Müəllimlərin işə qəbulu müsabiqəsi üçün elektron sənəd qəbulu 01.05.2022- 31.05.2022, müsabiqənin keçirilmə tarixi isə 15.06.2022- 31.07.2022-ci il olaraq müəyyənləşdirilmişdir.
Bahalaşma sırası kommunala da çatdı. Tarif Şurası əhali üçün qazın və işığın qiymətini qaldırdı. Belə ki, əhalinin illik istehlakının 1200 m3 -dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırıldı.
İlham Əliyev Fərid Fazil oğlu Qayıbovun Azərbaycanın gənclər və idman naziri təyin edilməsi barədə Sərəncam imzalayıb. O əvvəl Avropa Gimnastika İttifaqının prezidenti və Azərbaycan Gimnastika Federasiyasının Baş Katibi vəzifələrində olub.
İranla sərhəddə naməlum şəxslərlə atışma zamanl iki Azərbaycan hərb��isi şəhid olub. Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralansa da sonradan onların həyatlarını xilas etmək mümkün olmayıb.
Əziz qadınlar!
Beynəlxalq Qadınlar Günü münasibətilə sizin hamınızı səmimi-qəlbdən təbrik edirəm! Siz zəriflik, sədaqət, xeyirxahlıq, mənəvi saflıq, gözəllik və ülvilik rəmzi olan
“qadın” sözünün ucalığını ləyaqətlə qoruyursunuz.
https://t.co/36YMOkV5CJ
Xocalıya ədalət! Petisiyaya sizdə qoşulun, səsimizi dünyaya çatdıraq.
International Criminal Court: We Demand Justice for Khojaly! - Kampanyaya imza ver! https://t.co/LNjnClWGr1 @Change aracılığıyla
Daşkəsən sakini, 1990 təvəllüd, Qarabağ müharibə iştirakçısı Fərman Həsənov evində özünü asıb. Həyat yoldaşı xəstəxanada yatır. İntihardan öncə “Oğlum və qızım sizi çox sevirəm. Məni bağışlayın” sözlərini yazıb. Bundan əlavə bu gün Bakıda 3, Sumqayıtda da 1 intihar hadisəsi olub.