Ənənəvi olaraq yenə Azərbaycan tarixini ləkələməyə çalışırlar. Əslində Uzun Həsənin oğlu Otluqbelidə həyatını itirib, Toqatı öz oğluna görə cəzalandırıb yandırması mümkün deyildi.
@Hostazc Dərələyəzdə ermənilərin sayı azərbaycanlılardan çox olub, ora onsuz da Şərur-Dərələyəz qəzasının olduğu üçün etnik prinsipə əsasən bölünüb, Şərur tərəf qaldı Naxçıvanda, Dərələyəz də Ermənistanda
Sevan Nişanyanın Türkiyə-Livan müqayisəsini Cənubi Qafqaz üzərinə proyeksiya etdikdə, maraqlı mənzərə ortaya çıxır. 19-cu əsrin sonunda indiki Gürcüstan, Azərbaycan və Ermənistanın paytaxtlarında titul xalq azlıqda idi. Azərbaycanlılar Bakı əhalisinin 1/3-ni təşkil edirdi, İrəvanda isə əksinə, azərbaycanlılar ermənilərdən çox idi, Tiflisdə də əhalinin əksəriyyətini ermənilər təşkil edirdi. Əslində o dövrdə Cənubi Qafqaz bir növ Livana bənzəyirdi. Bu mənzərə onu göstərirdi ki, əgər imperiya dağılsa, bu üç şəhərin üzərində milli dövlət qurmaq üçün hər bir xalq əvvəlcə öz paytaxtını və ətrafını "özününküləşdirməli" idi. 1918-1920-ci illərdəki müharibələrdən sonra aşağıdakı vəziyyət alındı.
1926-cı il Sovet siyahıyaalınmasında Ermənistan SSR-in 84,5%-i erməni idi. Anadoludan gələn erməni qaçqınları və İrəvan quberniyasındakı etnik təmizliklər hesabına ermənilər bu məsələni 1920-ci illərdə həll etdi. Daxildə heç bir muxtariyyət olmadığı üçün Ermənistanın "təkrəngli" dövlətə çevrilməsi ən rahat proses oldu.
Gürcüstanda isə həmin dövrdə əhalinin 66,8%-i gürcü idi. Gürcülər ölkə üzrə sayca çox olsalar da, strateji baxımdan ən ağır mirası aldılar. Ölkə daxilində üç muxtariyyət (Abxaziya, Acarıstan, Cənubi Osetiya) yaradıldı, üstəlik cənub bölgələrində kompakt azərbaycanlı və erməni əhalisi qaldı. Paytaxt Tiflis gürcüləşsə də, ölkənin periferiyaları mərkəzdən uzaq qaldı.
Azərbaycanda isə həmin dövrdə əhalinin 62,1%-ilə azərbaycanlı/türk idi. Start xəttində ən aşağı faiz Azərbaycanda idi, Bakıda isə azərbaycanlılar hələ də cəmi 26 faiz təşkil edirdi.
Müasir dövrdən baxdıqda belə bir sual yaranır. Niyə Azərbaycan və Ermənistanda alındı, Gürcüstanda isə yox? Burada əsas məsələ rəqəmlərdə deyil, assimilyasiya və inteqrasiya mexanizmlərinin işləmə prinsipindədir. Azərbaycandakı qeyri-türk əhalinin böyük hissəsi (talışlar, ləzgilər, tatlar, kürdlər, avarlar) eyni din olan islama mənsub idi. Dini sədd olmadığı üçün sovet dövrünün sənayeləşməsi və urbanizasiyası ilə bu qrupları konfliktsiz və "yumşaq assimilyasiya" yolu ilə vahid "azərbaycanlı" kimliyinin içində əritdi. Bakı böyüdükcə həm rus-erməni üstünlüyünü demoqrafik olaraq əritdi, həm də bütün ölkəni vahid mərkəzə bağladı.
Ermənistan birbaşa demoqrafik təmizləmə və sıxışdırma yoluna getdi. 1948–1953-cü illər deportasiyası və 1988-ci il hadisələri ilə yerdə qalan sonuncu azlıq olan azərbaycanlılar da ölkədən çıxarıldı və Ermənistan 98%-lik mütləq monoetnik dövlətə çevrildi.
Gürcüstanda isə Azərbaycan variantı mümkün olmadı. Gürcü mədəniyyəti və dili kənar qrupları öz içində əritmək üçün çox qapalı idi. Müsəlman və animist abxazları, qriqorian erməniləri, şiə azərbaycanlıları bir pravoslav kimlikdə birləşdirmək çox çətin idi. Üstəlik, muxtar respublikalar olması səbəbi ilə gürcülər etnik olaraq öz dilində danışan acarları belə müsəlman olduğu üçün vahid bir kimliyə qatmaqda çətinlik çəkdi. 1980-ci illərin sonunda gürcülər bunu etməyə qərar verəndə Livan ssenarisi işə düşdü. İndi də ərazi problemi yaşayan tək dövlət Gürcüstan qalıb. Gürcüstanın Azərbaycan və Ermənistandan fərqli mərkəzi hakimiyyət strukturları da, hərbisi də çox zəifdir. Ancaq bir məsələ var ki, Gürcüstan homogenləşə bilməsə də, bütün xalqları özündə birləşdirərək etnik rəngarənglik yaradıb. Xüsusilə Tiflisin mərkəzində bu ab-havanı sezə bilirik. İndi burda da sual ortaya çıxır. Rəngarəng və insani dəyərlərin qorunduğu, ancaq zəif olan dövlət yaxşıdır, yoxsa mərkəzi hakimiyyətin güclü olduğu, etnik rəngarəngliyin isə olmadığı homogen cəmiyyət? Sual açıq olaraq qalır.
Türkiye Azınlıkları Sildi, Lübnan 72 Milleti Bir Arada Tuttu: Hangisi Haklı Çıktı?
🟢 Bir ülke azınlıklarını silip tek renkli olursa mı güçlenir, yoksa her kimliği yaşatırsa mı? Lübnan ve Türkiye bu soruda tam zıt yolları seçti.
🟢 "Türkiye çok kültürlülüğü silip yerle bir ederek tek renkli, beton bir ülke yaratmayı istikrarın şartı olarak gördü."
🟢 Lübnan'da Maronîler, Ortodoks Rumlar, Sünniler, Şiiler, Nusayriler ve Ermeniler yan yana yaşıyor. Her biri ayrı bir halk.
🟢 "Lübnan Türkiye'nin parçası kalsaydı Sünnileri bugün öz be öz Türk olacaktı. Atalarımız Orta Asya'dan geldi hikâyesini anlatacaklardı."
Pazar Sohbeti 301 - 15 Kasım 2026
👆 Tüm kesitler profilimizdeki linkte
Türkiyənin BMT Baş katibi vəzifəsinə namizəd kimi təklif etdiyi Feridun Sinirlioğlu sonuncu oldu. BMT Təhlükəsizlik Şurasının 8 üzvü onun əleyhinə səs verdi. Azərbaycan-Türkiyə gərginliyi fonunda türk ekspertlər Azərbaycanın BƏƏ namizədini alqışlamasını siyasi dəstək kimi görmüşdülər. O vaxt da qeyd etmişdim ki, türklərin beynəlxalq aləmdə nüfuzu zəif olduğu üçün heç bir şansları yoxdur. Elə də oldu.
Türklərdə beynəlxalq münasibətlərə futbol tərəfdarı kimi yanaşma olmaya da. BƏƏ-dən namizəd olan Lana Nuseybənin təbii ki, Feridun Sinirlioğlundan şansı daha çoxdur. BƏƏ dünyada nadir ölkələrdən biridir ki, bütün super güclərlə münasibəti əladır. Üstəlik BMT-nin tarixində heç vaxt qadın katib olmayıb, Avropa dövlətləri də gender məsələsinə görə qadın namizədə üstünlük verəcəklərini deyiblər. Qutyerreş də bu fikri dəstəkləyir. Buna görə də Lana Nuseybənin şansı daha çoxdur. Digər tərəfdən, Türkiyənin NATO ölkəsi olması bəs edir ki, Rusiya və Çin Sinirlioğlunu veto etsin. Kişi və yaşlı olması da onun imkanlarını praktiki sıfıra endirir. Elə buna görə də Azərbaycanın BƏƏ namizədini dəstəkləməsi daha məqsədəuyğundur. Yenə də düşünürəm ki, Lana Nuseybə finalda Kosta-Rikadan Rebeka Qrinspana uduzacaq.
Oktyabr inqilabının il dönümü (7 noyabr) münasibəti ilə "Bakü'də Ekim" adlı məqalə yazmışam. Bakının əsas xüsusiyyəti odur ki, bolşeviklər Petroqrad və Moskvada hakimiyyəti silah gücü ilə devirsələr də Bakıda seçki ilə iqtidara gəlmişdilər.
https://t.co/vAqOL1TQx2
Mustafa Kamal Paşa Azərbaycan SSR-in Ankaradakı səfirliyini ziyarət edərkən - 1922-ci il
Fotoda Azərbaycan SSR-in Türkiyədəki səfiri İbrahim Əbilov, azərbaycanlı diplomatlar Nadir İbrahimov, İsmayıl İsmayılov və digər rəsmi şəxslər var. Əslində Azərbaycan XİN bu foto üzərindən təbrik məktubu yayımlamalıdır, bunu niyə etmədiklərini isə hamımız bilirik. Həm Mustafa Kamal Paşanın Azərbaycan Xalq Cümhuriyyətini hərbi yolla devirməsi, həm də indiki Azərbaycanın sekulyar Azərbaycan SSR-in varisi olduğunu qəbul etmək indiki konyunkturada qəbul edilmir. Tarixi isə kimsə dəyişdirə bilməz. Türkiyə və Azərbaycanın qardaşlığı sol ideologiya üzərində qurulub, bunun baniləri də Atatürk və Nərimanovdu. Xatirəsinə hörmətlə.
Özgür Özəl hicab məsələsi ilə bağlı heç bir fikir bildirməmişdi, ağıllı da davranmışdı. Kılıçdaroğlu, Erbakan kimi məsləhətlər versəydi, indi Prezident onlarla heç bir kontakta girməzdi. Digər tərəfdən, birbaşa öz hesabından belə bir açıqlama onu göstərir ki, Azərbaycan hökuməti əvvəlki kimi sadəcə AKP üzərindən Türkiyə siyasətini aparmayacaq, partiyalarla da əməkdaşlıq edəcək. Zafer və MHP kimi. Bu da sonra Ərdoğan hökumətinin Azərbaycana qarşı ikinci bu cür kampaniya təşkil etməsinə imkan verməyəcək. Nə qədər dünən hər ikisi gülüb qucaqlaşsa da etimad qırılıb.
Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng etmişdir.
Özgür Özəl Zəfər Günü münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırmışdır. Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirmişdir.
Telefon danışığı əsnasında Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin sarsılmaz olduğu bir daha qeyd olunmuşdur.
@_aliyarbeyovw12 Mən ərazi idarə ediblər deməmişəm, yazmışam ki, dövlətçilik institutu qurdular. Milli Şuranın bərpası, parlament açılması, Nazirlər kabinetinin xalqlara görə yenidən təşkili, qadınlara seçki hüququnun yenidən verilməsi kimi.
Azərbaycan öz Dövlət Bayrağı Gününü Osmanlının 1-ci Dünya müharibəsindəki məğlubiyyəti hesabına qəbul edib. Yoxsa indi də Gəncədə Nuru Paşanın uydurduğu işğal bayrağını rəsmi bayraq kimi istifadə edəcəkdik. Əslində bu gün eyni zamanda Böyük Britaniya - Azərbaycan dostluğunun da başladığı gündür. Osmanlıdan fərqli olaraq ingilislər Azərbaycana dövlətçilik institutu qurmasına mane olmadılar, əksinə, bir çox cəhətdən kömək etdilər.
Solda Mudros müqaviləsini imzalayan Ser Artur Qaltorp, sağda Bakının general-qubernatoru Vilyam Tomson.
Problemi özləri yaradırlar, yuxarıdan verilən əmrlə öz trolları vasitəsilə Azərbaycan hökumət nümayəndələrini təhqir edirlər, sonra Azərbaycanı hansısa dövlətlə yaxınlaşaraq Türkiyəyə qarşı düşmənçilik etdiyini iddia edirlər, görəndə ki, Azərbaycan boyun əyməyəcək, özləri gəlib Azərbaycanla barışırlar, axırda da deyirlər ki, bizim aramıza girənlər əməllərinə nail olmadı.
Bakü’nün sevinci Ankara’nın sevincidir, Şuşa’nın gururu bütün milletimizin gururudur.
15 Haziran 2021 günü Şuşa’da imzaladığımız beyannameyle, müttefiklik bağıyla tahkim ettiğimiz kardeşliğimizi zayıflatmak isteyenler dün olduğu gibi bugün de yarın da emellerine asla ulaşamayacaktır.
Cenab-ı Hakk’ın izniyle beraberliğimiz her zaman kaim olacaktır. 🇹🇷 🇦🇿
İsrailin həm səfirliyi, həm də səfirliyə bağlı İsrael in Azerbaijan hesabı Azərbaycan xalqını təbrik edərkən Şuşanın fonu və Zəfər gününə uyğun şəkil seçib paylaşıb. 2 səhifədə də nə İsrail bayrağı var, nə də şəkildən bir başqa anlam çıxaracaq vasitə. Bir onların təbrikinə baxırsan, bir də buna. Ərdoğanın imzası, Türkiyə bayrağı. Bilinmir ki, 2 ölkə arasında diplomatik münasibətlərin il dönümü qeyd olunur yoxsa sırf Azərbaycana aid xüsusi bayram. Burda da belə yenə zəfəri sahiblənirlər. Səhərisi yenə gedib başqa yerdə "Karabağ'a girdiğimiz gibi" deyəcək. Azərbaycana da buna görə gəldi, qələbədəki payını itirmək istəmir. İlk dəfə həqiqətən öz qələbəmizi özümüz qeyd edə bilərdik, ona da imkan vermədi.
Karabağ’ın 30 yıllık işgalden kurtulmasının 6’ncı yıl dönümünü, dost ve kardeş Azerbaycan’ın Zafer Günü’nü en kalbî duygularımla tebrik ediyorum. 🇹🇷🇦🇿
Bu büyük zaferi kanı ve canıyla var eden, vatan uğruna toprağa düşen tüm şehitlerimizi rahmetle yâd ediyorum.
Təşəkkür edirik. Biz də arzu edərdik ki, bu tviti İraq türkmənlərinin ana dili olan Azərbaycan dilində yazardınız, İstanbul türkcəsində yox. Ümid edirik ki, nə vaxtsa Türkiyənin mədəni ekspansiyasından qurtulub özünüz olan bizə dönərsiniz.
Gelecek nesiller bu günleri gururla yâd edecektir.
Yurdunu işgalden kurtaran, toprak bütünlüğünü yeniden tesis eden Azerbaycan’ın bu büyük zaferini Irak Türkmenleri olarak da gurur ve coşkuyla selamlıyoruz.
8 Kasım Azerbaycan Zafer Günü kutlu olsun.
Cumhurbaşkanımız Sayın Recep Tayyip Erdoğan, Azerbaycan Cumhurbaşkanı Sayın İlham Aliyev’in davetine icabetle, 8 Kasım 2026 tarihinde Karabağ’ı ziyaret edeceklerdir.
Azerbaycan’ın Zafer Günü vesilesiyle gerçekleştirilecek ziyaret kapsamında Sayın Cumhurbaşkanımız ve Cumhurbaşkanı Sayın Aliyev ikili görüşme yapacak; Türkiye-Azerbaycan iş birliğinin çeşitli veçhelerini bu çerçevede değerlendirecek; ayrıca bölgesel ve küresel gelişmeleri de istişare edeceklerdir.
Nə qədər də cəmiyyətdə insanların geyiminə görə onların əxlaqının uyğun olmadığını düşünsək də, etiraf etmək lazımdır ki, hicablı və hicabsız qadın arasında fərq hər zaman olub. Əslində hicab bir növ özünüqoruma instinktidir ki, insanlar onları daha düzgün yaşayan biri kimi qəbul edib ona hörmət etsinlər. Türkiyədə illərdir ki, insanların beyninə bu yeridilmişdi. Ərdoğan da hicabı siyasi atribut kimi istifadə edərək iqtidara gəlmişdi. İndi hicablı qadının nazir olduğu dönəmdə və sonra dövlət əmlakını talaması maddəsi ilə həbs olunması bu düşüncəni ciddi formada zədələdi. Onun başında hicab olmasaydı bu, adi bir məmur özbaşınalığı, korrupsiyası kimi qiymətləndiriləcəkdi. Ancaq belə olmadı. Əslində dindar insanlar məhz buna görə siyasətə dinin girməsini istəməməlidirlər. Türkiyənin qonşuluğunda olan İran və İraq uzun illər bu prosesin içində oldu. Nəcəf məktəbi din xadimlərinin yanaşmasını buna görə çox bəyənirəm. Sistani və tərəfdarları deyirdi ki, əgər dini xadim dövlət idarəetməsində birbaşa iştirak etsə o zaman siyasi formada verdiyi qərarlar eyni zamanda dinin mahiyyəti kimi başa düşülər bilər, bu zaman insanlar hakimiyyəti elə dinin özü kimi görə bilər. Bir sözlə, Nəcəf məktəbi nümayəndələri dinin siyasətə girməklə ləkələnəcəyini düşünürdülər. Əslində haqlı da çıxdılar. Qum məktəbi isə başqa yolla getdi və Xomeyninin formalaşdırdığı vilayəti-fəqih nəzəriyyəsi İrandakı bütün siyasi qətlləri elə dinin mahiyyəti kimi görülməsinə gətirib çıxartdı. Buna görə də İranda hakimiyyətə qarşı çıxan şəxslərin böyük əksəriyyəti elə ateistlərdir. Dini qorumaq üçün gələnlər əslində dinə ən böyük zərbəni də vurdular. Türkiyədə də bu hiss olunur. Hətta İmam hatip məktəblərində də dindən uzaqlaşanların sayı getdikcə artıb. İndi artıq heç kim Ərdoğanı ilk hakimiyyətə gəldiyi vaxt dediyi " Tek servetim parmağımdakı yüzük" sözünə inanmır. Bu tipli oğurluqların nə qədər olduğunu isə biz hələ post-Ərdoğan dönəmində görəcəyik. Kayıp trilyon davası kimi.
Fatma Betül Sayan Kaya’nın tutuklama talebiyle mahkemeye sevk edildiğini öğrenince gözyaşlarına hakim olamadı.
Polis eşliğinde sulh ceza hakimliğine götürülürken gözyaşlarını sildiği görüldü.