Bənzəri heç görülməmiş bir işə girişirəm. Bənzərlərimə təbiətin bütün doğruluğu içində olan bir insan göstərmək istəyirəm. Mən ürəyimi eşidirəm, insanları tanıyıram. Gördüklərimin heç biri kimi yaradılmamışam. Görmədiklərimə də bənzəmədiyimə inanmaq cürəti göstərirəm