozdan 440,37 milyon manat artıq deməkdir.
#Gömrük orqanlarından növbəti uğurlu əməliyyat... Yüksək peşəkarlıqla həyata keçirilən #əməliyyat nəticəsində ölkəmizin cənub sərhədində-Astara gömrük postunda 137 kiloqramdan artıq #narkotik vasitə - heroin aşkar edilib.
30 yanvar-#gömrük əməkdaşlarının peşə bayramı günü münasibətilə bütün şəxsi heyəti təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram!
#AzərbaycanGömrüyü
Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin inzibati binasında Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük əməkdaşı Ülvi Hacıyevin xatirəsini əbədiləşdirmək üçün büstü qoyulub.
Ətraflı: https://t.co/17FRVE7j0t
İqtisadiyyata güzəştli kredit dəstəyi çərçivəsində 2020-ci il ərzində #SahibkarlığınİnkişafıFondu tərəfindən 908 sahibkara 127 mln. manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına 2700-dən çox yeni iş yerinin açılması imkanı yaranıb.
Dövlət Gömrük Komitəsi tərəfindən Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə, ümumilikdə dəyəri 7.6 milyon manatdan çox olan qeyri-ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar təhvil verilib.
https://t.co/8uxBjwicHx
ÜGT-nin #Avropa Regionu üzrə sədr müavini olaraq təşkilatın Baş katibinin müavini Rikardo Trevino Çapa ilə onlayn görüşdə #ÜGT strategiyasinin müəyyənləşdirilməsində strateji proqnozlaşdırma metodologiyasına dair məsələləri müzakirə etdik.