Yenə payız gəlir, qızıl yarpaqlar
Tökülür ömürdən düşən gün kimi,
Yenə payız gəlir, yenə adamlar
Qocalır güldanda solan gül kimi
Ya güldan ya torpaq nə fərq edər ki
Solur hər bir çiçək, solur hər ömür
Bu dünya belədi, sonludur hər şey
Sonu bilinməyən filmlər kimi
Sən mənim xəyallarımda günəş kimisən
Qaranlıq və soyuq küçələrdə
Daş binaların ortasında
Daş ürəklərin üzə vurduğu donuq ifadələrin arasından parlayıb gələn
Şirin bir təbəssüm kimisən
Sən nə gözəlsən
Sən həp gözəlsən
#şeir
Boş bir masa gördüm
Boş bir skamya
Boş olan binalar var hər bir yanda
Boş olan otaqlar
Boş qalan evlər
Hətda boş insanlar var bu həyatda
Təkcə qəbirləri boş görmədim mən
İçində ölülər, cəsədlər yatır
Və hər gün böyüyür yeraltı şəhər
Özünə yeni yeni adamlar qatır
#şeir
Dünya böyük və gözəl
Hər yer qumsal
və dəniz
Ulduzlar parıldayır
Ama bilirəm sənsiz
Bunlar hamısı boşuna
Soruşsalar haradır
Getmək istədiyin yer
Heç tərəddüd etmədən
İstəyərəm indicə
Gəlim sənin xoşuna
@Samed_shixi Allahların Allahı yox tək bir yaradıcı Allah var. başqa qalaktikalarda hansı formada yaşamlar var onu hələki bilmirik. ama Quranda aləmlərin Rəbbi ifadəsi var. demək ki başqa aləmlər, yaşamlar da var