Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.
Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.
Əziz bacı və qardaşlarım!
Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
We extend our congratulations on the occasion of Eid al-Adha, which embodies spiritual unity, kindness, and solidarity, and wish you joy and prosperity.
Happy holiday!
#EidalAdha
Qurban Bayramı Uca Allaha itaətin, səbir və təslimiyyətin ən ali nümunəsidir. Bu mübarək günlər bizə paylaşmağın, mərhəmətin və qardaşlığın-böyük nemət olduğunu xatırladır.
Allah kəsilən qurbanları, duaları və xeyir əməlləri qəbul etsin. Rəbbimiz evlərimizdən bərəkəti, qəlblərimizdən imanı əskik etməsin. Bayramınız mübarək. Allah ölkəmizi daim əmin-amanlıq yurdu etsin. 🤲🏻🌙
İsrailin xarici işlər naziri Gideon Saarla (@gidonsaar) birlikdə #Azərbaycan – #İsrail#biznesforum-unda iştirak etdik.
Ölkələrimiz arasında #enerji, #ticarət, #investisiya, kənd təsərrüfatı, #əczaçılıq, #nəqliyyat və digər sahələrdə qarşılıqlı fəaliyyətin təşviqi imkanlarını dəyərləndirdik.
Birgə sərmayələrin artırılması istiqamətində investisiya platformalarını, özəl sektorda və #biznes dairələri arasında əməkdaşlığın gücləndirilməsini qeyd etdik.
#EconomyAz