@Qonulll_ Bir yaşdan digərinə keçid, hər zaman qəribə hisslər yaşadır insana. 'Keçənlərmi daha gözəldi, yoxsa gələcəkmi daha gözəl olacaq?' sualı dolanır beyində. Amma əmin olun ki, bütün hallarda gələcək, daha gözəl gələcək. Doğum gününüz qutlu olsun.
Elman Nəsirov növbəti, üçüncü dəfə (ilk iki dəfə verdiyi açıqlamadan dərhal sonra, devalvasiya olmuşdu) Azərbaycanda devalvasiya olmayacağı haqqında açıqlama verib. Demək ki, hazırlaşın! Yaxın günlərdə #olacakokadar
Milli qəhrəman Əliyar Əliyevin məzarı başında 28 il sonra yenidən Azərbaycan bayrağı dalğalanır.
Ruhun şad olsun, komandir.
Qubadlı, Qəzyan kəndi.
#KarabakhisAzebaijan
Əymə sən başını, başımın tacı,
Nəhayət tapılar dərdin əlacı.
Ər-aslan oğullar ayağa qalxar,
Ayaqlar altında qalan bayrağı,
Şuşa qalasının başına taxar.
Sən azad olarsan qəmdən, kədərdən,
Bağlı qapıların açılar birdən.
Açılar qaralmış Günəşin üzü,
Onda bayram edər bütün Yer üzü!
Mustafa Kamal və silahdaşlarının açdığı cığırdan 97 ildir dönmədən yürüyən və o kişilərin prinsiplərinə sadiq qalanların Cümhuriyyət bayramı qutlu olsun.
Qardaş Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibətilə təbrik edirəm.
Yaşasın Cümhuriyyət!
#cumhuriyyetbayramı#Turkiye
Yer kürəsinin bütün insanları bir araya gəlsə, çəkib çıxara bilməz körpəsini əlləri ilə məzara qoyan atanı o ağrının, acının içindən..
Ermənistan bu müharibəni yalanla başladı, Azərbaycan həqiqətlə qazanacaq!
#dontbelievearmenia#stoparmenianagression#stoparmenianoccupation
🇦🇿
Şanlı Azərbaycan ordusu 30 gündür davam edən Vətən müharibəsində 4 şəhər, 3 qəsəbə, 165 kəndi işğaldan azad edib. Çox az qalıb, qartal tamamlanır.
Tanrı ordumuzu qorusun, qələbələr nəsib etsin.
#KarabakhisAzerbaijan