Avtobusda 45-50 yaşlarında bir kişi "indiki cavanlar mədəniyyətsizdi, belədi helədi" tipli çıxış edirdi, "ümumi danışma" dedim, mənə "sən özüvə götürmə, cavanları nəzərdə tuturam" dedi. Bilmədim hansı söhbət mənə daha çox girdi.
Bir qızla görüşürdüm, dəhşət bürclərə inanırdı, buna boş şeydi deyirdim inanmırdı, bir dəfə dedi ki bizim bürclərimiz 99% tutuşur, bürclərin boş şey olduğunu sübut etmək üçün həmən gün qızdan ayrıldım.
Dostumun bir gözü protezdir, iki ildən bir gedib moskvada yenisi ilə əvəz edir, bu il burda bir həkimin yanına gedib həkim deyib ki bəs 850 manatdı amma üstündəkin versən 600 manata edərik, helə bil həkim deyil slesardı amartizator dəyişir.
Almaniya kansleri Bundestaqdaki çıxışında deyib: Almaniya dövləti artıq faşist keçmişinə görə utanmayacaq, Putin almaniyanı tarixi xəcalətdən azad etdi.