3 iyul tarixində Bakıda keçirilən, İCMA-nın rəsmi təşkilatçısı olduğu “1-ci Beynəlxalq Türkdilli Xəzəryanı Dövlətlərin Səhiyyə Menecmenti Konqresi”ndə (IHMC Baku 2026) iştirak etdik.
Şimali Kipr Türk Respublikasının Səhiyyə naziri Hakan Dinçyürək ilə səhiyyə sahəsində fəaliyyət göstərən, İCMA üzvü sahibkarların iştirakı ilə keçirilən işgüzar görüşdə bir araya gəldik.
🇦🇿 26 İyun – Silahlı Qüvvələr Günü
Vətənimizin təhlükəsizliyi, dövlətimizin müstəqilliyi və xalqımızın əmin-amanlığı naminə xidmət edən bütün hərbi qulluqçularımızı silahlı qüvvələr günü münasibətilə ürəkdən təbrik edirəm!
23 iyun tarixində 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"nin yekunu münasibətilə axşam ziyafəti təşkil etdik.
Gecə ərzində sərginin təşkilinə dəstək göstərən tərəfdaş və sponsor qurumlar, eləcə də fərqlənən şirkətlər təltif olundu.
7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi”ni uğurla başa vurduq!
17-20 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən sərgimizə 36.328 ziyarətçi qatıldı, 300-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirdi.
17 iyun tarixində 300-dən çox şirkətin iştirak etdiyi 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi”nə start verdik.
Açılış mərasimində dövlət qurumu nümayəndələri ilə çıxış edərək yerli məhsulların ixrac potensialının artırılmasında oynadığı mühüm rol barədə fikirlərimizi bölüşdük.
15 İyun – Milli Qurtuluş Günü müstəqil Azərbaycanın tarixində dönüş nöqtəsi, xalqımızın iradəsinin, birlik və həmrəyliyinin təntənəsidir.
Milli Qurtuluş Günümüz mübarək olsun!🇦🇿
Avropa Çempionu Azərbaycan!
Minifutbol üzrə Azərbaycan milli komandamız Slovakiyada keçirilən Avropa Çempionatının finalında Ukraynanı 2:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə Avropa çempionu oldu.
4 iyun tarixində Marsol Group partnyorları ilə birlikdə Azərbaycan Zərgərlər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Azerbaijan Jewelry Show” beynəlxalq sərgisinin ilk günündə iştirak edərək sektordakı yeniliklərlə tanış olduq.
3 iyun tarixində UNEC-də İCMA üzvləri ilə birlikdə universitet-biznes əməkdaşlığına həsr olunmuş görüşdə iştirak etdik.
UNEC-in fəaliyyəti, tələbələr üçün yaradılan imkanlar və biznes sektoru ilə əməkdaşlıq perspektivləri barədə faydalı müzakirələr apardıq.
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin 25 illik yubiley tədbirində iştirak etdik.
Tədbirdə şagirdlərin maraqlı çıxışları və məktəbin uğurlu fəaliyyət yolunun təqdimatı xüsusi təəssürat yaratdı.
22 may tarixində Marsol Group partnyorları ilə birgə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzini ziyarət etdik. Mərkəzdə təşkil olunan infotur zamanı praktiki təhsil imkanlarını yerində müşahidə etdik.
Mayın 18-də 40-a yaxın sahibkarla işgüzar axşam ziyafətində növbəti dəfə bir araya gəldik. Görüşdə Marsol Group-un sponsorları və ölkəmizdə fəaliyyət göstərən iri şirkətlərin rəhbərləri iştirak etdilər, biznesə dair aktual mövzular ətrafında müzakirələr aparıldı.
Mayın 13-də İCMA ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında məhsuldar görüş baş tutdu. İCMA üzvü sahibkarlarla birlikdə Agentliyin direktoru İlqar Bayramlı ilə peşə təhsilinin inkişafı, biznes–təhsil əməkdaşlığının genişləndirilməsi istiqamətində fikir mübadiləsi apardıq.
Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə İCMA üzvləri, Marsol Group partnyorları və əməkdaşlarımızla birgə Fəxri xiyabanı ziyarət etdik.
Mayın 7-də partnyorlarımızla birlikdə qida sənayesindəki innovativ həllər və kənd təsərrüfatında yeni texnologiyaların nümayiş edildiyi Caspian Agro Week və InterFood Azerbaijan Sərgisini ziyarət etdik.
1 may tarixində Marsol Group-un Şəki səfəri çərçivəsində Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev ilə görüşümüz baş tutdu. Görüşdə Qaxda fəaliyyət göstərən sahibkarlarla bir araya gələrək qarşılıqlı tanışlıq oldu, əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq.
24 aprel tarixində İCMA-nın İdarə Heyətinin növbəti iclası keçirildi. Görüş zamanı ay ərzində görülən işlər və növbəti ay həyata keçiriləcək fəaliyyət istiqamətlərini müzakirə etdik.