Qızım olsun istəmişəm həmişə. Biryerdə Əylənək. O gülsün mən də gülüm. Böyüsün, nə istədiyini bilsin. Qərarlar versin və arxasında durmağı öyrənsin. Sevsin, dəyər versin, dəyəri bilinsin. Zövqləri, marağları olsun. Gözəl yerləri gəzsin. Şəkillərinnən ibarət albomu olsun.
Dostları olsun. Yanılsın ama peşman olmasın, dərs çıxarsın. Sualları olsun, cavablar axtarsın. Kitablar oxusun filmlər izləsin. Özünǝxas playlisti olsun. Göz yaşlarının sadəcə sevinərkən axdığını düşünsün. Zəif deyil zərif olduğunu düşünsün hər zaman.