17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə Budapeştdə yerləşən Azərbaycan Evinin təşkilatçılığı və Səfirliyin dəstəyi ilə 44 Günlük Vətən Müharibəsi və xalqımızın birlik ruhuna həsr olunmuş #BİZ sənədli filmi nümayiş olundu.
🇦🇿
Bu gün Budapeştin yaranmasının 153-cü ildönümüdür!
Bu əlamətdar gün münasibətilə Budapeşt sakinlərini və Macarıstan xalqını səmimi-qəlbdən təbrik edir, şəhərə davamlı inkişaf və firavanlıq arzulayırıq!
🇬🇧
Today marks the 153rd anniversary of the founding of Budapest!
On this special occasion, we extend our warmest congratulations to the residents of Budapest and the Hungarian people, and wish the city continued development and prosperity!
🇭🇺
Ma ünnepeljük Budapest megalapítás��nak 153. évfordulóját!
E jeles alkalomból szívből gratulálunk Budapest lakóinak és a magyar népnek, és további fejlődést és jólétet kívánunk a városnak!
17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycan xalqının milli azadlıq mübarizəsinin, birlik və müstəqillik əzminin rəmzidir.
Milli Dirçəliş Günümüz Mübarək!
17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə bütün həmvətənlərimizi səmimi-qəlbdən təbrik edirəm.
Bu mühüm tarix xalqımızın azadlıq və müstəqillik arzusu ətrafında sıx birləşməsinin, milli həmrəyliyinin və sarsılmaz iradəsinin təcəssümüdür.
Milli Dirçəliş Günümüz Mübarək! 🇦🇿
17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycan xalqının azadlıq və müstəqillik arzusu ətrafında birləşərək öz iradəsini bütün dünyaya nümayiş etdirdiyi tarixi gündür.
Bu əlamətdar gün münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, xalqımıza və ölkəmizə davamlı inkişaf, əmin-amanlıq və firavanlıq arzulayırıq.
Milli Dirçəliş Günümüz Mübarək! 🇦🇿
🇦🇿
Səfir Esmira Cəfərova İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin səfirlərinin Macarıstan Milli Assambleyasının Xarici Əlaqələr Komitəsinin sədri Marton Haydu ilə keçirilmiş dəyirmi masa müzakirəsində iştirak edib.
Görüşdə Macarıstanın yeni hökumətinin xarici siyasət prioritetlərinə, eləcə də müxtəlif regionlarla əlaqələrə dair fikir mübadiləsi aparılıb.
🇬🇧
Ambassador Esmira Jafarova participated in a roundtable discussion between the Ambassadors of the Member States of the Organization of Islamic Cooperation (OIC) and H.E. Mr. Marton Hajdu, Chairman of the Foreign Affairs Committee of the Hungarian National Assembly.
The discussion focused on the foreign policy priorities of Hungary’s new Government, as well as its outreach to the respective regions.
12 Noyabr – Konstitusiya Günü münasibətilə bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirik!
Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin, suverenliyimizin, hüquqi dövlətçilik prinsiplərinin və milli birliyimizin möhkəm təməlidir.
Bu əlamətdar gün münasibətilə hər bir vətəndaşımıza dövlətimizin daha da möhkəmlənməsi, ölkəmizin davamlı tərəqqisi və suverenliyimizin daim qorunması naminə uğurlar arzulayırıq.
Konstitusiya Günümüz mübarək!
🇦🇿
10 noyabr 2026-cı ildə səfir Esmira Cəfərova Macarıstan Milli Assambleyasının Xarici Əlaqələr Direktorluğunun rəhbəri, dövlət katibi Kriştian Kovaç ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Macarıstan arasında parlamentlərarası əlaqələr və iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsində parlament diplomatiyasının rolu müzakirə olunub.
🇬🇧
On 10 November 2026, Ambassador Esmira Jafarova met with Dr. Krisztián Kovács, Director & State Secretary at the Directorate for Foreign Relations of the Hungarian National Assembly.
The sides discussed bilateral parliamentary relations and the role of parliamentary diplomacy in strengthening the ties between Azerbaijan and Hungary.
Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün vəfatının ildönümüdür.
Dünya tarixində silinməz iz qoymuş böyük şəxsiyyət Atatürkü dərin ehtiram və hörmətlə yad edirik.
#BirMillətİkiDövlət 🇦🇿🇹🇷
🇦🇿 9 Noyabr – Dövlət Bayrağı Günü!
Müstəqilliyimizin, dövlətçiliyimizin və milli qürurumuzun rəmzi olan üçrəngli bayrağımız hər zaman ucalarda dalğalansın!
#9Noyabr#AzərbaycanBayrağı#Azərbaycan
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə xalqımızın milli qürurunu, dövlətçiliyimizi və müstəqilliyimizi təcəssüm etdirən üçrəngli bayrağımıza sonsuz ehtiramımızı ifadə edirik.
Mavi, qırmızı və yaşıl rənglərində milli kimliyimizi, tarixi yaddaşımızı və mənəvi dəyərlərimizi yaşadan müqəddəs bayrağımız daim azad və müstəqil Azərbaycanın səmasında qürurla dalğalanacaqdır.
Dövlət Bayrağı Günümüz mübarək!🇦🇿
Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin 8 Noyabr – Zəfər Günü münasibətilə bəyanatı
#8Noyabr#ZəfərGünü#Azərbaycan
Statement of the Embassy of the Republic of Azerbaijan in Hungary on the Occasion of 8 November – Victory Day
#8November#VictoryDay#Azerbaijan
https://t.co/LaRWziFxVl
8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edirik.
2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi misilsiz qəhrəmanlıq və qazanılan tarixi zəfər xalqımızın milli iradəsinin, birliyinin və sarsılmaz əzminin təntənəsinə çevrilmişdir. Bu möhtəşəm qələbə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına aparan tarixi yolun ən mühüm mərhələsi olmuşdur.
Zəfər Günü milli həmrəyliyimizin, dövlətçilik iradəmizin və gələcəyə olan inamımızın rəmzidir. Bu gün Azərbaycan qalib dövlət kimi regionda davamlı sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi naminə səylərini qətiyyətlə davam etdirir.
Bu müqəddəs gün münasibətlə vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və bütün müharibə iştirakçılarına göstərdikləri fədakarlığa görə minnətdarlığımızı bildiririk.
Qəhrəmanlarımızın əzmi və şücaəti xalqımızın yaddaşında daim yaşayacaq, zəfər salnaməmiz gələcək nəsillər üçün qürur və ilham mənbəyi olacaqdır.
Zəfər Günümüz mübarək olsun! 🇦🇿🇦🇿🇦🇿
#Azərbaycan #8Noyabr #ZəfərGünü
#Azerbaijan #8November #VictoryDay