myCard Junior Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalında idmançılarımıza dəstək olacaq!💪
AccessBank yeniyetmə idmançılara VISA Platinum əsaslı myCard Junior kartlarını təqdim etdi. İdmançılarımıza uğurlar arzu edirik! 🚀
Bu ilin ikinci rüb üzrə nəticələrimiz bizi çox sevindirir! Uğurumuzun əsas qəhrəmanları - dəyərli müştərilərimiz və komandamıza təşəkkür edirik! 📷
Daha ətraflı məlumat üçün 📷 https://t.co/FSPntN5tDa
AccessBank-ın Kiçik Orta və Korporativ müştərilər Departamentin əm��kdaşları Sahibkarlığın İnkişafı Fondunun müsabiqəsində qalib oldular. Komanda yoldaşlarımız Fondun “Sənayenin inkişafına dəstək” adlı müsabiqəsində 1-ci və 2-ci yerləri qazanıblar. Həmkarlarımızı təbrik edirik! 💙
İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahəsində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin verilməsinin təşviq edilməsi məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında keçirilən "Sənayenin inkişafına dəstək” müsabiqəsinin qalibləri ilə görüş keçirilib.
Ətraflı: https://t.co/Dvrwz0yc78
#SİF #EdfGovAz #GüzəştliKredit
AccessBank-ın İnsan Resursları departamenti ən yaxşılardan biri seçildi! 🚀 "Global HR SUMMIT 2023"də beynəlxalq jurilərin dəyərləndirməsinə əsasən, komandamız “Ən Yaxşı İşçi Məmnuniyyəti (işçi bağlılığı) Strategiyası” üzrə qalib oldu. 🏆
AccessBank 2023-ci ildə də biznesin maliyyələşdirilməsində liderliyini davam etdirdi. 📈
Bank 2023-ci ilin I rüb üzrə maliyyə göstəricilərini elan etdi.
Daha ətraflı məlumat üçün ➡️ https://t.co/x7jkpUrvYt
Türkiyə, yanındayıq!
AccessBank Azərbaycandan Türkiyə Fəlakət və Fövqəladə Hallar Departamentinin (AFAD) bank hesablarına edilən bütün köçürmə komissiyalarını üzərinə götürür. Qərar həm fiziki, həm də hüquqi şəxslərin ianələrinə şamil olunur.
Türkiyədə yaşanan güclü zəlzələ n��ticəsində vəfat edənlərə Allahdan rəhmət, yaxınlarına səbr, yaralılara şəfa diləyirik.
Dualarımız sizinlədir, Türkiyə!
AccessBank "Səhmdar xəbərləri"ni təqdim edir! 📰
Bank səhmdarları vasitəsilə 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı , Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq qurumlar yer alır.📊
Əziz dostum,
Bu illər ərzində biz birlikdə böyüdük, inkişaf etdik, bəzən büdrədik, bəzən qalxdıq, amma hər nə olursa, olsun, sən hər zaman yanımda oldun. Sadiqliyin, güvənin və etimadın üçün çox sağ ol! Zirvələrin fəthinə davam!
Sənin 20 yaşlı AccessBank-ın! 💙
Sizə qəhrəmanlarımızdan - 20 il öncə bizə güvənib, bizimlə böyüyən sadiq müştərilərimizdən danışmaq istəyirik. 20 ildə nə onların arzuları, nə də bizim gücümüz tükəndi. Müştərilərimizlə fəxr edir və 20 illik yubileyimizi onlara həsr edirik. AccessBank - 20 il Sizinlə! 💙
AccessBank Qaradağ rayonunda yerləşən Ümid İcma Mərkəzinin 100 şagirdinə məktəbli dəsti təqdim etdi. Ümid edirik ki, balacalar növbəti tədris ilini də uğurla tamamlayacaq, Vətənə, millətə xeyirli övlad olacaqlar. Bütün balaların aydın səma altında yaşaması arzusu ilə!
AccessBank "Səhmdar xəbərləri"ni təqdim edir! 📰
Bank səhmdarları vasitəsilə 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq qurumlar yer alır. 📊
AccessBank yenilənməyə davam edir. Bank, yeni konseptdə olan növbəti - Lənkəran filialını müştərilərə təqdim etdi. Artıq cənub bölgəsinin sakinləri Həzi Aslanov xiybanında yerləşən filialımızda rahat bank xidmətlərdən istifadə edə bilərlər. 💙
AccessBank-ın İdarə Heyətinin üzvü İlkin Quliyev müsahibə verib. Cənab Quliyev ümumilikdə bank sektoru və AccessBank-ın hazırkı vəziyyəti, eləcə də gələcək planlar barədə danışıb.
Daha ətraflı məlumat üçün ➡️ https://t.co/h6hYrnIel9
AccessBank bu il 20 illik yubileyini qeyd edir. İdarə Heyətinin sədri David Tsiklauri müsahibəsində Bankın 20 illik fəaliyyəti, hazırkı vəziyyəti, eləcə də gələcək planlar barədə müsahibə verib.
Daha ətraflı məlumat üçün ➡️ https://t.co/w0MsGfJ3Qo