Avrasiyanın Odları Dayanıqlılıq Sammiti çərçivəsində keçirilən "Qlobal əlaqəliliyin gələcəyi" panel sessiyasında iştirak etdik.
Azərbaycanın uzunmüddətli nəqliyyat strategiyasının əsas məqsədinin ölkəmizi Avropa ilə Asiyanı birləşdirən aparıcı multimodal nəqliyyat və logistika qovşağına çevirmək olduğunu bildirdik. Bu məqsədlə müasir nəqliyyat infrastrukturunun yaradıldığını və rəqəmsal həllərin tətbiq edildiyini diqqətə çatdırdıq.
Eyni zamanda, yol hərəkəti təhlükəsizliyinin nəqliyyat siyasətinin əsas prioritetlərindən biri olduğunu, bu istiqamətdə təhlükəsiz infrastrukturun qurulması, rəqəmsal innovasiyaların tətbiqi və beynəlxalq təcrübə əsasında ardıcıl islahatların həyata keçirildiyini qeyd etdik.
A milestone for #Azerbaijan🇦🇿 at the #UN.
In just 11 days, Azerbaijani candidates were elected to three UN human rights treaty bodies, each receiving the votes of over 2/3 of UN membership:
✅ Fuad Zarbiyev — Human Rights Committee (131 votes)
✅ Farid Adilov — Committee on the Rights of the Child (130 votes)
✅ Elgun Safarov — Committee on the Elimination of Discrimination against Women (133 votes)
🇦🇿 Azerbaijan will now be represented in 5 of the 10 UN human rights treaty bodies—ranking 2nd (together with China) globally among all UN Member States in terms of national representation.
Bu gün Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirildikdən sonra yenidən istifadəyə verildi.
Azərbaycan, Gürcüstan və Türkiyənin uğurlu əməkdaşlığının nəticəsi olan bu layihə Orta Dəhlizin imkanlarını daha da genişləndirərək regionun nəqliyyat və tranzit potensialını gücləndirir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir.
Bu strateji layihənin reallaşmasına göstərdiyi daimi diqqət və dəstəyə görə dövlət başçımıza minnətdarlığımızı bildiririk.
Azərbaycanın ev sahibliyi ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Bağlantılığın mərkəzində şəhərlər: şəhərlərin yenidən qurulması və regional əməkdaşlıq” adlı xüsusi sessiyada “İnfrastruktur və bağlantılıq perspektivi” mövzusunda çıxış etdik.
Azərbaycanın Avrasiya nəqliyyat və logistika marşrutlarının mühüm mərkəzinə çevrilərək nəqliyyat dəhlizləri, logistika qovşaqları və rəqəmsal həllər vasitəsilə regional inteqrasiyanı gücləndirdiyini qeyd etdik. Eyni zamanda Bakının insan yönümlü şəhər modelinə keçid çərçivəsində ictimai nəqliyyat, piyada məkanları və mikromobillik layihələrini genişləndirdiyini vurğuladıq.
AZCON Mühəndislik və Texnologiya Məktəbinin – AZSET proqramının təsis edilməsinə dair müqavilənin imzalanması mərasimində iştirak etdik.
AZCON Holding və Azərbaycan Texniki Universitetinin əməkdaşlığı və “TUM International GmbH”nın akademik dəstəyi ilə həyata keçirilən bu təşəbbüs gənclərə beynəlxalq akademik standartlar əsasında praktiki yönümlü və sənaye ilə inteqrasiya olunmuş təhsil imkanı yaradacaq.
İnanırıq ki, AZSET gələcəyin rəqəmsal iqtisadiyyatı üçün güclü insan kapitalının formalaşmasına mühüm töhfə verəcək.
A Baku per rafforzare una partnership strategica che per l’Italia ha un valore concreto e di lungo periodo.
Con l’Azerbaigian vogliamo consolidare una cooperazione già molto importante su energia, sicurezza, connettività, investimenti e dialogo politico, trasformandola sempre di più in opportunità concrete per le nostre Nazioni.
In un tempo complesso come quello che stiamo attraversando, è fondamentale tenersi strette le certezze. E la relazione tra Italia e Azerbaigian è una di queste.
Almaniyanın Leypsiq şəhərində Beynəlxalq Nəqliyyat Forumunun Azərbaycanın prezidentliyi ilə keçirilən sammiti çərçivəsində açılış mətbuat konfransı və açılış plenar iclasında iştirak etdik.
Ölkəmizin prezidentliyi dövründə müəyyən edilən prioritet istiqamətlər üzrə görülən işlər barədə məlumat verdik.
Bildirdik ki, əsas diqqət nəqliyyat sistemlərinin dayanıqlığının gücləndirilməsinə yönəlib. Bu çərçivədə əlaqəlilik, rəqəmsallaşma və investisiya mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində ardıcıl işlər görülüb, inklüzivlik və institusional davamlılıq prinsipləri ön planda saxlanılıb.
Müqəddəs Ramazan və Novruz bayramları münasibətilə xalqımızı ürəkdən təbrik edir, hər kəsə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və xoş günlər arzulayıram.
In Baku 🇦🇿 today, looking forward to meeting @presidentaz Ilham Aliyev.
Azerbaijan is a key partner for the EU.
Over the past year, we have re-energised our relationship.
We are committed to further deepening our relationship on security, energy, digital and transport.
We will also discuss latest developments in view of the rapidly evolving geopolitical situation.
Nazir @RashadNNabiyev-in 🇬🇧-ya səfəri iqtisadi artım, diversifikasiya və innovasiya sahələrində əməkdaşlıq imkanlarını əhatə etdi.
Bu, 🇬🇧-🇦🇿 Strateji Tərəfdaşlığımızın genişliyinin nümunəsidir. Belə səfərlər tərəfdaşlıqların irəliləməsinə xidmət edir. Davamlı olsun! 🤝
Birləşmiş Krallıqda #texnologiya sahəsində fəaliyyət göstərən diasporanın üzvləri və təhsil alan tələbələrlə görüş keçirdik.
Görüş zamanı Azərbaycanın #rəqəmsal və süni intellekt əsaslı transformasiya mərhələsinə qədəm qoyduğunu vurğuladıq, bu istiqamətdə ölkəmizdə həyata keçirilən layihələr və görülən işlər barədə ətraflı məlumat verdik. Genişmiqyaslı #rəqəmsallaşma, insan kapitalına yatırımlar və 2026–2028-ci illər üçün təsdiqlənmiş Fəaliyyət Planı çərçivəsində əsas hədəfin Azərbaycanın regionun etibarlı #rəqəmsal mərkəzinə çevrilməsi olduğunu qeyd etdik.
Eyni zamanda diaspora nümayəndələrini bilik və təcrübə mübadiləsinə, birgə layihələrə və texnoloji diplomatiya istiqamətində daha fəal əməkdaşlığa dəvət etdik.
Böyük Britaniyanın İxrac maliyyələşdirilməsi üzrə dövlət agentliyinin baş icraçı direktoru Tim Rid ilə görüş keçirdik.
Görüşdə Azərbaycanda #nəqliyyat, #logistika və #rəqəmsal infrastruktur sahəsində aparılan #transformasiya barədə məlumat verdik. Bu sahədə Birləşmiş Krallıqla strateji tərəfdaşlıq imkanlarını müzakirə etdik.
Cənab Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirildi.
Müşavirədə dövlət başçısının tapşırığına əsasən hazırlanmış fəaliyyət planını təqdim etdik.
Dövlət başçısına #rəqəmsal inkişaf və #nəqliyyat sahələrinə göstərdiyi davamlı diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk.
#BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüş keçirdik.
Görüş zamanı insan kapitalının inkişafı və BP ilə mümkün əməkdaşlıq istiqamətləri, həmçinin şirkətin #logistika proseslərində #AZCON-la birgə fəaliyyət məsələlərini müzakirə etdik.
Eyni zamanda BP ilə süni intellekt, #kibertəhlükəsizlik və #rəqəmsallaşma sahələrində birgə addımların atılması barədə razılığa gəldik.
Londondan Liverpula gedən qatar məni yarı yolda qoysa da, @AzerbaijaninUK heyəti sağ olsunlar, məni yolda qoymadılar 😄
Rəsmi gündəlikdə olmasa da, ən yaxşı diplomatik anlardan birinə çevrildi 🇬🇧🤝🇦🇿
@FKQarabagh üçün yolda qalmaq olar, oyundan qalmaq yox ⚽️