Azad edilmiş ərazilərdə mina və partlayıcı qalıqlar hələ də ciddi təhlükə olaraq qalır. Bu cür ərazilərdə atılan hər addım potensial risk daşıyır. Heç bir halda riskli hesab edilən ərazilərə daxil olmayın!
#ANAMA#MineAction#MineAwareness#MineAwarenessDay#SayNoToLandmines
Minatəmizləmə əməliyyatları çətinliklərlə doludur. Hər bir addım təhlükəsiz və dəqiqliklə yerinə yetirilməlidir. Bu çətin və riskli işin öhdəsindən gəlmək üçün beynəlxalq dəstək və tərəfdaşlığın rolu əhəmiyyətlidir.
#ANAMA#MineAction#MineAwareness#MineAwarenessDay
Onların qəhrəmanlığı sayəsində torpaqlarımız təhlükəsiz olur. Hər addımımız həm onlara, həm özümüzə, həm yaxınlarımıza qarşı məsuliyyət tələb edir. Bizim ehtiyatımız onların zəhmətini dəyərləndirir.
#ANAMA#MineAction#MineAwareness#MineAwarenessDay#SayNoToLandmines
Cəsur əllər torpaqları təhlükədən azad edir, bizim məsuliyyətimiz isə hər addımda diqqətli olmaqdır. Bir anlıq diqqətsizlik geridönməz nəticələr doğurur.
Torpağın altında gizlənən ölümcül təhlükəni üzə çıxarmaq üçün hər gün risklə üz-üzə qalırlar. Sakit və təhlükəsiz görünən yolların arxasında onların zəhməti, mərhəməti və torpağa sevgisi dayanır.
Bu baxışda sadəcə məsuliyyət var. O, təhlükəyə gedir ki, siz təhlükədən uzaq olasınız. Hər tapılan mina, bir xilas olunan həyat deməkdir. Bu zəhməti qiymətləndirmək - qaydalara əməl etmək deməkdir.
#ANAMA#MineAction#MineAwareness#MineAwarenessDay#SayNoToLandmines
Hər xəbərdarlıq nişanı bir faciənin qarşısını almaq üçün qoyulur. Bəzən bir səhv addım təkcə bir insanın deyil, bir ailənin həyatını dəyişir. Sizi sevən insanlar var, onların göz yaşına səbəb olmayın.
#ANAMA#MineAction#MineAwareness#MineAwarenessDay#SayNoToLandmines
Diqqət! Çəpərlənmiş ərazilər ciddi təhlükə mənbəyidir. Bu sərhədləri keçmək və ya müdaxilə etmək sizin və ətrafınızdakı insanların həyatına real risk yaradır.