Vətəndaş Həmrəyliyi Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Məclisinin növbəti toplantısı keçirilib. Toplantıda ictimai-siyasi proseslər, təşkilati məsələlər və partiyanın cari fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılıb.
VHP sədrinin müavini Samir Əsədli: "Hesab edilirdi ki, M.Pezeşkian prezident seçiləndən sonra ölkədə yaşayan qeyri-farslarla bağlı İran Konstitusiyasındakı müddəalara əməl olunacaq. Xüsusən, ana dili məsələsinə önəm veriləcək. Azərbaycan türkləri öz ana dillərində təhsil hüquqlarına malik olacaqlar. İranda bir sıra islahatlar aparılacaq. Bunların heç biri özünü doğrultmadı. Ancaq M.Pezeşkianın Azərbaycana gözlənilən səfəri yüksək qiymətləndirilir. İran və Azərbaycan eyni regionda yerləşir. İranda 35 milyon azərbaycanlı yaşayır. O baxımdan Pezeşkianın ölkəmizə səfəri həm bizim, həm də region üçün önəm kəsb edən hadisə olar. Beynəlxalq müstəvidə, regional layihələr çərçivəsində və bölgənin gələcəyi ilə bağlı məsələlərdə İran-Azərbaycan arasında münasibətlərin normal olması çox önəmlidir”.
https://t.co/6gPLG57fzK
VHP Zərdab rayon təşkilatı məclisinin növbəti toplantısı keçirilib. RT sədri Kamran Musayev ictimai-siyasi məsələlər və rayon təşkilatının qarşısında duran işlərdən danışıb.
Məclis iştirakçıları müzakirə ediləb məsələlərə münasibət bildiriblər.
Samir Əsədli: "İsveçrə parlamentinin aşağı palatasının qətnaməsi ermənilər tərəfindən çox şişirdilib. Məncə, burada böyütməli hadisə yoxdur. İsveçrəli deputatlar Qarabağın xəritədə yerini belə bilmirlər. Biz belə kampaniyaların çox şahidi olmuşuq".
https://t.co/YUT9Fr3B2Q
VHP Şabran və Lerikdə toplantı keçirib
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Şabran və Lerik rayon təşkilatlarınln məclis toplantısı keçirilib.
Sonda təşkilati məsələlərə baxılıb. Şabran rayon təşkilatı 19 nəfər və Lerik rayon təşkilatı isə 13 nəfər yeni üzv qəbul edib.
VHP sədrinin müavini Samir Əsədli deyib ki, Rusiya təhdidinin kökündə Ermənistan iqtisadiyyatının tam olaraq Rusiyadan asılı vəziyyətdə olması dayanır. Ermənistanın bundan öncəki rəhbərləri Rusiyanın valisi kimi ölkəni idarə ediblər: https://t.co/lCEPI59QUb
Bu gün ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Beynəlxalq Liderlik üzrə Konqres İdarəsinin “Açıq Dünya” mübadilə proqramının 25 illiyinə həsr edilən tədbirdə iştirak etdik. Tədbir zamanı səfir cənab Mark Libby və siyasi məsələlər üzrə müşavir xanım Diana Braunla ilə görüşdük.
Vətəndaş Həmrəyliyi Partiyası 27 sentyabr Anım Günü münasibətilə Zəfər parkını ziyarət edib.
VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı və partiya fəalları parkın girişində xatirə daşının önünə gül dəstəsi qoyub.
Vətəndaş Həmrəyliyi Partiyası Bakının işğaldan azad edilməsinin 106-cı il dönümü ilə bağlı 15 sentyabr 2024-cü il tarixdə saat 11:00-da Şəhidlər Xiyabanında Türk əsgərlərin xatirəsinə ucaldılmış abidənin önündə anım tədbiri keçirəcək.
VHP üzvləri və arzu edənlər dəvətlidir.
Bu gün Yardımlının Çayüzü kəndində seçicilərlə görüşdük. Fikirlərimizi səsləndirdik, seçki platformamızdan, Vətəndaş Həmrəyliyi Partiyasının fəaliyyətindən, qarşımızda duran işlər və vəzifələrdən danışdıq.
Seçicini dinlədik, problemlərini öyrəndik, təkliflərimizi səsləndirdik.
Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının və Bakı rayon təşkilatı üzvləri Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət ediblər.
VHP-nin İsmayıllı rayon təşkilatının sədri, dəyərli dostum Xəyal Baloğlanovla yerli təşkilatın və partiyamızın fəaliyyəti barədə fikir mübadiləsi apardıq.
Samir Əsədli: "Azərbaycan beynəlxalq konvensiyalar çərçivəsində öz ərazilərini bərpa etməyə qadirdir və hazırda da buna çalışır"
https://t.co/dufGzkEZNm