Müsəlman Birliyi Hərəkatının həbsdə olan fəalları və sədri İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana rəsmi səfərinə etiraz olaraq aclıq aksiyasına başlayıblar.
Daha ətraflı: https://t.co/idhmsQA0Tl
2 mayda talış tədqiqatçı İqbal Əbilovun məhkəməsi baş tutub. Proses onlayn formada baş tutub və şahidlər Lənkəran Ağır Cinayətlər Məhkəməsinə çağrılıb. Əbilov özü isə Bakı İstintaq Təcridxanasından məhkəmə prosesinə qoşulub.
Daha ətraflı :
https://t.co/OPmXsZysRj
Müsavat partiyasının üzvü, siyasi fəal Tofiq Yaqublu 30 gündür aclıq aksiyası keçirir. Ona dəstək olmaq məqsədilə AXCP və Müsavat partiyası üzvləri də Müsavat partiyasının qərargahında aclıq aksiyasına başlayıblar.
https://t.co/FN41dgP1td
29 aprel axşam saatlarında İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyəti üzvü Sara Rəhimova polis tərəfindən saxlanılıb.
Daha ətraflı:
https://t.co/QJUmL735jm
28 apreldə Bakı Apellyasiya Məhkəməsində "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovun şikayətinə baxılıb.
Daha ətraflı hazırladığımız video-materialı izləyə bilərsiniz:
https://t.co/fDf2XbxyPY
21 avqust 2024-cü ildə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq həbs edilən tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov bu gün 30 yaşını qeyd edir. O cinayət məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
Daha ətraflı :
https://t.co/PZ8ERzULt1
28 apreldə inanclı fəal Aydın Hüseynzadəyə hökm oxunub. O Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 il azadlıqdan məhrum edilib
https://t.co/G68iNwZBBk
Xızının Sitalçay kəndində artıq 10 gündən çoxdur ki, insanlar selin yaratdığı fəsadlarla fərdi şəkildə mübarizə aparırlar.
Ölkə üzrə baş verən hadisələrdən xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və paylaşmağı unutmayın:)
https://t.co/G3Lh3xGfxC
26 apreldə 2 saylı cəzaçəkmə müəssisəsinə Afiəddin Məmmədovla görüşmək üçün gedən ailə üzvlərinə görüşə icazə verilməyib və deyilib ki, Məmmədov cəzaçəkmə müəssisəsinin rejim qaydalarına görə 2 həftə karantində qalmalıdır
"Salaam Cinema"nın təşkilatçılığı ilə Poeziya Slamı keçirilib və müxtəlif mövzularda şeirlər qələmə alan gənclər bir araya toplanıb.
Xoş izləmələr!
https://t.co/pcZwxp0ReU
Siyasi məhbus Mütəllim Orucov Tofiq Yaqublu və bütün siyasi məhbusların sərbəst buraxılması üçün aclıq aksiyasına başlayıb
Daha ətraflı:
https://t.co/0371zRkg5G
Son 1 həftədə baş verənlər :
🔴 AXCP və Milli Şura 27 aprelə mitinq təyin edib
🔴 Tofiq Yaqublu 20 gündür aclıq aksiyası keçirir
🔴 Talış tarixçi Zahirəddin İbrahimov DTX tərəfindən həbs edilib
🔴 Aramsız yağış paytaxtda və bəzi ətraf rayonlarda fəsadlar törədib
Tələbə Gündəmi buraxılışımızın II hissəsində qonaqlarımız Polşada təhsili müzakirə edirlər.
Suallarınızı və rəylərinizi bizimlə bölüşməyi unutmayın:)
Xoş dinləmələr!
https://t.co/gvGIr5VYKN
2024-cü ilin avqustunda Gürcüstanda yaşadığı evin yaxınlığında saxlanılan "Azel TV" saytının rəhbəri Əfqan Sadıqov sərbəst buraxılıb. Gürcüstan hökuməti Avropa İnsan Haqları Məhkəməsinin qərarını icra edərək onu azadlığa buraxıb.
Daha ətraflı:
https://t.co/DzNbiqNtJD
Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Mehman Əliyev 2024-cü ilin may ayında qohumu Əli İsayevin polis tərəfindən saxlanılması videosunu çəkdikdən sonra həbs edilib.
Daha ətraflı:
https://t.co/ZOVACO7uNj