Məsələni uzadırlar,məlumat vermirlər,COP-un bitməsini gözləyirlər.Ondan sonra məni şərləyərəq həbs etməyi planlaşdırırlar.Bu gün axşam saat 9-da həm bu məsələ ilə, həmçinin dünya və ölkə gündəmi ilə bağlı "Düz Danışaq" kanalında canlı müsahibəm olacaq.
Bu gün xarici səfərim var idi.Pasport nəzarətində dedilər ki,Daxili İşlər Nazirliyi ölkədən çıxışıma qadağa qoyub.Hesab edirəm,bu qadağa siyasi qərardır və hakimiyyətin siyasətini tənqid etdiyimə görə mənə qarşı təzyiqdir. Qeyri-qanunidir və yalnız şərləmə əsasında qoyula bilər.
Bir az əvvəl Bakı Şəhər Baş Polis İdarəsinə getdim.Görüş olmadı,sadəcə səbəbini öyrənmək üçün ərizə yazdım. Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev 1 saat ərzində məsələni araşdırıb geridönüş edəcəyini bildirmişdi,üzərindən artıq 6 saat keçib və ondan heç bir məlumat yoxdur.
Əziz müsəlman bacı və qardaşlar, Qurban bayramınız mübarək olsun! Qurbanlarınız və dualarınız qəbul edilsin! Xüsusilə də ədalət, şəffaflıq və insanlıqla bağlı olanlar!
Eid Mubarak!
Nə qədər ki, saxta "təhlükəsizlik" mövzuları insan haqları və demokratiya mövzularını üstələyəcək, bu ədalətsiz və qeyri-insani sistem də davam edəcək. Gədəbəydə vətəndaşların etirazı - bütün Azərbaycanın fəryadıdır. Eyni vəziyyət yalnız bir rayonda deyil, hər yerdədir.
@Eminitto1 Bir də ki, suriyalılara verilən vətəndaşlıqla bağlı rəqəmlər tam açıqlanmayıb və həqiqəti tam olaraq əks etdirmir. Bununla yanaşı müxalifətin məğlub olmasının başqa səbəbləri də var təbii ki. Onu statusumda qeyd etmişəm. Cəmiyyətimizdə dərindən düşünməkdə problem var...
@Eminitto1 Suriyalı məsələsi yalnız onların özlərinin səsi məsələsi deyildir. Milyonlarla suriyalını qaçaq çalışdıran vətəndaşlar var ki,bundan pul qazanırlar,onları nəzərə almaq lazımdır. Onlar suriyalıların vətənlərinə göndərilməsində maraqlı deyillər.
Bu gün Respublika Günüdür!Respublika - bərabər fürsətlər,hüququn aliliyi və ölkə resurslarının bir ovuc insana deyil,hamı üçün,bir sözlə Xalq üçün əlçatımlı olması,vətəndaşın ləyaqətli duruşu deməkdir.Bunun üçün mücadilə etmək lazımdır.Respublika ideyamız mübarək olsun!
Erdoğanın nəyin bahasına olursa olsun iqtidarda qalmasında ən çox maraqlı şəxs https://t.co/QzbybnNNK4ərbaycana bölgəmizdə at oynada bilən Putin lazım deyil.Ukraynanın qalib gəlməsi və Putinin dostunun hakimiyyətdən getməsi rusların Qarabağdan getməsini sürətləndirər.
Azərbaycanın demokratik düşünən insanları Türkiyədə demokratiyanın zəfər çalmasını,toplumsal barışın və ədalətin olmasını istəyir.Bizlər 6-lı masanın və Kılıcdaroğlunun qalib olmasından yanayıq! Ölkəmizin milli maraqları da bunu gərəkdirir.
Baş verənlərin səbəbkarı bir adamdır-Trump.Hamıya
dərs olmalıdır ki,bir adam oturuşmuş demokratik sistemi çalxalaya bilər.Demokratiya ideal sistem deyil.Lakin Çörçilin dediyi kimi demokratiya ən pis idarəetmə forması olsa da, insanlıq hələ ondan daha mükəmməlini icad etməyib!
@IsmatSalmanov Niyə aqressivsiniz? Ölkədə bütün sahələri bərbad vəziyyətə gətirən hakimiyyəti tənqid edə bilmərik? Oturub gözləməliyik ki, bir nəfər hansı ki , heç bir ictimai institut qarşısında cavabdeh deyil hər şeyi həll edəcək? Belə isə siz deyən kimi olsun inşallah. Kim istəmir ki?
Minsk Qrupunun fəaliyyəti və baza prinsipləri bizim maraqlarımıza uyğun deyildi.Rus hərbiçilərinin gəlməsi isə hər ikisinin təməlini dağıtdı və hər ikisindən daha pisdir.Bu ya əvvəldən Əliyevlə razılaşdırıldı,ya da təzyiq vasitəsilə oldu.Üçüncü variant yoxdur.
Cumhuriyetle, vatanseverlerle, Müslüman dünyasında demokratik gelenekleri kuran toplumla ve "Yurtta sulh, Cihanda sulh!" deyen devlet politikasıyla daima muzaffer olasın! Cumhuriyetin kutlu olsun, Türkiye!
Armenia again attacked the Azerbaijani city of Barda with a ballistic missile. Again, he targeted civilians. There are dead and injured. Barda is located outside the battlefield. This is a war crime by Armenian leaders.
The leaders of Armenia, who wanted to turn religious and ethnicity into a tool, were stuck in the Middle Ages. The Karabakh conflict is not a clash of civilizations. It is a struggle between backwardness and modernity, a law against historical mythology. Karabakh is Azerbaijan!
Armenia violated the ceasefire and attacked civilian objects with a ballistic missile in Barda city. 4 civilians were killed and 13 were injured. Only after Armenian occupation there will be a permanent ceasefire.