Bakı Ekspo Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisinin açılış mərasimində dövlət qurumlarının nümayəndələri, sahibkarlar və iş adamları iştirak ediblər.
15 İyun – Milli Qurtuluş Günü
Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edir, ölkəmizə əmin-amanlıq, rifah və davamlı inkişaf arzulayırıq.
Dövlət Gömrük Komitəsi ilə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi arasında “Açıq Dialoq Platforması” çərçivəsində görüş keçirilib.
9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə qəhrəman veteranlarımızı dərin hörmət və ehtiramla anırıq.
Onların göstərdiyi şücaət, fədakarlıq və vətən sevgisi gələcək nəsillər üçün daim örnək olacaq.
Qələbənin memarı olan bütün qəhrəmanların xatirəsi daim yaşayacaq.
Böyük qürur hissi ilə bildiririk ki, TÜİB üzvləri arasında “Tərəqqi” medalı ilə təltif olunanların sayı artır.
İdarə Heyətinin sədri Hüseyin Büyükfırat və sədr vəkili Savaş Uzanın sırasına Rəna Məmmədova və Necmeddin Taşbağ da qoşulub.
Trabzon Ticarət və Sənaye nümayəndə heyəti TÜİB-in ofisini ziyarət edib. Qonaqları TÜİB-in sədri Hüseyin Büyükfırat qəbul edib.
Görüşdə müxtəlif sahələri təmsil edən iş adamları və şirkət nümayəndələri də iştirak ediblər.
@trabzontso @hbuyukfirat
31 Mart 1918-ci il Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir.
Soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edirik.
#31Mart1918#Unutmadıq#Unutmayacağıq
Martın 18-də Bakıda yerləşən Türk Şəhidliyində Çanaqqala Zəfərinin 110-cu ildönümü və Çanaqqala Şəhidləri Günü münasibətilə anım mərasimi təşkil olunub.
Yunus Emre İnstitutunun Bakı ofisinin müdiri Gökhan Seyhan TÜİB ofisini ziyarət edib.
Görüş zamanı Türkiyə və Azərbaycan arasında mədəni və iqtisadi əlaqələrin daha da gücləndirilməsi və iki qurum arasında əməkdaşlıq imkanları müzakirə olunub.
@hbuyukfirat
Torpaq oyanır, həyat yenidən başlayır 🌱
Torpaq çərşənbəsi hər ocağa sevinc, ruzi-bərəkət və istilik gətirsin.
Təbiətin nəfəsi həyatınıza gözəllik qatsın.