🇦🇿 Şəhrisəbz Dövlət Pedaqoji Universitetində Şah İsmayıl Xətai adına Azərbaycan Dili və Ədəbi İrsi Mərkəzinin açılışı olub, həmçinin “Azərbaycan–Özbəkistan mədəni əlaqələrində Şah İsmayıl Xətai və Əmir Teymur irsi” mövzusunda elmi dəyirmi masa keçirilib.
🇦🇿🇺🇿 Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Dr. Rəşad Məmmədov tanınmış türkiyəli jurnalist Seyfullah Türksoy ilə görüşüb.
Görüşdə türk xalqlarının mədəni irsinin təbliği, tarixi dəyərlərin qorunması və mədəni əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
🇦🇿🇺🇿 Özbəkistan Respublikasının Qaşqadərya vilayətində keçiriləcək “Azərbaycan Mədəniyyəti: Ədəbiyyat və Sənət Həftəsi” çərçivəsində Şəhrisəbz Dövlət Pedaqoji İnstitutunda Şah İsmayıl Xətai adına Azərbaycan Dili və Ədəbi İrsi Mərkəzinin açılış mərasimi keçiriləcək.
🇦🇿🇺🇿 Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov Mərkəzi Asiya ölkələri üzrə Ticarət Nümayəndəsi Saməd Həsənovla görüşüb.
Görüşdə Azərbaycan şirkətlərinin Özbəkistan bazarına çıxışı, iqtisadi əməkdaşlığın genişləndirilməsi və yeni biznes imkanları müzakirə olunub.
🇦🇿 Özbəkistanda “Mədəni yaxınlıqdan siyasi müttəfiqliyə” mövzusunda ustad dərsləri və seminarlar keçirilib. Ankara Hacı Bayram Veli Universitetinin dosenti Mərziyə Məmmədli Daşkənd, Buxara və Səmərqənddə Azərbaycan–Özbəkistan münasibətlərində ortaq kimliyin rolundan bəhs edib.
🇦🇿🇺🇿 Azərbaycan Respublikasının Özbəkistandakı səfiri Dr. Rəşad Məmmədov Əhməd Cavad adına Elmi-Tədqiqat İnstitutunun direktoru Ruhi Ərsoy ilə görüşüb.
Görüşdə ortaq tarixi-mədəni irsimiz və türk dünyasında elmi əməkdaşlığın inkişafı müzakirə olunub.
“Qərbi Azərbaycan: yaddaşımızda yaşayan yurd yerləri” kitabının özbək dilində nəşri Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetində təqdim olunub. Nəşr Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında hazırlanıb və ortaq tarixi-mədəni irsimizin tanıdılmasına töhfə verir.
Azərbaycan Respublikasının Özbəkistandakı səfiri Dr. Rəşad Məmmədov Özbəkistan Respublikası Oliy Məclisinin İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Feruza Eşmatova ilə səmimi görüş keçirib.
Görüşdə insan hüquqları və ikitərəfli əlaqələr müzakirə olunub.
🇦🇿🇺🇿🇹🇷 10 noyabr — Mustafa Kamal Atatürkün anım günü
Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Onun tarixi irsi daim yaşayacaq.
🇦🇿 Azərbaycan Respublikasının Özbəkistandakı səfiri Dr. Rəşad Məmmədov Özbəkistan universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.
Görüşdə tələbələrin təhsili və gələcək planları müzakirə olunub, sualları cavablandırılıb.
Azərbaycan Respublikasının Özbəkistandakı səfiri Dr. Rəşad Məmmədov SOCAR-ın nümayəndəsi Xalid Böyükaga Tağı-zadə ilə görüşüb.
Görüşdə enerji əməkdaşlığının inkişafı, neft-qaz sektorunda birgə layihələr və SOCAR-ın təcrübəsindən istifadə imkanları müzakirə olunub.
Daşkənddəki Oriental Universitetində “Qərbi Azərbaycan: deportasiya və yurd həsrəti” fotosərgisi keçirilib. Sərgidə azərbaycanlıların müxtəlif dövrlərdə deportasiyasını əks etdirən fotolar nümayiş olunub. “Qarabağ Zəfəri” Rəqs Ansamblı “Zəngəzur yallısı”nı təqdim edib.
🇦🇿 7 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dr. Rəşad Məmmədovun Özbəkistanda təhsil alan azərbaycanlı tələbələrlə görüşü keçiriləcək.
🇦🇿🇺🇿 Azərbaycanın Özbəkistandakı səfiri Dr. Rəşad Məmmədov Azərbaycan-Özbəkistan investisiya şirkətinin rəhbərliyi ilə görüşüb. Görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi və yeni investisiya imkanları müzakirə olunub.
Daşkənddə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Şanlı tariximizin 44 günü” adlı fotosərgi nümayiş etdirilib. Sərgidə 44 günlük Vətən müharibəsinin qəhrəmanlığı və tarixi Zəfərimizin unudulmaz anları əks olunub.
Azərbaycanın Özbəkistandakı səfiri Dr. Rəşad Məmmədov Özbəkistan–Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri ilə görüşüb. Görüşdə xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin, mədəni-humanitar əməkdaşlığın inkişafı müzakirə olunub.
#DostluqCəmiyyəti#MədəniƏməkdaşlıq
8 Noyabr – Zəfər Günü münasibətilə Daşkənddə, “Hyatt Regency Tashkent” hotelində Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə rəsmi qəbul keçirilib.