Azərbaycan Hava Yollarının 2023 və 2024-cü illərin 1-ci yarısının yüklənmə faktoru üzrə göstəricilərini müqayisə edərkən yerli və xarici istiqamətlərdə həyata keçirilən uçuşlarda təyyarə oturacaqlarının tutulma faizində artım dinamikası nəzərə çarpıb. Belə ki, bütün istiqamətlərdə AZAL ilə səyahət edən sərnişinlərə təklif edilən oturacaqların sayı 2024-cü ilin 1-ci yarımilində 2023-cü ilin eyni dövrü ilə müqayisədə 39% artıb. Bununla da 2023-cü ilin 1-ci yarımili ilə müqayisədə 2024-cü ilin 1-ci yarımilində ümumilikdə bütün istiqamətlər üzrə uçuşlarda oturacaqların yüklənmə faktoru 7% yüksəlib.
A comparison between the load factor indicators of Azerbaijan Airlines for the first half of 2023 and 2024 reveals a significant increase in aircraft seat occupancy on both domestic and international flights. Specifically, the number of seats offered to passengers on all AZAL routes increased by 39% in the first half of 2024 compared to the same period of 2023. As a result, the overall load factor of seats on flights across all routes rose by 7% in the first half of 2024 compared to the first half of 2023.
2023 və 2024-cü illərin 1-ci yarısının müqayisəsi zamanı Azərbaycan Hava Yollarının ölkədaxili və beynəlxalq uçuşlar üzrə sərnişinlərinin sayında artım dinamikası müşahidə edilib. Belə ki, 2023-cü ilin 1-ci yarımili ilə müqayisədə 2024-cü ilin 1-ci yarımilində beynəlxalq istiqamətlərdə 60%, ölkədaxili istiqamətlərdə isə 10% olmaqla ümumi istiqamətlər üzrə uçuşlarda sərnişindaşımada cəmi 47% artım izlənilib.
In comparing the first half of 2024 to 2023, Azerbaijan Airlines observed an upsurge in both domestic and international passenger numbers. In the first half of 2024, there was a 60% increase in passenger transportation in international destinations, and a 10% increase in domestic destinations, making for a total of 47% increase in passenger traffic across all flight routes, as compared to the first half of 2023.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı Hava Limanında olub. Cənab Prezidentə Xocalı Hava Limanının infrastrukturunun inkişaf etdirilməsi məqsədilə nəzərdə tutulan təkmilləşdirmə işləri haqqında məlumat verilib. İşğaldan azad olunan ərazilərin qısa müddətdə bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən işlər arasında hava nəqliyyatı infrastrukturunun yaradılması xüsusi əhəmiyyət daşıyır. Daha ətraflı:
https://t.co/29Avx5VxJt
Today, the President of the Republic of Azerbaijan, Mr. Ilham Aliyev visited Khojaly Airport. During the visit, the President was presented with comprehensive details regarding the proposed development plans for Khojaly Airport's infrastructure. The establishment of air transportation infrastructure is a significant component of the restoration and reconstruction of the territories liberated from occupation in a short time frame.
26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik edir, qalib ordumuzun bütün əsgər və zabitlərinə bu şərəfli peşədə uğurlar arzulayıram!
I extend my heartfelt congratulations to our nation on the occasion of June 26th - Day of the Armed Forces of the Republic of Azerbaijan, and wish success to all soldiers and officers of our victorious army in this honorable profession!
Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər kəsə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram.
I sincerely congratulate Azerbaijani people on the occasion of Eid al-Adha, and wish everyone good health, happiness, and prosperity.
CANSO Sammitinə həsr edilmiş ətraf mühitlə bağlı proqram!
🐟🌊 Üçüncü sosial proqram çərçivəsində sammit iştirakçılarının ailə üzvləri Neftçalada yerləşən Azərbaycan Balıqçılıq Təsərrüfatı ilə tanış oldular və nərə balıqlarının Xəzər dənizinə buraxılmasında iştirak etdilər.
Bununla Azərbaycan bir daha ətraf mühitə davamlı dəstək verdiyini və qayğısına qaldığını nümayiş etdirir.
🌍✈️
Environmental highlights from the CANSO Summit!
🐟🌊 As part of the third social program, family members of the Summit’s attendees enjoyed a tour of the Azerbaijan Fish Farm in Neftchala and participated in releasing sturgeon into the Caspian Sea.
This unique experience demonstrates Azerbaijan's commitment to environmental sustainability and conservation.
📍#CANSO #ATMSummit #EnvironmentalSustainability #AviationLeadership #AZANS #AZAL #ICAO
“Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) təşkilatçılığı ilə CANSO-nun Ümumdünya Aeronaviqasiya Sammiti işə başlayıb.
Bu gün Bakıda start götürən Ümumdünya Aeronaviqasiya Sammitində ekoloji dayanıqlılıq diqqət mərkəzindədir. Həmçinin bu həftənin sonunda təşkilatın 28-ci İllik Ümumi İclası (AGM) keçiriləcək.
İyunun 11-dən 13-nə kimi davam edəcək tədbirdə hava hərəkətinin təşkili sahəsində dünya liderləri və CANSO-nun (Beynəlxalq Mülki Aeronaviqasiya Xidmətləri Təşkilatı) üzvləri təşkilatın gələcəyi üçün əsas məsələlərin müzakirəsində və vacib qərarların qəbul edilməsində iştirak edəcəklər. Builki tədbirin mövzusu ekoloji dayanıqlılıq, xüsusilə iqlim dəyişikliyi ilə mübarizədir. İştirakçılar karbon emissiyalarının azaldılması, qabaqcıl texnologiyaların tətbiqi, ekoloji cəhətdən daha təmiz uçuşlara nail olmaq üçün hava hərəkətinin idarə edilməsi prosesinin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparacaqlar.
CANSO Global ATM Summit hosted by Azeraeronavigation Air Traffic Department (AZANS) of Azerbaijan Airlines CJSC has started.
Environmental sustainability is in the spotlight at the CANSO Global ATM Summit held today in Baku. The organisation’s 28th Annual General Meeting (AGM) will also take place later this week.
From June 11 to 13, global ATM leaders and CANSO (Civil Air Navigation Services Organisation) members will participate in discussions on key issues and important decisions for the future of the organisation. The theme of this year’s event is environmental sustainability and more specifically, combating climate change. Participants will be exchanging ideas on reducing carbon emissions, showcasing advanced ATM technologies, and enhancing air traffic management with the goal of having more environmentally friendly flights.
"Azərbaycan Hava Yolları" 2024-cü ilin may ayı ərzində yerinə yetirilən 2665 uçuşdan 2425-ni vaxtında həyata keçirib. Ümumilikdə may ayı üzrə bütün uçuşların 91 faizini təşkil edən OTP göstəricisi (On-time performance) dünya təcrübəsində uğurlu nəticə hesab olunur və beynəlxalq səviyyədə qəbul edilmiş standartdan 11% yüksəkdir.
Proaktiv tədbirlər və strateji müdaxilələr vasitəsilə hava şəraiti ilə bağlı problemlər və əməliyyat səmərəsizliyi də daxil olmaqla, gecikmələrə səbəb olan müxtəlif amillər uğurla həll edilib. Texnoloji həllərdən istifadə etməklə, əməliyyat proseslərini təkmilləşdirməklə və fövqəladə hallar üzrə planları həyata keçirməklə biz uçuş gecikmələrini davamlı şəkildə optimallaşdırırıq.
✈️
In May 2024, Azerbaijan Airlines successfully completed 2425 out of 2665 scheduled flights on time. The overall On-time performance (OTP) rate for May was 91%, a figure that exceeds international standards by 11% and is considered exemplary by global benchmarks.
Through proactive measures and strategic interventions, various delay-inducing factors, including weather-related disruptions and operational inefficiencies were effectively addressed. By leveraging technological solutions, enhancing operational processes, and implementing emergency response plans, we consistently optimize the punctuality of our flights.
#AZAL #AzerbaijanAirlines #flyAZAL
“Three @Gatwick_Airport & three @HeathrowAirport@azalofficial flights expand the bridges of partnership, cooperation & friendship between our countries. We continue to link our capital, Baku, to the rest of the world ahead of @COP29_AZ," @ElinSuleymanov
https://t.co/1vNFO7Ix8i
#AZAL “Birgə və Sağlam” İctimai Birliyi ilə birlikdə 2 Aprel - Dünya Autizm Məlumatlandırma Günü münasibətilə autizmli uşaq və gənclər üçün xüsusi ekskursiya təşkil edib.
#AzerbaijanAirlines
AZAL “Birgə və Sağlam” İctimai Birliyi ilə birlikdə autizmli uşaq və gənclər üçün xüsusi ekskursiya təşkil edib.
Tədbir Dünya Autizm Məlumatlandırma Gününə həsr olunub. AZAL-ın korporativ sosial məsuliyyət strategiyası çərçivəsində keçirilən ekskursiya həssas əhali qruplarından olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədini daşıyırdı.
Ekskursiya iştirakçılara aviasiya dünyasına unudulmaz səyahət edib müasir “Airbus A320neo” təyyarəsini ziyarət etmək imkanı yaradıb. Qonaqlar hava gəmisi ilə yaxından tanış ola, həmçinin böyük maraqla pilot kabinəsində əyləşərək şəkil çəkdirə biliblər.
✈️
#AZAL in collaboration with the public union “Birgə və Sağlam”, organized a tailored excursion for children and youth with autism spectrum disorder.
The event coincided with World Autism Awareness Day. The goal of the tour, implemented as part of Azerbaijan Airlines' corporate social responsibility strategy, is to facilitate the support and integration of vulnerable groups within society.
The excursion provided a remarkable exploration of the aviation world, highlighted by a visit to the state-of-the-art Airbus A320neo aircraft. Guests showed keen interest in learning about the aircraft and had the chance to sit in the cockpit for photos.
#AzerbaijanAirlines
Milli-mənəvi dəyərlərimizi özündə əks etdirən, qədim el bayramı olan Novruz bayramı münasibətilə həmvətənlərimizi təbrik edir, hər kəsə bahar əhval-ruhiyyəsi, cansağlığı və firavanlıq arzulayıram. Bayramınız mübarək!
Sizin üçün xoş yeniliyimiz var! ✈️
İndi AZAL-da aviabilet alışı zamanı ödənişləri 2 və ya 3 aya faizsiz bölmək mümkündür. TamKart-lılara özəl bu üstünlüklə yeni səyahətlər sizi gözləyir!
Xoş uçuşlar! ⭐
Great news for travelers! ✈️
Now, when purchasing an air ticket at AZAL, you have the option to divide the payments into 2 or 3 months without any interest. Take advantage of this special benefit for TamKart holders and embark on exciting new trips!
Wishing you happy flights ahead! ⭐
#AZAL #AzerbaijanAirlines #flyAZAL #ABB #TamKart
“Azərbaycan Hava Yolları” QSC ADA Universitetinin tələbələri üçün “Boeing 787 Dreamliner” hava gəmisinə və “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Dispetçer mərkəzinə ekskursiya təşkil edib.
#AZAL#AzerbaijanAirlines#ADA#ADAUniversity
“Azərbaycan Hava Yolları” QSC ADA Universitetinin həyata keçirdiyi “ADA Ambassadors” proqramı çərçivəsində ADA-nın Hüquq, İqtisadiyyat, Biznesin İdarə Edilməsi, Kompüter Elmləri, İnformasiya Texnologiyaları, Maliyyə, Diplomatiya və Beynəlxalq Əlaqələr, Kommunikasiya və Rəqəmsal Marketinq, İctimaiyyətlə Əlaqələr, Kompüter Mühəndisliyi fakültələrinin bakalavr və magistr pillələrində təhsil alan tələbələri üçün ekskursiya təşkil edib.
Ekskursiya zamanı tələbələr AZAL-a məxsus “Boeing 787 Dreamliner” hava gəmisi və “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Dispetçer mərkəzinin fəaliyyəti ilə tanış olublar.
✈️
Within the framework of the “ADA Ambassadors” program, Azerbaijan Airlines CJSC organized an excursion for students pursuing bachelor's and master's degrees across various faculties at ADA University, including Law, Economics, Business Management, Computer Science, Information Technologies, Finance, Diplomacy and International Relations, Communication and Digital Marketing, Public Relations, and Computer Engineering.
During the excursion, students had the opportunity to explore the operations of the Boeing 787 Dreamliner aircraft owned by AZAL and the Dispatch center of the Azeraeronavigation Air Traffic Department.
#AZAL #AzerbaijanAirlines #flyAZAL