14 iyul – Azərbaycan dövlətçilik tarixində mühüm mərhələnin başlanğıcı kimi tarixə yazılmışdır. Bu tarix Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizin siyasi həyatında mühüm rol oynadığı dövrün başlanğıcı kimi xatırlanır və dövlət idarəçiliyi, milli inkişaf strategiyası ilə səciyyələnən bir mərhələni ifadə edir. Ulu Öndər Heydər Əliyevin həmin dövrdə müəyyən etdiyi inkişaf kursu müasir Azərbaycanın siyasi və sosial-iqtisadi tərəqqisinin əsasını təşkil etmişdir.
Ulu Öndər Heydər Əliyevin ideyaları daima yaşayacaqdır!
BDU ilə “AnewZ” beynəlxalq televiziya kanalı arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı. Əməkdaşlıq çərçivəsində tələbələrin praktiki bilik və bacarıqlarının inkişafı, media sahəsində təcrübə imkanlarının genişləndirilməsi və ingilisdilli jurnalistikanın tədrisi və təşviqi istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.
BDU yüksək ixtisaslı jurnalist kadrların hazırlanmasında media qurumları ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. “AnewZ”un beynəlxalq media standartlarına uyğun fəaliyyəti və ingilisdilli jurnalistika sahəsində qazandığı uğurlarının tələbələrimizin peşəkar inkişafına mühüm töhfə verəcəyinə əminik.
Bu gün Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan Respublikasının memarı Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.
Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin, Azərbaycançılıq ideologiyasının öyrənilməsi və təbliği hər birimizin vətəndaşlıq borcudur. Onun uzaqgörən siyasətini və doğma xalqına bağlılığını hər zaman dərin ehtiramla yad edəcəyik.
Ulu Öndərin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.
Aprel döyüşləri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində xüsusi yer tutur. 2016-cı ilin aprelində rəşadətli Ordumuzun göstərdiyi şücaət xalqımızın Qələbə inamını alovlandırdı.
Bizə qələbə sevinci yaşadan Müzəffər Ali Baş Komandanımız və qəhrəman əsgərlərimizlə fəxr edir, müqəddəs şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.
BDU bu il IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə keçirilən “Yer saatı 2026” beynəlxalq kampaniyasına qoşularaq ətraf mühitin qorunmasına dəstəyini nümayiş etdirdi. Saat 20:30-da Universitetimizin inzibati binalarında işıqlar bir saatlıq söndürüldü.
İqlim dəyişikliyi və ekoloji problemlər hər birimizi düşündürməlidir. Belə təşəbbüslər rəmzi xarakter daşımır, həm də hər birimizi məsuliyyətə çağırır. BDU olaraq davamlı inkişaf və ekoloji şüurun artırılması istiqamətində fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik.
Bakı Dövlət Universiteti üçün qürurverici bir nəticəni bölüşməkdən məmnunluq duyuruq.
Dünyanın nüfuzlu reytinq təşkilatı olan QS tərəfindən açıqlanan “QS World University Rankings by Subject 2026” nəticələrinə əsasən, Universitetimiz ilk dəfə olaraq 2 geniş ixtisas kateqoriyası və 8 dar ixtisas sahəsi üzrə qlobal reytinq siyahısında yer alıb.
Xüsusilə qeyd etmək istərdim ki, Neft-qaz mühəndisliyi sahəsinin TOP 100-lüyə yüksəlməsi, eləcə də bir sıra ixtisaslarımızın TOP 500-lükdə qərarlaşması BDU-da aparılan məqsədyönlü elmi-tədqiqat fəaliyyətinin, keyfiyyətli tədrisin və beynəlxalq əməkdaşlığın real nəticəsidir. Dar ixtisas sahələri üzrə göstəricilərimizin ötən illə müqayisədə 4 dəfə artması Universitetimizin inkişaf dinamikasını aydın şəkildə göstərir.
Bu uğur ilk növbədə professor-müəllim heyətimizin zəhmətinin, tədqiqatçılarımızın elmi fəaliyyətinin və təhsilalanlarımızın potensialının nəticəsidir. Bakı Dövlət Universitetinin qlobal akademik məkanda mövqeyinin möhkəmlənməsi Azərbaycanın ali təhsilinin beynəlxalq səviyyədə tanınmasına da mühüm töhfə verir.
Bu nailiyyət münasibətilə bütün BDU kollektivini səmimi-qəlbdən təbrik edir, Universitetimizin inkişafı yolunda əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk. İnanırıq ki, qarşıdakı illərdə daha böyük uğurlara birlikdə imza atacağıq.
Eyni zamanda, reytinqdə yer alan digər Azərbaycan ali təhsil müəssisələrini də təbrik edir, onların uğurlarının artmasını və ölkəmizin ali təhsilinin beynəlxalq miqyasda daha güclü təmsil olunmasını arzulayırıq.
Bu gün BDU-da Koreya Respublikasının ölkəmizdəki səfiri cənab Kang Kymgy ilə birlikdə Azərbaycan–Koreya Kompüter Elmləri Mərkəzinin yenilənmiş konsepsiyada açılışını etdik. Mərkəz informasiya texnologiyaları, süni intellekt, kibertəhlükəsizlik və kriptoqrafiya sahələrində müasir çağırışlara cavab verən kadrların hazırlanmasına xidmət edəcəkdir.
Bu təşəbbüs ölkəmizdə rəqəmsallaşmanın sürətləndirilməsi ilə bağlı dövlət siyasətinə və cənab Prezidentin müəyyən etdiyi prioritetlərə uyğun olaraq həyata keçirilir. Yaradılan müasir infrastruktur tələbələrimizin praktiki bacarıqlarını gücləndirəcək, innovativ düşüncə tərzini inkişaf etdirəcək və onları beynəlxalq əmək bazarının tələblərinə uyğun hazırlayacaqdır.
Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə göstərilən dəstəyə görə təşəkkür edir, bu Mərkəzin Azərbaycan–Koreya elmi-texnoloji əməkdaşlığına töhfə verəcəyinə inanırıq.
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə BDU-nun xanım əməkdaşları və tələbələri başda olmaqla, bütün xanımları səmimi qəlbdən təbrik edirəm!
Cəmiyyətimizin inkişafında böyük rol oynayan xanımlarımıza sağlamlıq, xoşbəxtlik və yeni-yeni uğurlar arzulayıram.
Bayramınız mübarək!
✨ Bu gün ölkəmizin müasir fikir mərkəzi və beynəlxalq dialoq platformasına çevrilən ADA Universitetinin yaranmasından 20 il ötür. Başda Universitetin rektoru, hörmətli professor Hafiz Paşayev olmaqla bütün kollektivi əlamətdar yubiley münasibətilə təbrik edirik.
#BDU#ADA
Müqəddəs Ramazan ayının başlanması münasibətilə hər kəsi səmimi-qəlbdən təbrik edirəm. Ruzimiz bol, əmin-amanlığımız daimi olsun. Allah tutulan orucları və edilən duaları qəbul eləsin.
BDU ilə BP Eksploreyşn (Kaspian Si) Limited arasında əməkdaşlıq müqaviləsi imzaladıq və bp-nin dəstəyi ilə yenilənmiş Elmi Kitabxananın elektron bölməsini açdıq.
Universitet–sənaye əməkdaşlığının növbəti nümunəsi olan bu layihə rəqəmsal bilikləri əlçatan edir.